Beşincisi
:
Bu yerdə belə bir sual ortaya çıxır. Quranı Əbu
Bəkr (radiyallahu anh) cəm etdiyi və onu Osman (radiyallahu anh)
çoxaltdığı və onun qiraətini əhli-sünnət qariləri nəql etdiyi halda,
necə olur ki, şiələr bu Quranı qəbul edirlər? Onlar nəql edəni
(yəni, səhabələri) qəbul etmədikləri halda, necə olur ki, nəql oluna-
nı (yəni: Quranı) qəbul edirlər? Quranın oxunuş şəklini rəvayət
edən və beləcə Quranı bizə çatdıran əhli-sünnətin bu imamları
(raviləri), o cümlədən də peyğəmbər hədislərini rəvayət etmiş və
bizə çatdırmışlar. Bu hədislərin hamısı əhli-sünnətin hədis kitab-
larında mövcuddur. Şiələr onlar tərəfindən rəvayət olunan Quranı
qəbul etdikləri halda, nə üçün onların nəql etdikləri sünnəti
(hədisləri) qəbul etmirlər?
Dostları ilə paylaş: |