SəQƏleyn həDİSİNİN ŞƏRHİ Rəhmli və Mərhəmətli Allahın adı ilə


məzhəbinin zəruriyyətlətindəndir



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə26/84
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44090
1   ...   22   23   24   25   26   27   28   29   ...   84
saqaleyn hedisinin sherhi

məzhəbinin zəruriyyətlətindəndir

Alləmə  mühəddis  Yusuf  əl-Bəhrani



13

  isə  “Əd-Durarun-

Nəcəfiyyə”  adlı  kitabında  (səh.298)  təhrif  barədə  olan  hədislər 

haqqında  qeyd  etmişdir  ki,  əgər  bu  hədislərin  səhihliyinə  tənə 

edilsə,  o  zaman  Şiə  məzhəbinin  bütün  hədislərinə  də  tənə  etmək 

asan olacaq. 

Kəmaləddin Meysəm əl-Bəhrani

14

 Osmana (radiyallahu anh) 

tənə  edərək  demişdir:  “Həqiqətən  o,  insanları  Zeyd  ibn  Sabitin 

qiraəti ətrafında cəm etmiş və müshəfləri məhv etmişdir. Şübhəsiz 

ki, o, (peyğəmbərə) nazil olmuş Quranı da məhv etmişdir.” (Şərhu 

Nəhcul-Bəlağa 11/1) 

Ancaq bəzi şiə alimləri: Şeyx Saduq, Mürtəza, Əbu Cəfər ət-

Təbərsi və Əbu Əli ət-Təbərsi bunun əksini bəyan etmişdirlər. Bu 

barədə  böyük  şiə  alimi  Nemətullah  əl-Cəzairi  demişdir:  “...Bizim 

əshabımız (yəni şiə alimləri) Quranın təhrif olunduğuna dair açıq-

aydın  sübut  olan  bu  mutəvatir  xəbərlərin  səhihliyi  və  bunları 

təsdiqləmək  məsələsində  ittifaq  halındadırlar.  Bəli,  artıq  buna 

Mürtəza,  Saduq  və  Şeyx  Təbərsi  muxalif  olmuşdur.  Onlar  belə 

hökm vermişdilər ki, iki üzlük arasında olan Quran, təhrif edilmə-

dən və dəyişdirilmədən nazil olmuş Qurandır. Açıq-aşkardır ki, bu 

söz  (yəni:  təhrifi  inkar  etmək)  çox  saylı  məsləhətlərdən  (yəni: 

təqiyyədən)  ötrü  onlar  tərəfindən  deyilmişdir.  Bu  məsləhətlərdən 

biri  də  Qurana  tənə  etmək  qapısını  bağlamaq  olmuşdur.  Çünki 

Quranda  təhrif  caiz  olsaydı  onun  hökm  və  qaydalarına  necə  əməl 

etmək  olardı?”  (Nemətullah  əl-Cəzairi  “Əl-Ənvərun-Numaniyyə” 

2/357-358). 

Nemətullah  əl-Cəzairi  qeyd  etmişdir  ki,  vaxtı  ilə  Quranda 

imamların  təriflənməsinə  və  səhabələrin  pislənməsinə  dair  ayələr 

                                                



13

 “Luluətul-Bəhreyn” və “əd-Durarun-Nəcəfiyyə” adlı kitabların müəllifidir. 

Hədisdə  və  fiqihdə  mahir  bir  alim  idi.  Onun  bioqrafiyası  üçün  bax!  “Əyanuş-

şiə” 10/317. 



14

  Şiənin  böyük  bir  mühəddisi  və  kəlamçısıdır.  “Nəhcul-Bələğa”nı  şərh  et-

mişdir. Onun bioqrafiyası üçün bax! Ravdatul-Cənnə 7/204.  



 

18 


olmuşdur. Səhabələr isə bu ayələri Qurandan çıxardaraq onu dəyiş-

dirmişdirlər (“Əl-Ənvərun-Numaniyyə” 1/97). 

Nemətullah  əl-Cəzairi  həmin  kitabında  bir  sualı  belə  cavab-

landırır:  “Əgər  deyilsə  ki,  Quranın  dəyişdirilməsi  ilə  birgə,  onu 

oxumaq  necə  mümkün  olur?”  (Cavabında)  mən  deyirəm:  “Artıq 

xəbərlərdə məsumlardan rəvayət olunmuşdur ki, onlar öz şiələrinə 

əldə mövcud olan Quranı namazda və başqa  ibadətlərdə oxumağı 

və  onun  hökümlərilə  əməl  etməyi  əmr  etmişdilər.  O  vaxtacan  ki, 

ağamız Sahib əz-Zaman zühur edəcək və insanların əllərində olan 

Quranı  səmaya  qaldıracaq,  əmirul-mumininin  (Əlinin)  yazdığı 

Quranı ortaya çıxaracaq, onu oxuyacaq və onun hökmləri ilə əməl 

edəcək.” (“Ənvərun-Numaniyyə”2/363). 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin