8
BİRİNCİ ƏMANƏT: “QURAN”
Səqəleyn hədisində qeyd olunan birinci və ən böyük əmanət,
Allahın kitabı Qurandır. Bu hədisi əhli-sünnətə qarşı dəlil olaraq
irəli sürən və bütün nəzərləri ikinci əmanətə (Əhli-beytə)
yönəltmək istəyən şiələr birinci əmanəti – Quranı unutmuşdurlar.
Bu əmanəti qoruyan, bu əmanətə (Qurana) sadiq qalan və onunla
əməl edən, ona düzgün münasibət bəsləyən kimlərdir? Əhli-sünnət
yoxsa şiələr?
Birincisi: Elə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sağ-
lığında ikən, Quranı yazmaq işi onun tərəfindən səhabələrinə tapşı-
rılmışdır. Bu dövrdə yazıdan çox əzbərləmək ön planda idi. Çünki
hafizələr güclü idi. Yazı üçün lazım olan alətlər isə az idi. Bu
səbəbdən Quran tam bir müshəf halında toplanmamışdır. Quranı
tam olaraq əzbər bilən bir çox səhabə var idi. Ancaq hər nazil olan
ayə əzbərlənməklə birlikdə yazılırdı. Osmandan (radiyallahu anh)
belə dediyi nəql olunmuşdur: “Peyğəmbərə bir ayə nazil olduğu
Dostları ilə paylaş: