SəRBƏst iŞ Fakültə: Fizika və elektroenergetika İxtisas: Energetika mühəndisliyi Qrup: 531 Kurs: II kafedra: Elektrotexnika və energetika



Yüklə 395,18 Kb.
səhifə7/8
tarix23.05.2022
ölçüsü395,18 Kb.
#59149
1   2   3   4   5   6   7   8
Energetik Materiallae

Alüminium və onun tətbiqi


Alüminium (Al) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 13-cü
element. adı latın alumen sözündəndir – zəy (alüminium – kaliumun ikiqat
sulfatı KAl(SO4)2×12H2O) adlanırdı; onlar parçaları boyayarkən rəngab
kimi istifadə olunurdu. Latınca adı ehtimal ki, yunan alme – “rassol, duz
məhlulu” sözündəndir. Qəribədir ki, İngiltərədə “alüminium” – aluminium,
ABŞ-da isə aluminum yazılır.[1] Alüminium ilk dəfə Danimarka fiziki Hans
Ersted tərəfindən 1825–ci ildə boksitdən alınmışdır. O, gümüşü – ağ rəngli
yüngül metaldır. (Sıxlığı 2,7 q/sm3 ). Korroziyaya davamlıdır, Cu, Si, Mg,
Mn, Zn və Ni –lə əmələ gətirdiyi ərintilər (maqnal, duralüminium, elektron,
silümin və s.) yüksək mexaniki davamlılığa malikdir. Bu səbəbdən təyyarə,
avtomobil və elektrotexnika sənayesində və digər sahələrdə geniş işlənir.
Alüminium sənayesi üçün əsas xammal boksitdir. Alüminiumun bir izotopu
vardır 27AL Klarkı 8, 05% -dir. Endogen proseslər nəticəsində alüminium
qələvi nefelinlərdə, leysitlərdə və anortozitlərdə toplanır. O, habelə turş
vulkanik süxurların hidrotermal metasomatizmə uğraması – alunitləşməsi
nəticəsində də konsentrasiya əmələ gətirir. Alüminiumun istehsalı üçün
xüsusən boksit əhəmiyyətlidir. Mineral tərkibinə görə boksitlər diaspor,
bömit, hidrargillit və qarışıq (adları çəkilən iki-üç minerallardan ibarət) olur.
Ellüvial yatımda onlar alüminiumlu lateritlər və ya laterit boksitləri adlanır.
1980-ci ildə ilin əvvəli üçün inkişaf etmiş kapitalist ölkələrin və inkişaf
etməkdə olan ölkələrin ümumi boksit ehtiyatı 21,8 mlrd t, o cümlədən
müəyyən edilmiş ehtiyat 12,6 mlrd t, təşkil edilmişdir. 1979-cu ildə 71,9 mln
t boksit filizi istehsal edilmişdir. İri boksit yataqlarının xeyli hissəsi inkişaf
edən ölkələrin AvstraliyaMacarıstan, Qvineya, Kamerun, Braziliya,
Yamayka, Hindistan, Qayana, Surinam, Yunanıstan payına düşür. ABŞ –da
nefelinli siyenitlərin laterit aşınması nəticəsində əmələ gəlmiş aşağı eosen
yaşlı Arkanzas yatağını göstərmək olar. Platforma tipli boksit yataqları
ümumi ehtiyatın 87, 6% ni geosinklinalların boksitləri isə 12, 4% ni təşkil
edir. Boksit filizlərinin ehtiyatına görə Qviney dünyada birinci yerdə durur
(8, 3 mlrd. t) Burada Boks, Fria, Kindiya, Tuke, Pite-Libe və Dibola kimi
boksid rayonları böyük əhəmiyyət daşıyır. Afrikada iri boksit yataqları
Qaiadır (400 mln. t) Avtraliyada ümumi boksit ehtiyatı 4, 4 mlrd. tondur.
Amerikada Braziliyanın boksit ehtiyatı (2, 25 mlrd t) böyükdür. Avropada ən
çox boksit ehtiyatına malik olan ölkə Yunanıstandır. Burada Parnas – Kiona
yatağı xüsusən əhəmiyyətlidir. Fransanın boksit yataqları Aralıq dənizinin
sahili boyunca zolaq şəklində 400 km uzanır.



  1. Yüklə 395,18 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin