Quranı kimlərin əli ilə qorumuşdur? Şiələrin yoxsa, onların nif-
rət etdikləri kişilərin?! Bax, “Səqəleyn” hədisini əhli-sünnətə
qarşı dəlil gətirən şiələr ilk növbədə bu suala cavab verməlidirlər.
Dördüncüsü:
Quranın 14 qiraəti mövcuddur. Bu qiraətlər-
dən 7-si əsas, 3-ü köməkçi və 4-ü şəzz qiraətlərdir.
4
Bu gün yer
üzərində olan milyonlarla müsəlman (məzhəbindən aslı olmaya-
raq) Quranı bu 10 qiraətdən birinin vasitəsi ilə oxuyurlar. Bu 10
qiraət mütəvatir (çoxsaylı) sənədlə Peyğəmbərin (salləllahu aleyhi
və səlləm) səhabələrindən nəql olunmuşdur. Səhabələr də, bu
qiraət formalarını Peyğəmbərdən (salləllahu aleyhi və səlləm)
öyrənmişdirlər. Şübhəsiz ki, Quran, bu on qarinin (Quran biliciləri-
nin) sayəsində qorunmuşdur. Bu on qarinin hamısı da əhli-sünnət-
dəndir. Yəni, Quranın oxunuş qaydalarını Peyğəmbərin əshabın-
dan nəql edən ravilərin hamısı əhli-sünnətin raviləridir. Deməli,
Quran bizə əhli-sünnət yolu ilə nəql olunmuşdur. Bunların
içərisində bir dənə də olsa şiə ravisi yoxdur. Bəs hanı sizin Qurana
olan xidmətləriniz? Axı o, Peyğəmbərin (salləllahu aleyhi və
səlləm) bizə tərk edib getdiyi ən böyük əmanətidir. Harada qaldı
4
4 şəzz qiraət məqbul qiraət sayılmır. Bu qiraətlər ilə namazda Quran oxuna
bilməz. Qiraətin məqbul sayılması üçün bu üç şərtin bir yerdə olması labüddür:
Dostları ilə paylaş: |