Kontakt potensiallar fərqi və termoelektrik hərəkət qüvvəsi
Keçirici elektronlar metal daxilində tarazlı istilik hərəkətində iştirak edirlər. Onların sürətlərinin müəyyən paylanma qanununa (Maksvel paylanması) tabe olması imkan verir ki, kinetik enerjisi böyük olan elektronlar metalı tərk edərək vakuuma çıxsınlar. Metalın səthinə yaxın yerləşən sərbəst yüklü ionlar, sərbəst elektronların metal səthindən sonrakı çıxışlarına imkan verməməyə çalışır. Deməli elektronlar metalı tərk edərkən, onların metalı tərk etməsinə mane olan qüvvələrə qarşı müəyyən qədər iş görür ki, bu da elektronun metaldan çıxış işi adlanır. Bu iş elektronun kinetik enerjisi hesabına görülür. Çıxış işinin qiyməti metalın kimyəvi tərkibindən,səthinin təmizliyindən asılıdır. Təcrübələr göstərir ki, çıxış işləri müxtəlif olan iki metal bir-birinə toxunduqda, sabit temperaturda onlardan biri müsbət digəri isə mənfi yüklənir, yəni onlar arasında kontakt onlar potensiallar fərqi yaranır. Birinci metaldan elektronun çıxış işi , ikinci metaldan çıxış işi olarsa, şərti daxilində ikinci metal müsbət, birinci metal isə mənfi yüklənəcək.( ). Yaranan xarici toxunma potensiallar fərqinin qiyməti