SəQƏleyn həDİSİNİN ŞƏRHİ Rəhmli və Mərhəmətli Allahın adı ilə


zaman,  vəhy  katiblərindən  birini  çağırar  və  belə  deyərdi:  Bu



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə16/84
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44090
1   ...   12   13   14   15   16   17   18   19   ...   84
saqaleyn hedisinin sherhi

zaman,  vəhy  katiblərindən  birini  çağırar  və  belə  deyərdi:  Bu 

ayələri bu, bu mövzuların olduğu surəyə qoy!” (Nəsai 7008, Əbu 

Davud  786,  Tirmizi  3086,  Əhməd  399).  Beləliklə  səhabələr, 

Peyğəmbərin sağlığında Quranın hamısını yazmışdılar. Dörd raşidi 

xəlifə,  Zubeyr  ibn  Əvvam,  Ubey  ibn  Kəb,  Zeyd  ibn  Sabit, 

Muaviyə  ibn  Əbi  Süfyan  və  Məhəmməd  ibn  Məsləmə  Quranın 

katibliyini etmiş səhabələrdəndir. 



İkincisi

:  Əbu  Bəkrin  xilafəti  zamanı  Quranın  yazılması. 

Bütün  bunlarla  birlikdə,  Peyğəmbər  (salləllahu  aleyhi  və  səlləm) 

vəfat  etdiyi  zaman  Quran,  nə  vəhy  katiblərinin  nə  də  digər 

səhabələrin əlində tam bir müshəf halında deyildi. Yazılı nüsxələr 

müxtəlif  şəxslərdə  dağınıq  bir  halda  idi.  Bir  surə  bir  səhabənin, 

başqa  bir  surə  isə  başqa  bir  səhabənin  evində  idi.  Əbu  Bəkrin 

xilafəti  zamanı  h.12-ci  ildə  Yəməmə  döyüşündə  çoxlu  sayda 

Quran hafizi şəhid edildi. Bu səbəbdən Ömər (r.a) Əbu Bəkrə (r.a) 

təklif etdi ki, Quranı bir müshəf halında toplasın. Əbu Bəkr isə bu 

şərəfli və məsuliyyətli işi Zeyd ibn Sabitə həvalə etdi. Çünki o, elə 

Peyğəmbərin sağlığında Quranı ən mükəmməl şəkildə, tam olaraq 

əzbər  bilən  dörd  nəfərdən  biri  idi.  Bu  dörd  nəfər:  Ubey  ibn  Kəb, 




 

Muaz  ibn  Cəbəl,  Əbu  Zeyd  və  Zeyd  ibn  Sabitdir.  Ömər  (radiyal-



lahu  anh)  camaata  elan  edib  bildirdi  ki,  kimdə  Qurandan  bir  yazı 

varsa,  gətirsin!  Zeyd  (radiyallahu  anh)  deyir  ki:  “Mən  də  Quranı 



xurma  yarpaqları  üzərindəki,  daş  üzərlərindəki  yazılardan  və 

əzbərdən  bilən  insanların  qəlblərindən  topladım.”  Onun    Quranı 

toplayarkən qoyduğu şərtlər belə idi:  




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin