SəRBƏst iŞ №1 Mövzu: Terror hədəsi zamanı hava limanlarında görüləcək tədbirlər Qrup: 1169a


Hava limanının aviasiya təhlükəsizlik xidməti (ATX)



Yüklə 31,63 Kb.
səhifə2/4
tarix10.05.2022
ölçüsü31,63 Kb.
#56977
1   2   3   4
Aviasiya təhlükəsizliyi ZY-1169A #4

Hava limanının aviasiya təhlükəsizlik xidməti (ATX)

ATX BMAT-nın tövsiyələrinə və standartlarına, mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə aktlarından müdafiəsinin təmin edilməsi sistemi haqqında Təlimata müvafiq fəaliyyət göstərir. ATX hava limanında MA-nın onun fəaliyyətinə QMA-dan təhlükəsizliyinin təmini üzrə kompleks tədbirləri həyata keçirir, həmçinin hava nəqliyyatına yüksək təhlükə müddətində yaxud fövqəladə vəziyyətlərdə əlavə təhlükəsizlik tədbirlərini gücləndirir. ATX hava limanında yerləşən və onun xidmətlərindən istifadə edən, həmçinin onun səlahiyyətinə aid olan məsələləri həll edərkən hava gəmilərinin istismarçıları ilə və təşkilatları ilə hava limanının digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərir. Aviasiya təhlükəsizlik xidməti hava limanında aviasiya təhlükəsizliyi proqramını işləyib hazırlayır, onun realizə edilməsini həyata keçirir, aviasiya təhlükəsizliyi üzrə norma, qayda və prosedurların yerinə yetirilməsini təmin edir və bir- başa AT üzrə rəisə tabedir. Mülki aviasiyada ATX hava nəqliyyatının və onun sərnişinlərinin mülki aviasiyanın işinə qanunsuz müdaxilədən və zorakı cinayət aktlarından müdafiəsi üzrə geniş səlahiyyətlərə malikdir. Bu tələblərin həyata keçirilməsinin ilkin mexanizmi böhran şəraitinə rəhbərlik sistemində nəzərdə tutulmuş istismarçı şirkətin ən vacib mənbələrini özündə birləşdirən hava limanının mühafizəsini təşkil etməkdir. Hazırki vəziyyətdə «hava limanının mühafizəsi» termini hava limanının təhlükəsizliyi üçün istifadə olunan adamların, obyektlərin və avadanlıqların, o cümlədən böhran şəraitində , ya adi iş qaydasında , ya da şifahi yaxud yazılı saziş üzrə mühafizəsini ifadə edir . O özündə təhlükə sizliyin təmini ehtiyatlarının geniş spektrini , yaxud hava limanının aviasiya təhlükəsizlik xidmətinin və digər təşkilatların malik olduqları ehtiyatları birləşdirə bilər . Böhranın ləğv edilməsi üzrə əməliyyata rəhbərlikdə kim iştirak edirsə , hamısı hava limanının mühafizəsini təmin edən təşkilata tabeçilik qaydasını başa düşməlidir . Böhranın tezliklə və effektli dəf edilməsinin təmini üçün xüsusilə vacibdir ki , bu təşkilatın ayrı-ayrı ünsürləri zərurət olduqda kimin-kimə tabe olmasından asılı olmayaraq hər hansı məsələ üzrə mübahisəsiz istifadə etsinlər . Hava limanının istismarçı - şirkəti bu bölmədə BŞFP - nin o hallar üçün tabe strukturların təsvir edilməsinin nəticələrini arzu edər ki , hava limanı digər hüquq mühafizə təşkilatlarını dəvət edir . Hava limanının mühafizə tərkibinə kim daxildirsə dəqiq təsvir edilməlidir . Bu o hallar üçün zəruridir ki , böhranın aradan qaldırılması üzrə əməliyyat rəhbərləri gözlənilməz vəziyyət hallarında birinci fəaliyyətə başlamalı olan, hava limanının təhlükəsizliyini təmin edən təşkilatların avadanlıqlarını , funksiyasını və sa yını bilsin . Bununla da BŞFP - da qeyd olunmalıdır ki , hava limanının mühafizəsi hansı xüsusi vərdişlərə və xüsüsi avadanlıqlara malikdir . Hava limanının mühafizəsinə görə məsuliyyət adi şəraitdə hava limanının aviasiya təhlükəsizlik xidmətinin üzərinə düşür BFSP - da belə əməkdaşların adi vəzifələrini qısaca olaraq sadalamaq olar : uçuşların təmin edilməsi zonasında və hava limanının açıq zonasında patrul xidməti keçmək , hava limanının perimetr boyu patrul xidmətinin keçilməsi və uçuş enmə zolağının yoxlanılması , sərnişinlərin baxışdan keçirilməsi və i.a. BŞFP - da həmcinin böhran zamanı belə əməkdaşlara hansı vəzifələrin həvalə olunması göstərilməlidir. Analoji şəkildə böhran şəraiti hallarında köməkçi mühafizə təşkilatlarının yaxud hüquq mühafizə orqanlarının vəzifələri sadalanmalıdır.

Aviasiya təhlükəsizlik xidmətinin əməkdaşları adi şəraitdə hava limanının müdiriyyəti tərəfindən müvafiq qanunlara riayət etməklə müəyyənləşdirilmiş qaydada silahdan istifadə etməlidirlər . Amma böhran zamanı hadisələrin emosionallığı və tez sovuşması ölümsaçan silahın tətbiqi qərarı üçün əlavə nüanslar yarada bilər . Hava gəmisinin yaxud girovların tutulması hallarında silahdan istifadə olunması və onun tətbiqi vaxtı müvafiq hakimiyyət tərəfindən qərar qəbul edilməsi üçün vacib şərt ola bilər . Müxtəlif təşkilatların nümayəndələri üçün hava limanının ərazisində qanun üzrə icazə verilən silahların miqdarı müzakirə edilərkən , həmçinin o nəzərə alınmalıdır ki , silah gəzdirmə zərərlidir , mahiyyətcə vacibdir ki , hava limanı şirkəti BŞFP - da nəinki silah və onun normal şəraitdə tətbiqi qaydaları , üsulları , mənbələri bir - bir sadalanır , həm də böhran şəraitində onun tətbiqini xüsusi fərqləndirir . ƏRQ - nun sərəncamında olan sağlam mühafizə qüvvələri əvvəldən hava limanı aviasiya təhlükəsizlik xidmətinin öz əmək daşlarından ibarətdir və böhran şəraitində rəhbərlik sisteminin hazırlanması zamanı hava limanı şirkətinin tərtib etdiyi plan əsasında cəlb olunurlar ( bax giriş ) . Belə ehtiyatlar siyahısında adamlar və onların ixtisasları ( vərdişləri ) , obyektləri ( bina , sahə , meydança və s . ) , avadanlıqlar , o cümlədən nəqliyyat vasitələri , rabitə sistemi və silah göstərilməlidir . İkinci siyahıda hava limanından kənar təşkilatlarda olan mühafizə ehtiyatları sadalanır ki , hava limanın kömək haqqında onlarla sazişi vardır. Həmin siyahılar böhran zamanı bu və ya digər ehtiyatlara müraciət etməklə ƏRQ - na məsələni tez həll etməyə kömək edir . Bu cür siyahılar tərtib edilərkən hər hansı bir lazımi mütəxəssis , lazımi bir peşə ( məsələn , danışıq aparılması üzrə yaxud diversiya minasının zərərsizləşdirilməsi üzrə ) yaddan çıxarılmamalıdır . Siyahıya hətta adamların və nəqliyyatın hərəkətinin tənzimləyicisi kimi adi mütəxəssislərin adı daxil edilməlidir.




Yüklə 31,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin