SəQƏleyn həDİSİNİN ŞƏRHİ Rəhmli və Mərhəmətli Allahın adı ilə



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə18/84
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44090
1   ...   14   15   16   17   18   19   20   21   ...   84
saqaleyn hedisinin sherhi

Üçüncüsü:

 

Osmanın  xilafəti  zamanı  Quranın  yazılması.  Bu 

hadisə  h.25-ci  ildə  baş  vermişdir.  Beləki,  müsəlmanlar  Hüzeyfə 

ibn  Yəmənin  başçılığı  ilə  Ermənistana  və  Azərbaycana  cihada 

çıxmışdılar. Bu döyüşdə Şam camaatı ilə Küfə xalqı bir yerdə idi. 

Həmin vaxt Hüzeyfə (r.a) görür ki, bu iki bölgənin əhalisi Quranın 

bəzi  kəlmələrinin  oxunuşu  barəsində  ixtilafa  düşür.  Çünki  Küfə 

xalqı  Abdullah  ibn Məsudun qiraəti  ilə, Şam  əhalisi  isə  Ubey  ibn 

Kəbin qiraəti ilə oxuyurdular. Bu ixtilaf Hüzeyfəni qorxutdu və o, 

Mədinəyə, İmam Osmanın yanına gələrək bu ixtilafı həll etməsini 

istədi.  Osman  (r.a)  da  Ömərin  qızı  Həfzəyə  xəbər  göndərərək: 

“Əlindəki  müshəfi  bizə  göndər  ki,  biz  də  onu  çoxaldıb  sənə 

qaytaraq” dedi. Həfzə də müshəfi Osmana göndərdi. Osman da bu 

müshəfi  çoxaltmaq  üçün  Zeyd  ibn  Sabiti,  Abdullah  bin.Zubeyri, 

Səid  ibn   əl-Ası  və  Abdurrəhman  ibn   əl-Haris  ibn  Hişamı seçdi. 

Bu  şərəfli  iş  tamamlanandan  sonra  Osman,  müshəfi  Həfzəyə 

qaytardı  və  bu Quranın  xaricində  nə qədər  nüsxə var  idisə, onları 

yandırmağı  əmr  etdi.  (Buxari  4987,  Fəthul-Bəri  9/11).  Osman  bu 

işi  səhabələr  ilə  məsləhətləşəndən  sonra  etmişdir.  Bu  barədə  Əli 

(r.a) belə deyir:  “Allaha and olsun  ki, müshəflərə etdiyini bizimlə 




 

10 


məsləhətləşəndən sonra etmişdi. Osman belə dedi: “Mən insanları 

bir müshəf ətrafında toplamağı məqsədə uyğun bilirəm...” Biz də: 

“Sənin  bu  fikrin  çox  doğru  bir  fikirdi,  dedik.”  (İbn  Əbid-Dünya 

“Kitabul-Məsahif”  22,  Xətib  “əl-Fəslu  li  vusulil-Mudrək”  2/954). 

Musab  ibn  Sad  isə  belə  demişdir:  “Osman  digər  (səhabələrin 

əlində  olan  və  özlərinin  yazdığı)  müshəfləri  yandırmaq  istəyəndə, 

hər kəs bu işi bəyəndi və heç kəs etiraz etmədi.”  (İbn Əbid-Dünya 

“Kitabul-Məsahif” səh.16) 

Bütün  bunlardan  sonra  ortaya  belə  bir  sual  çıxır:  Allah 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin