SəRBƏst iŞ № Dİslaliya zamani loqopediK İŞİn metodlari


SƏRBƏST İŞ № 8. NİTQİ ÜMUMİ İNKİŞAFDAN QALMIŞ UŞAQLARIN TƏLİMİ VƏ TƏRBİYƏSİ



Yüklə 49,32 Kb.
səhifə9/11
tarix02.01.2022
ölçüsü49,32 Kb.
#41139
1   2   3   4   5   6   7   8   9   10   11
7464 1

SƏRBƏST İŞ № 8. NİTQİ ÜMUMİ İNKİŞAFDAN QALMIŞ UŞAQLARIN TƏLİMİ VƏ TƏRBİYƏSİ

Uşaqların psixi inkişafında nitq çox böyük rol oynayır. Tərbiyə işi düzgün təşkil edildikdə onların nitqinin inkişafı əsasən 4 mərhələni əhatə edir.

1-ci nitqin inkişafının hazırlıq mərhələsidir. Bu uşağın anadan olduğu gündən 1 yaşa qədər olan dövrü əhatə edir.

2-ci şifahi nitqin inkişafı mərhələsidir. 1 yaşdan 3 yaşa qədər olan dövrü əhatə edir.

3-cü şifahi nitqin zənginləşməsi mərhələsidir. 3 yaşdan 7 yaşa qədər olan dövrü əhatə edir.

4-cü nitqin təkmilləşməsi və yazılı nitqin inkişafı mərhələsidir. 7 yaşdan sonrakı dövrü əhatə edir.

Nitq uşağın dünyaya gəldiyi gündən etibarən tədricən ünsiyyət vasitəsi kimi inkişaf edir və başqalarının emosional vəziyyəti, uşaq tərəfindən onun mimikası jest və pantomimikaları vasitəsilə anlaşılır.

3 yaşlı uşağın nitqində 1000-1500, 4 yaşlının nitqində 1600-1926, 5 yaşlı uşağın nitqində isə 2500-3000-ə yaxın söz ehtiyatı olur. Ona görə də istər valideynlər, istərsə də tərbiyəçilər və müəllimlər uşaqlara düzgün tələffüz qaydalarını elə öyrətməlidirlər ki, onların nitqi inkişaf etsin. Məktəb təlimi üçün zəruri olan səviyyəyə çatmasına müsbət təsir göstərsin.

İnsan təfəkkürünün inkişafında nitqin rolu çox böyükdür. Nitq vasitəsilə insanlar nəinki öz fikirlərini bir-birinə çatdırır, həm də onların təfəkkürü nitqli ünsiyyət prosesində təşəkkül edir və formalaşır.

Nitq qüsurları çox zaman uşaqlarda kompleks, özünə inamsızlıq da yaradır. Bu xüsusiyyətlərə görə uşaqlar bağçaya və ya məktəbə getmək istəmirlər. Elə psixika var ki, nitqi və yaxud da əksinə elə qüsurlu nitq var ki, psixikanı geri salır. Yəni uşağın nitqində qüsur varsa və ya ümumiyyətlə, nitq yoxdursa, bu onun psixoloji aləminə təsir edir. Belə ki, nitq vasitəsi ilə uşaq ünsiyyətə girir, lüğət ehtiyatı artır, təsəvvürləri formalaşır. Nitq inkişafında ləngimə varsa, bu xüsusiyyətlər də ləngiyir. Psixoloji olaraq uşaqda ləngimə varsa, bu onun nitqinə mənfi təsirsiz ötüşməyə bilməz. Belə ki, uşaq deyilən müraciəti anlamırsa, onun nitqində, lüğət ehtiyatında qüsurlar olacaq. Buna görə də uşaqla defektoloji-loqopedik iş aparılarkən mütləq onun psixoloji səviyyəsi, bacarığı, yaşı, diqqəti və aktivliyi nəzərə alınmalıdır.

Nitq kommunikativ funksiyadır və ancaq insana məxsusdur. Ünsiyyət vasitəsilə insanın şüuru inkişaf edir və zənginləşir. Yaşadığımız müasir zamanda uşaqların çoxu ünsiyyətdən qaçır. Hazırkı dövr texnika dövrü olduğundan uşaqları televiziya, kompüter, İnternet daha çox cəlb edir. Uşaqlar televiziyaya baxır və fikri tamamilə orda olur. Əksər hallarda bu zaman uşaqlarda iki dillilik yaranır. Nitq qüsurlarının yaranmasının əsas 2 səbəbi var. Orqanik və sosial-psixoloji. Orqanik səbəblərə bətndaxili dövrdə doğuş zamanı və ya doğuşdan sonra beynin inkişafdan qalması və zədələnməsi, nitq orqanlarının müxtəlif cür orqanik pozğunluqları aiddir. Sosial-psixoloji səbəblərə ətraf mühitin nitqə müxtəlif cür mənfi, arzuolunmaz təsirləri aid edilir. Buna eşitmə qüsurlu valideynlərin tərbiyə etdiyi eşidən, həmçinin uzun müddət xəstə olan və ya hospitalizasiya edilən uşaqların nitqlərinin inkişafdan qalmasını, ailədə uzun müddət psixotravmatik şəraitdə uşaqda kəkələmənin yaranmasını və s. misal göstərmək olar.

Klinik pedaqoji təsnifatda göstərilən nitq pozuntuları 2 əsas qrupa bölünür:

1. Şifahi nitq pozuntuları.

2. Yazılı nitq pozuntuları.

Şifahi nitq pozuntusuna disfaniya (afoniya), bradilaliya, texilaliya, kəkələmə, dislaliya, dizartiriya, rinolaliya, afaziya, alaliya aiddir.

Yazılı nitq pozuntusuna disleksiya və disqrafiya aid edilir.

Disleksiya oxu prosesinin qismən pozuntusu deməkdir. Hərflərin tanınmaması, hecalarda və hecaların sözlərdə birləşməsi ilə bağlı çətinliklər oxunun ləngiməsinə, sözün səs formasının səhv əks olunmasına, hətta ən sadə mətnin səhv başa düşülməsinə səbəb olur. Ağır dərəcəsi aleksiya adlanır.

Disqrafiya isə yazı prosesinin qismən pozuntusu deməkdir. Ağır dərəcəsi aqrafia adlanır.



Yüklə 49,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin