Üçüncüsü:
İmam Məlik “əl-Muvatta”da və Hakim də “əl-
Müstədrək”də Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə
dediyini nəql etmişdirlər: “Mən sizə iki şey buraxdım. Siz bunlara
bağlı qaldıqca azmayacaqsınız. Bunlar Allahın kitabı və
Rəsulunun sünnətidir.” Bu hədis də Müslimin rəvayət etdiyi
hədisi gücləndirir. Çünki burada da tabeçilik əhli-beytə yox, Quran
və Sünnətə yönəldilmişdir. Bir çox halda şiələrin bu hədisi rədd
etdiklərini gördüm. Bu hədisi qəbul etməyən, görəsən bu ayələrə
nə cavab verəcək? Uca Allah buyurur:
2
Şiələrin əhli-beytdən saydıqları on dörd nəfər: Peyğəmbər, qızı Fatimə, Əli,
Həsən, Hüseyn, Əli əz-Zeynulabidin, Muhəmməd əl-Bəqir, Cəfər əs-Sadiq,
Musa əl-Kazım, Əli ər-Rda, Muhəmməd əl-Cəvad, Əli əl-Hədi, Həsən əl-Əskəri
və Muhəmməd əl-Mehdi.
|