SəQƏleyn həDİSİNİN ŞƏRHİ Rəhmli və Mərhəmətli Allahın adı ilə


Ə xbarilər  və  Üsulçular



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə56/84
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44090
1   ...   52   53   54   55   56   57   58   59   ...   84
saqaleyn hedisinin sherhi

Ə

xbarilər  və  Üsulçular:

 

Şiə  alimləri  ictihad  (alimin  fətva 

verib  hökm  çıxarması)  və  müctəhidə  (ictihad  edən  alimə)  tabe 

olmaq məsələsində ixtilaf edib “əxbarilər” və “üsulçular” adı altın-

da  iki  hissəyə  bölündülər.  Əxbarilər,  məsum  olmayan  şəxsin  icti-

had  etməsini  haram  sayırlar.  Çünki  məsumdan  başqası  xəta  edə 

bilər.  Xəta  edənə  də  mütləq  bir  şəkildə  tabe  olmaq  isə  haramdır. 

Üsulçular  isə  məsum  olmayanın  ictihad  edib,  hökm  verməsini 

qəbul edirlər. Bu gün şiələrin bütün müctəhidləri üsulçudur. Üsul-

çulara görə məsum  imamın  bütün səlahiyətləri  müctəhidin  əlində-

dir. Yəni, müctəhidə tabe olan məsum imama tabe olmuş, onu rədd 

edən  isə  məsum  imamı  rədd  etmiş  sayılır.  Bu  yerdə  belə  bir  sual 

ortaya  çıxır:  Nə  üçün  üsulçular,  müctəhidi  məsum  imamın  yerinə 

qoyurlar? Bu sualın cavabı belədir: Çünki şiələrə görə hər bir şəxs 

Peyğəmbərdən  (salləllahu  aleyhi  və  səlləm)  sonra  imamlara  tabe 

olmalıdır.  Məsum  imam  da  Peyğəmbərdən  (salləllahu  aleyhi  və 

səlləm)  sonra  müsəlmanların  bütün  işlərini  səhmana  salmalıdır. 

Bəs indiki zamanda şiələrin tabe olacaqları və müsəlmanların işlə-

rini  səhmana  salacaq  imamları    kimdir?  Cavab:  “Mehdi”.  Axı 

şiələrin  qeybdə  olduğunu  iddia  etdikləri  Mehdinin  müsəlmanlara 

heç  bir  faydası  yoxdur.  Bu  gün  hansı  bir  şiə  Mehdiyə  tabedir. 

Hansı  bir  şiə  ondan  əmr  alıb  onu  icra  edir  və  onun  qadağan  etdi-

yindən çəkinir? Özündən  heç  bir  əmr  və qadağa gəlməyən, özünə 

tabe  olunmayan  “Mehdi”dən  müsəlmanlara  nə  fayda?!  İmamların 

varlığından məqsəd, İslamı qorumaq və müsəlmanları islah etmək-

dirsə  və  Mehdi  bu  işləri  görmürsə,  o  zaman  onun  varlığından  və 

imamətindən  nə  fayda?!  Bütün  bu  sualları  cavablandırmaqdan  və 

bu  çətin  vəziyyətdən  çıxmaqdan  ötrü  şiələrdən  bir  qismi  özlərini 

“üsulçu”  adlandıraraq  dedi:  “Müctəhidlər  Mehdi  zühur  edənəcən 

“Naibul-imam”dırlar  (yəni:  imamın  əvəzedicisi).  Onlar  dinin  ha-

kimləridir.  İmamın  insanlar  arasında  hakimlik  etmək  səlahiyətləri 

müctəhidlərin  əlindədir.  Müctəhidlərin  fikrini  rədd  edən,  Allahın 

əmrini  rədd  etmiş  və  beləcə  Allaha  qarşı  küfr  etmiş  sayılır.” 



 

37 


(Muhəmməd  Rza  əl-Müzəffərin  “Əqaidul-iməmiyyə”  və  Nəcəfdə 

elmi hövzənin mədrəsələrində tədris olunan “Əqidətuna fil-müctə-

hid”  kitabına  (səh.34)  müraciət  edə  bilərsiniz.  Bu  kitab  Qum 

şəhərində 2002-ci ildə nəşr olunmuşdur). 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin