Seolitlər mikorməsaməli alümosilikat minerallar olub kommersial adsorbentlər



Yüklə 179,74 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix07.04.2023
ölçüsü179,74 Kb.
#94372
1   2
Seolit — Vikipediya

Xassələri
Təbii və sintetik seoitlərin kristallik
strukturları 2–15 anqstrem ölçülü
kanallarla və boşluqlarla düzəlmiş, ucları,
(və ya təpələri) ümumi olan üç ölçülü
karkasa birləşən SiO
2
/
4
və AlO
2
/
4
tetraedrik qruplardan ibarətdir. Əks
ionlarla (ion mexanizmi ilə daxil edilmiş
metal, ammonium kationlarla) kompensə
edilmiş və su molekulu ilə asan
dehidratlaşmiş [AlSi]O4 — seolitin açıq
karkas – boşluqlu strukturuna malikdir.
Mikroskopik (Qabitusa) görə aşağıdakı
seolitlər məlumdur.


1. Lifli seoitlər-natrolit, tomsonit,
skolesit, jismonit (abrzit), ferrerit və
s.
2. Yarpaqvari seolitlər-stilbit, qeylandit,
bryüsterid və s.
3. Tetraedrik seolitlər-şabazit, fillipsit,
qarmotam, foyazit, qmelinit,
dakiardit və s.
Yataqları
Təbii seolitlərdən səkkizi – klinoptilolit,
mordenit, şabazit, erionit, ferririt, fillipsit,
analsim və limontit böyük təbii yataqlara
malikdir. Axrıncı ikisi isə hələ sənaye
miqiyasında öz tətbiqini tapmayıb.
Klinoptilolit və mordenit seolitləri daha
çox tətbiq imkanlarına malikdir. Hər iki


seolitin respublikada geniş yataqlara
malikdir. Təbii seolitlər daha çox tuf
şəklində tapılır. Klinoptilolit tufu — 70–
90 % klinoptilolitdən ibarət olub,
tərkibində qarışıq kimi montmorillonit,
kristobalit, seladonit, kvars, çöl şpatı,
biotit və s. minerallar saxlayır. Dünyanın
bir çox ölkələrində o cümlədən ABŞ,
Yaponiya, Şərqi və Cənub-Şərqi Avropa
ölkələrində geniş yataqlara malikdir. MDB
ölkələrində "Dzeqvi", "Xekordzula"
(Gürcüstan), "Badxız" (Türkmənistan),
"Aydağ" (Azərbaycan) klinoptilolit daha
məşhurdur. Mordenit tufu- 70%-qədər
mordenitdən ibarət olub tərkibində kvars,
xalsedon, kristobalit, xlorit, opal və s.
mineral maddələr saxlayır. ABŞ,


Yaponiya, Bolqarıstan, Macarstan, və s.
ölkələrdə geniş yayılmışdır. MDB
ölkələrində "Zakarpatiya" (Ukrayna),
"Bolnisi" (Gürcüstan), "Çananab"
(Azərbaycan), "Nidim" (Rusiya) yataqları
daha çox yayılmışdır.
Hal hazırda sənaye miqyasında ilkin
götürülən xammalın və alınan məhsulun
keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə
texnoloji qaz və maye axaınlarının
qurudulması və təmizlənməsi zamanı
adsorbsiya proseslərindən geniş istifadə
edilir. Qurudulma proseslərinin həyata
keçirilməsi üçün əksər hallarda
Təbii seolitlərin sənayedə
tətbiqi


adsorbent kimi silikagel alüminium oksid
və müxtəlif seolitlər götürülür. Başqa
adsorbentlərlə müqayisədə seolitlər bir
sıra üstünlüklərə malikdir.
1. Minimal miqdar nəmliyi olan qazdan
hətta kiçik təzyiqlərdə belə böyük
miqdar su molekullarını sorbsiya
edə bilir.
2. Silikagel və alüminium oksiddən
fərqli olaraq su buxarlarına qarşı
seolitlərin adsorbsiya xüsusiyyətləri
temperatur artımı ilə o qədər də
aşağı düşmür.
3. Qaz axınının seolit təbəqəsindən
hərəkəti zamanı adsorberə


gostərilən hidravlik müqavimət
aşağı düşmür.
4. Ayrıca götürülən maddələrə qarşı
seolitlərdə seçicilik (selektivlik)
xüsusiyyətləri olur.
5. Başqa quruduculardan fərqli olaraq
seolitlər molekulyar ələk
xüsusiyyətlərinə malikdir, elə
molekulları sorbsiya edirlər ki,
onların diametrləri seolit
"pəncərələrinin" diametrlərinə uyğun
gəlsin, böyük molekullar bu zərif
məsaməli maddələrdə adsorbsiya
olunmur.
Mürəkkəb qaz və maye sistemlərinin
qurudulması zamanı seolitlər əsasən su


molekullarını adsorbsiya edir. Həmin vaxt
demək olar ki, başqa komponentlər seolit
tərəfindən udulmur və bütün proses boyu
seolit quruducu maddə kimi işləyir. Son
vaxtlar istehsalı dövlətə cox baha başa
gələn sintetik seolitlərələ müqayisədə
təbii seolitlər xüsusilə klinoptilolit və
mordenit əsaslı tuflar sənaye miqyasında
qazların qurudulmasında daha çox tətbiq
olunmağa başlayıb. Bu həm də ona
görədir ki, təbii seoltlərin möhkəmlik və
suya davamlılıq əmsalları sintetik
seolitlər, alüminium oksid və silikageldən
xeyli böyukdür. Müqayisə üçün deyək ki,
"Aydağ" klinoptilolitinin müvafiq olaraq
möhkəmlik və suya davamlılıq əmsalları
87,4% və 98,5% olduğu halda sintetik Na


seolitində bu kəmiyyətlər 45% və 96% -dir.
Halbu ki, silikagel və Al
2
O
3
-də bu
gostəricilər daha aşağıdır. Məlum olduğu
kimi nəzarət ölçü cihazlarına pnevmatik
sistemlərinin istifadə etdiyi atmosfer
havasının nəmliyi son dərəcə aşağı
olmalıdır. Uzun müddət bu məqsədlə
atmosfer havasını qurudulmasında
adsorbent kimi Al
2
O
3
silikageldən istifadə
etmişlər ki müxtəlif qurğuda adsorberlərə
bu maddələrin əvəzinə "Dzeqv" və "Aydağ"
yataqlarından götürülmüş klinoptilolit
tufları doldurulmuş və sənaye miqyaslı
sınaq eksperimentləri aparılmışdır.
Məlum olmuşdur ki, seolit tətbiq
olunduqda qurudulma zamanı atmosfer
havasının şeh nöqtəsi mənfi 48–56 S
0



çatır, sənaye reqlamentinə görə (-400S)
nəzərdə tutulan temperaturdan 8–16 S
0
aşağı olur və o biri sorbentlərlə
müqayisədə uzun müddət işləyə bilir.
Regenerasiya prosesini isə 240 , 250 S
0
temperaturda 6 saat müdətində başa
çatdırmaq mümkün olmuşdur. Hal
hazırda bu məqsəd üçün Al
2
O
3

silikagelin əvəzinə sənaye miqyasında
təbii klinoptilolitdən istifadə olunur.
Məişətdə istifadə olunan təbii yanacaq
qazların az miqdar hava qarışığı ilə
yanma məhsulları kimi bir sıra təsirsiz
qazlar əmələ gətirir. Sənaye miqyasında
bu qazların qurudulması müxtəlif
məqsədlər üçün vacibdir. Quruducu kimi
silikageldən istifadə etdikdə qazın 1m
3
-


də 0,077–0,35 q qədər su buxarları qalır.
Bu göstərici isə icazə verilən texniki
normadan xeyli yuxarıdır. Bunu əvəzinə
təbii klinoptilolit götürüldükdə isə
qurudulmuş qaz qarışığında su
buxarlarının miqdarı 0,003 q –dan aşağı
olur. Həm də şeh nöqtəsi 77 S
0
-yə çatır.
Sənaye miqyasında təsirsiz qazların
qurudulması üçün aparılan təcrübələr
göstərmişdir ki, "Dzeqv" klinoptiloliti hər
bir dəyişikliyə uğramadan azı iki il bu
məqsədlə istifadə oluna bilər. Təbii qazın
, neft qazlarinin qurudulmasında sintetik
seolitlərlə yanaşı təbii seolitlər də
sənayedə geniş tətbiq olunur. Bir sıra
göstəricilərə görə (nəmliyə görə
adsorbsiya tutumu, qurudulmanın şeh


nöqtəsi) təbii seolitlər sintetik
seolitlərdən dala qalsa da mexaniki
davamlılıq və istifadə müddətinin çox
olmasına görə onları üstələyir. Uzun
müddətli istifadə zamanı təbii seolitlər
daha effektlidir. Məsəslən, tətbiqi sənaye
qurğularında təbii qazın qurudulması
zamanı sintetik NaA seoliti ilə yanaşı
təbii"Aydağ" və "Dzeqvi" klinoptilolitlərdən
istifadə olunmuşdur. Başlanğıc
müddətində NaA-nın nəmliyə görə fəallığı
təbii seolitlərlə müqayisədə böyük olmuş
, 3–4 aydan sonra demək olar ki,
bərabərləşmişdir. Sonrakı müddətdə isə
bu göstərici hətta aşağı düşmüşdür.
Müəyyən edilmişdir ki, 20 ay müddətində
təbii seolitlər 9–12% dağıldğı halda


sintetik NaA isə 25% dağılmışdır. Maye
fazada olan aromatik karbohidrogen
fraksiyalarının, xüsusi ilə.ksilol
fraksiyasının qurudulması sənaye
miqyasında böyük əhəmiyyət kəsb edir.
Çünki bunun əsasında yüksək davamlı
poliefir efirləri istehsal edilir. Ksilol
fraksiyasında nəmliyin miqdarı çəki ilə
0,001%-dn artıq olmamalıdır. Aparılan
elmi tədqiqatlar nəticəsindən müəyyən
edilmişdir ki, bu məqsəd üçün götürülən
seolitlərlə müqayisədəd ən yaxşı sorbent
təbii klinoptilolitdir. Nəmliyə göre
seolitlərin dinamiki aktivliyi aşağıdakı sıra
üzrə azalmışdır: Klinoptilolit> Nax>
CaA>NaA. Sınaq üçün aparılan sənaye
miqyaslı təcrübi qurğuda (adsorberin


hündürlüyü 300 sm, diametri 5,16 sm)
klinoptilolitlə qurudulmuş məhsulda
nəmliyin miqdarı çəkiyə görə 0,001%
olmuşdur. Məlum olmuşdur ki, soyuducu
cihazlarında soyutma prosesini
gücləndirən kimyəvi maddələrdən istifadə
edirlər. Belə proseslərdə adətən
soyuducu maddə nəm halda olmamalıdır.
Bu maddələrdən suyu qurutmaq məqsədi
ilə Yapon firmaları təbii klinoptilolit tufu
və Al
2
O
3
əsasında quruducu maddələr
istehsal etmişlər. Belə quruducu
maddələr aktivləşdirilmiş kömürlə
müqayisədə bir sıra soyuducu
maddələrdən , məsələn, freon-12 və freon
−22 –dən suyu iki dəfə artıq adsorbsiya
edə bilir. Belə tipli quruducu maddə


Gürcüstan kimyaçıları tərəfindən də təklif
olunmuşdur. "Dzeqvi" klinoptiloliti
alüminium –oksid və aksangel əsasında
alınmış NaA −2KQ –K tipli sorbent
soyuducu maddələrdən suyun
qurudulmasında böyük imkanlara
malikdir. Bu maddə öz effektliyinə görə
heç də yapon məhsulundan geri qalmır.
1. Cheetham A. K. solid state
Chemistry-clarendon Press, 1992 г.
2. Блачитко Е.М. с соавт.
Профилактические и лечебные
свойства природных цеалитов.
Новосибирск, 2000 г.
Mənbə


3. Mahmudov F. T. Təbii seolitlər və
onların xalq təsərrüfatında tətbiqi
Bakı-Elm-2003
4. Ф.Т.Махмудов, З.А.Джаббарова,
С.А.Алиева, Т.Н.Аскерова,
Х.А.Ильясова, С.М.Солтанова
Равновесие процесса ионов
NH4+ на природных и
синтетических сорбентах. Азерб.
Хим. Жур.,№ 2, 2016 г, с. 59–62.
5. В.А.Исмаилова, А.И.Ягубов,
Ф.Т.Махмудов, Н.М.Мурадова,
М.А.Аббасов, А.Н.Нуриев.
Закономерности равновесия
сорбции ионов свинца (Pb
2+
) и
марганца (Mn
2+
) из равстворов


природных и синтетических
сорбентах. Прикл. Хим. Жур.,
2016 г, т.89, вып. 1, с. 56–60.
. Д. Берк.Цеолитовые
молекулярные сита М.Мир.,1976,
781с
7. Клиноптилолит.Тр. Симпозиума
по вопросам исследования и
применения клиноптилолита
1974 Тблиси, Изд. "Мецниеребг"
1977, 243 с
. Природные цеолиты
Тр.Советско-болгарского
симпозиума по вопросам
исследования физико-
химических свойств природных


цеолитов. 1974 Тбилиси, Изд.
"Мецниеребг" 1985, 381с
9. F. T. Mahmudov Təbii seolitlər və
onların xalq təsərrüfatında tətbiqi.
Bakı-Elm-2003, 88 s
[1]
1. V. M. Babazadə, M. N. Məmmədov, N.
Ə. İmamverdiyev. Petroqrafiya. Bakı:
2007, səh. 135.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?
title=Seolit&oldid=6731495"
İstinadlar


Bu səhifə sonuncu dəfə 24 oktyabr 2022 11:37
tarixində redaktə edilib.

Əksi qeyd olunmayıbsa, bu məzmun 
CC BY-SA
3.0
 çərçivəsində yayımlanır.

Yüklə 179,74 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin