məzhəbinin zəruriyyətlətindəndir.
Alləmə mühəddis Yusuf əl-Bəhrani
13
isə “Əd-Durarun-
Nəcəfiyyə” adlı kitabında (səh.298) təhrif barədə olan hədislər
haqqında qeyd etmişdir ki, əgər bu hədislərin səhihliyinə tənə
edilsə, o zaman Şiə məzhəbinin bütün hədislərinə də tənə etmək
asan olacaq.
Kəmaləddin Meysəm əl-Bəhrani
14
Osmana (radiyallahu anh)
tənə edərək demişdir: “Həqiqətən o, insanları Zeyd ibn Sabitin
qiraəti ətrafında cəm etmiş və müshəfləri məhv etmişdir. Şübhəsiz
ki, o, (peyğəmbərə) nazil olmuş Quranı da məhv etmişdir.” (Şərhu
Nəhcul-Bəlağa 11/1)
Ancaq bəzi şiə alimləri: Şeyx Saduq, Mürtəza, Əbu Cəfər ət-
Təbərsi və Əbu Əli ət-Təbərsi bunun əksini bəyan etmişdirlər. Bu
barədə böyük şiə alimi Nemətullah əl-Cəzairi demişdir: “...Bizim
əshabımız (yəni şiə alimləri) Quranın təhrif olunduğuna dair açıq-
aydın sübut olan bu mutəvatir xəbərlərin səhihliyi və bunları
təsdiqləmək məsələsində ittifaq halındadırlar. Bəli, artıq buna
Mürtəza, Saduq və Şeyx Təbərsi muxalif olmuşdur. Onlar belə
hökm vermişdilər ki, iki üzlük arasında olan Quran, təhrif edilmə-
dən və dəyişdirilmədən nazil olmuş Qurandır. Açıq-aşkardır ki, bu
söz (yəni: təhrifi inkar etmək) çox saylı məsləhətlərdən (yəni:
təqiyyədən) ötrü onlar tərəfindən deyilmişdir. Bu məsləhətlərdən
biri də Qurana tənə etmək qapısını bağlamaq olmuşdur. Çünki
Quranda təhrif caiz olsaydı onun hökm və qaydalarına necə əməl
etmək olardı?” (Nemətullah əl-Cəzairi “Əl-Ənvərun-Numaniyyə”
2/357-358).
Nemətullah əl-Cəzairi qeyd etmişdir ki, vaxtı ilə Quranda
imamların təriflənməsinə və səhabələrin pislənməsinə dair ayələr
13
“Luluətul-Bəhreyn” və “əd-Durarun-Nəcəfiyyə” adlı kitabların müəllifidir.
Hədisdə və fiqihdə mahir bir alim idi. Onun bioqrafiyası üçün bax! “Əyanuş-
şiə” 10/317.
14
Şiənin böyük bir mühəddisi və kəlamçısıdır. “Nəhcul-Bələğa”nı şərh et-
mişdir. Onun bioqrafiyası üçün bax! Ravdatul-Cənnə 7/204.
18
olmuşdur. Səhabələr isə bu ayələri Qurandan çıxardaraq onu dəyiş-
dirmişdirlər (“Əl-Ənvərun-Numaniyyə” 1/97).
Nemətullah əl-Cəzairi həmin kitabında bir sualı belə cavab-
landırır: “Əgər deyilsə ki, Quranın dəyişdirilməsi ilə birgə, onu
oxumaq necə mümkün olur?” (Cavabında) mən deyirəm: “Artıq
xəbərlərdə məsumlardan rəvayət olunmuşdur ki, onlar öz şiələrinə
əldə mövcud olan Quranı namazda və başqa ibadətlərdə oxumağı
və onun hökümlərilə əməl etməyi əmr etmişdilər. O vaxtacan ki,
ağamız Sahib əz-Zaman zühur edəcək və insanların əllərində olan
Quranı səmaya qaldıracaq, əmirul-mumininin (Əlinin) yazdığı
Quranı ortaya çıxaracaq, onu oxuyacaq və onun hökmləri ilə əməl
edəcək.” (“Ənvərun-Numaniyyə”2/363).
Dostları ilə paylaş: |