AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
Tərcümə fakültəsi üzrə
SƏRBƏST İŞ
Fənnin adı: Tərcüməşünaslığın
müasir problemləri
Mövzunun adı: Tərcümədə gender məsələsi
Müəllim: f.f.d. Hüseynova Könül
Tələbə: Abasova Günel
Qrup: M20-126
Tərcümədə gender məsələsi
Müxtəlif təbəqə, vəzifə, peşə, yaş və cinslərə
eyni zamanda xidmət
göstərən ən möcüzəli ünsiyyət vasitəsi dildir. Tərcümə isə geniş mənada, insanlar
arasında ünsiyyət vasitəsidir. Tərcümə dillərarası və mədəniyyətlərarası ünsiyyət
vasitəsini təmin edən xidməti sahələrdən biridir. Hər bir peşə sahəsində olduğu
kimi tərcümə peşəsində də peşə sahiblərinin qarşısına daim gözlənilməz
situasiyalar çıxır. Tərcümə zamanı yaranan mübahisələr və çətin məqamlar,
sözsüz ki, qaçınılmazdır. Lakin, bu, məxəz mətnin
hədəf dilə tərcüməsinin
mümkünsüz olması demək deyil. Hər bir halda hər iki dilin maksimum
imkanlarından çıxış edərək tərcüməçi vəziyyətdən çıxa bilər və mümkün
profesional tərcümə təqdim edə bilər. Ümumiyyətlə, hədəf dilə tərcümə zamanı
mütərcim dillərarası çətinlik doğuran bəzi qrammatik kateqoriyalarla üzləşir:
Artiklin işlənməsi (artikl istifadə olunan dildə), cins kateqoriyası, ismin tək və
cəmi, felin zamanları,
felin şəkilləri, sosial səviyyələrdə danışıq formasının
tərcüməsi (Koreya dili) və s. Tərcümədə qarşıya çıxan çətinliklərdən biri də məhz
gender məsələsidir. Bilirik ki, dünyada mövcud olan dillər çoxşaxəlidir. Bəzən
bu çoxşaxəlilik hədəf dilə tərcümə zamanı tərcüməçiyə ekvivalentin tapılmasında
və kontekstdə informasiyanın ötürülməsində bir sıra səhvlərə yol verməsinə
gətirib çıxara bilər. Ələlxüsus, gender məsələsində tərcüməçinin etdiyi hər hansı
bir səhv bəzən edilən tərcümənin yanlış olduğunu göstərir. Bəs tərcümədə gender
məsələsi ilə bağlı hansı problemli situasiyalarla qarşılaşırıq? Və bu zaman
yaranan çətinliklər nəyə səbəb ola bilər? Bu sualı cavablandırmazdan əvvəl isə
gender nə mənaya gəlir və hansı kateqoriyalardan ibarətdir kimi suallara cavab
versək daha məqsədə uyğun olar. Belə ki, gender ictimai təcrübədə hərtərəfli bir
kateqoriyadır. Gender məsələsi bir çox sahələrdə ola bilər. Tərcümə sahəsində
gender özü üç hissədən ibarətdir:
1.
qrammatik gender
2. semantik gender
3. sosial gender
1. Qrammatik gender dedikdə isimlərlə verilən gender nəzərdə tutulur. Bəzi
dillərdə
bu mümkündür, bəzilərində isə mümkün deyil. Bu iki sistem arasında
tərcümə zamanı iki əsas problem yarana bilər:
• Məxəz dildə olub lakin hədəf dildə qarşılığı tapılmayan. Məsələn,
ingilis
dilinə baxsaq, cümlə daxilində
“you” sözü işlənərsə bu zaman onun hansı
cinsə aid olduğu məlum olmaz.
• Məxəz mətndə deyil, hədəf mətndə genderin olması. Məsələn, ingilis
dilindən ispan dilinə tərcümə prosesi zamanı “son” və “girl” sözlərində
cinsin müəyyən olunması üçün
“el” və ya
“la” artiklından istifadə olunur.
Eləcə də alman dilində genderi müəyyənləşdirmək üçün kişi cinsi üçün