Ümumiyyətlə şiələrin əhli-beyt barədə olan etiqadlarını oxuyanda insanı
dəhşət bürüyür. Şiə alimlərinə görə İmam Hüseynin qəbrinin torpağını, palçığını
yə”kitabında (səh.75) belə deyir: “Bizim məzhəbin zəruriyyətlərindəndir ki,
imamların dərəcəsinə nə Allaha yaxın bir mələk, nə də rəsul olan bir peyğəmbər
“Məsum imamların içi də, çölü də təmizdir... Onların bövl (sidik) və ğait
(nəcis)-ləri murdar sayılmır. Əksinə, bunlar misk kimidir. İmamların bövl və
31
Səlim ibn Abdullah kimi şəxsiyyətlər dində imam olduqları kimi,
Əli ibn Hüseyn və
Muhəmməd ibn Əli kimi şəxsiyyətlər də əhli-
sünnət üçün dində hidayət rəhbərləridir. əl-Mizzi “Təhzibul-
Kəmal”da Sufyan ibn Uyeynənin Zuhridən belə eşitdiyini nəql
edir: “Mən Qureyşin içərisində Əli ibn Hüseyndən daha fəzilətli
bir şəxsi görmədim.” Ancaq insanlardan bəziləri onlara, xüsusən
də Cəfər ibn Muhəmmədə aid olmayan şeyləri ona nisbət etdilər.
Hətta əbcəd hesabını, nəsəb və nücum (ulduz) elmini ona nisbət
etdilər. Onun kimyagər olduğunu belə söylədilər. Ancaq onun belə
mənasız işlərlə heç bir əlaqəsi yoxdur. Cəfər ibn Muhəmməd
dövrünün böyük alimlərindən olmuş və atasından, Qasim ibn
Muhəmməddən, Urvə ibn Zübeyrdən, Ata ibn Əbi Rəbahdan,
Zuhri və Nafidən, Muhəmməd ibn Munkədirdən və başqa bu kimi
tanınmış alimlərdən elm almış və hədis rəvayət etmişdir.
31
Əhli-
sünnət heç vaxt Yəhya ibn Səid, Hişam ibn Urvə və Əbuz-Zinadın
tabeçilik yönündən Cəfər ibn Muhəmməddən daha layiqli
olduğunu söyləməz. Həmçinin onlar (əhli-sünnət), Zuhri, Yəhya
ibn Əbu Bəkr və Həmmad ibn Əbi Sələmənin tabeçilik cəhətindən
Muhəmməd əl-Bəqirdən daha layiqli olduğunu iddia etməzlər.
Yenə əhli-sünnət, Qasim ibn Muhəmməd, Urvə ibn Zübeyrin və
Səlim ibn Abdullahın elmdə Əli ibn Hüseyndən daha irəli
olduğunu da deməz. Əksinə, əhli-sünnət yuxarıda adlarını zikr
etdiyim şəxsiyyətlərdən hər birinin, sadiq (doğru sözlü) bir ravinin
özlərindən rəvayət etdikləri hər bir mövzuda müsəlmanların imamı
olduğuna etiqad edir. Musa ibn Cəfər haqqında da Əbu Hatim:
“Müsəlman imamlarından bir imamdır” demişdir. İbn Sad isə,
Musanın çox rəvayəti olmadığını söyləmişdir.
Musa ibn Cəfərdən
sonrakı imamlara gəldikdə, iddia edildiyi qədər də onlardan elm
alınmamışdır. Fətvaları da yoxdur. Ancaq sahib olduqları bir çox
gözəl və yüksək əxlaqi keyfiyyətləri vardır. Əli ibn Musa da
dəyəri, qədir-qiyməti uca olan bir insan idi. Zamanında ondan daha
alim olan Şafi və digər imamlar var idi. Maruf əl-Kərhi və Əbu
Süleyman əd-Darani də onun zamanında yaşamış və ondan daha
31
Buxari “Tarix” 2/198; Əbu Nəim “Hilyətul-Övliya” 3/192; Zəhəbi “Siyər”
6/255.
32
zahid olan şəxsiyyətlərdir. Əgər müsəlmanlar Məlik, Şafi və
Əhmədin əsərlərində gördükləri hədisləri Musa ibn Cəfər, Əli ibn
Musa və
Muhəmməd ibn Əlinin yanında olan hədislərdən daha çox
görməsəydilər, bunları buraxıb da Məlik, Şafi və Əhmədə
yönəlməzdilər. Halbuki, Musa ibn Cəfər ilə İmam Məlik eyni
dövrdə və eyni şəhərdə yaşamışdılar. Əhli-beytdən olan Haşim
oğulları belə Musadan çox, Məlikdən elm alırdılar. Bu gün də
əlimizdə İmam Məlikin qələmə aldığı “əl-Muvatta” əsəri olduğu
halda, Musa ibn Cəfərdən, onun atasından və oğullarından bir dənə
də olsa əsər yoxdur. İmam Şafi də Məlikdən elm almış və
Muvattanı əzbərləmişdir. O da Haşimi oğullarından idi. Şafi öz
qohumu olan Musa ibn Cəfərin, Əli ibn Musanın elmini və hədis
rəvayətlərini Məlikin elmindən çox görsəydi, heç şübhəsiz onların
yanına gedər və elmini onlardan alardı. İmam Əhməd də
Peyğəmbərə tabeçiliyi, əhli-beytə olan sevgisi və əhli-beyt
düşmənlərinə qarşı nifrəti ilə tanınan bir şəxs idi. Onun əsərləri
Məlik, Souri, Auzai, Leys ibn Sad, Vəki ibn Cərrah, Yəhya ibn
Səid, Abdurrəhman ibn Məhdi və digər imamların rəvayətləri ilə
dolu olmasına rəğmən, Əli ibn Musa, Muhəmməd ibn Əli və
digərlərinin rəvayətlərindən bir şey yoxdur. Əhməd bunların
yanında istədiyi qədər elm görsəydi, başqalarından daha çox
bunlara rəğbət göstərərdi. Bütün bunlar, inkarı qeyri-mümkün olan
həqiqətlərdir. Bu həqiqətlərə göz yuman isə, haqqa arxa çevirmiş
miskindir.
Dostları ilə paylaş: