“Fəsl əl-Xitab fi isbat təhrif kitab rabb əl-ərbab” adlı bir kitab
qələmə almışdır. O, bu kitabında Quranın təhrifinə dair “məsum
imamlar”dan nəql olunmuş və şiənin hədis elmindəki qaydalarına
uyğun yüzlərlə “səhih” hədisi dəlil gətirir. Şübhəsiz ki, o, bu
hədislərin səhihliyini, bunları inkar edən başqa şiə alimlərindən
daha yaxşı bilirdi. Unutmaq lazım deyil ki, Nuri ət-Təbərsi Şiə
məzhəbinin ən sonuncu və ən böyük mühəddislərindəndir. Şübhə-
siz ki, mühəddis, (hədis elmi onun sahəsi olduğundan) hədislərin
səhih-zəifliyini digərlərindən daha yaxşı bilir. Daha sonra o, bu
kitabına irad tutanlara qarşı “Li rədd bəd əş-şubuhat ən Fəsl əl-
Xitab” adlı bir kitab da yazmışdır. Onu da qeyd etmək lazımdır ki,
o, Şiə məzhəbinin səkkiz ən mötəbər kitabından biri olan
“Müstədrək əl-Vəsail” kitabının müəllifidir.
Çox qəribədir! Bu gün də, bütün bunları bilən şiə alimləri,
bu etiqadda olan alimlərinə qarşı üzür axtarır və deyirlər ki: “Bu
alimlər ictihad ediblər və xətaya yol veriblər. Biz onları, bu
ictihadlarına görə kafir hesab edə bilmərik.” Sübhənallah!!!
Məgər siz, Allahın varlığı barəsində münaqişə edəni və ya
Muhəmmədin sonuncu rəsul olduğunu inkar edəni də üzürlü hesab
edəcək və: “O, ictihad edib, xəta edib” – deyəcəksiniz? Məgər
dində etiqad edilməsi zəruri olan məsələlərdə ictihad etməyi caiz
bilirsiniz? Məgər siz, ikinci əmanəti – əhli-beyti inkar edəni üzürlü
sayırsınız? Bəs nə üçün ondan da böyük olan əmanəti inkar edənə
üzür axtarırsınız?
Dostları ilə paylaş: |