SəRBƏst iŞ Fənnin adı


“der”, qadın cinsi üçün “die”



Yüklə 266,98 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix24.04.2023
ölçüsü266,98 Kb.
#101853
1   2   3
Tərcümədə gender məsələsi

“der”, qadın cinsi üçün “die”, orta cins üçün “das” artiklı müəyyən 
olunmuşdur.
Kişi cinsi 
Qadın cinsi 
Orta cins 
Cəm halı 
der Mann 
die Frau 
das Kind 
die Hefte 
des Mannes 
der Frau 
des Kindes 
der Hefte 
dem Mann 
der Frau 
dem Kind
den Heften 
den Mann
die Frau 
das Kind 
die Hefte 
Eyni zamanda “I do - mən edirəm” dedikdə “edirəm” sözünün hansı cinsə 
(kişi və ya qadın) mənsub olduğu bilinmir. Bu məsələni yalnız müəyyən 
əvəzliklər, artikl və xəbərlə uzlaşma göstərə bilər. Koreya dilindən bir misala 
baxaq: 그 – O (kişi) əvəzliyinə Çin dilindən keçən qadın mənasına gələn 
녀- 女 heroqlifi artırılaraq qadın cinsi bildirən 그녀 – O (qadın) yaranmış 
olur.
2. Semantik gender – Bu, genderlərin bioloji baxımından müəyyən olunmasıdır. 
Məsələn, ingilis dilində “cat-pişik” sözünə əvəzliklə müraciət etsək “it” deyərik, 


ancaq onun dişi və ya erkək cinsində olduğu məlum olsa, bu zaman “it”- in yerinə 
“he” or “she” istifadə edərik. Və ya rus dilində “студент” – kişi cinsinə aiddir, 
lakin bioloji baxımdan tələbənin cinsi qız olsa o zaman “студентка” verilir və 
s. Yalnız bu seçim bir çox dillərdə mövcud deyil. Buna görə də, tərcümə prosesi 
zamanı tərcüməçi dilemmalarla üzləşə bilir. 
3. Sosial gender – genderin bu forması genderlərin cəmiyyətdə mövqeyini təyin 
edir və əsasən, bioloji cinsə istinad edir. Məsələn, ingilis dilində “secretary”, 
yəni “katibə” dedikdə qadın cinsi nəzərdə tutulur. Eləcə də, Azərbaycan dilinin 
sosial aspektində “müəllim və müəllimə” cinsiyyətə görə ayırd edilir. Lakin, 
“maid” və ya “cook” desək, burada hansı cinsin olduğu məlum olmaz. Sosial 
gender daha qədim tarixə malikdir və birbaşa dilin mənsub olduğu mədəniyyət 
və ictimai cəmiyyətlə bağlıdır. 
Ümumiyyətlə, bir çox sosial-gender rolları dərin tarixi köklərə malikdir və hər bir 
genderin arxasında müəyyən ideologiya, mədəniyyət və məzmun dayanır. 
Beləliklə, tərcüməçini seçərkən və ya onunla müqavilə bağlamamışdan əvvəl, 
onun hər iki işçi dildə olan mədəniyyəti bilməsindən və eyni zamanda gender 
məsələsinə yaxşı bələd olmasından əmin olmaq lazımdır. 
Dünya dillərinin təxminən dörddə biri qrammatik cinsdən istifadə edir. Məsələn, 
Hind-Avropa dil ailəsinə mənsub dillərin əksəriyyəti mədəniyyət fərqindən asılı 
olmayaraq üç cinsdən ibarət bir təsnifata (kişi, qadın və neytral və ya orta cins) 
istinad edir. 
İngilis dili cins kateqoriyasından ciddi istifadə etməyən bir dildir. Məsələn, kimi 
vurğulamağımızdan asılı olmayaraq istənilən məqamda tərəddüd etmədən “you” 
əvəzliyindən istifadə edə bilirik. Eləcə də bu dildə mövcud olan artikllar cinsiyyət 
fərqi olmadan istifadə edilir (the girl, a hairdresser, etc). Lakin, bunun əksinə rus 
dilində cümlənin hər bir sözündə hansı cinsdən söhbət getdiyi aydın olur. 


Məsələn, “Она ученица пятого класса”. Və ya “Она ушла - Он ушёл” 
cümlələrində feillərin forması da cinsə görə dəyişib.
İngilis, fars, bir sıra Qafqaz dillərində olduğu kimi, ümumilikdə türk dillərində, 
həmçinin Azərbaycan dilində qrammatik cins kateqoriyası yoxdur. Lakin başqa 
dillərdə olduğu kimi, türk dillərində də canlıları bioloji cəhətdən bir-birindən 
fərqləndirmək üçün cins bildirən bir sıra leksik vasitələrdən istifadə edilir ki, belə 
sözlər dilin lüğət tərkibinə daxildir. Cins kateqoriyasının olmaması heç də onu 
göstərmir ki, danışıqda anlaşılmazlıq yaranır. Sadəcə, qıza, qadına işarə etdikdə 
əlavə olaraq «o» işarə əvəzliyindən sonra «qız», «qadın», «xanım» sözlərindən 
istifadə olunur. Bir çox dillərdə “adam” dedikdə, ilkin mənasına görə «kişi» 
nəzərdə tutulur. Məs.: ingilis dilində “man - kişi=adam”, fars dilində də “mərd - 
kişi=adam”, türk dilində isə bir qədər tərsinə olaraq, “kişi - adam («erkək»)” 
deməkdir. Bəzi hallarda tərcümə zamanı sözə qarşılıq tapmaq olmur: rus dilində 
мальчик - девочка, сын - дочь olduğu halda, Azərbaycan dilində oğlan – qız və 
oğul – qız işlənir. Bəzi hallarda isə dilimizdə şərqli təfəkkürü üçün anlaşılmaz 
olan «alfons» – qadın hesabına yaşayan kişi anlayışı verən sırf Azərbaycan və ya 
ərəb-fars mənşəli söz yoxdur. Yaxud rus dilində həm oğlanın, həm də qızın ata-
anası tam fərqli sözlərlə verilir: тесть - теща oğlanın, свекор- свекровь qızın 
ata-anasıdır. Bu, türk dillərində oğlan-qız tərəfinin valideynlərinə fərq 
qoyulmadan “qayınata və qayınana” kimi tərcümə edilir. Fars dilində bu 
anlayışlar «pedərşouhər – madərşouhər», «pedərzən - madərzən», yəni «ərin 
atası- «ərin anası», «arvadın atası – arvadın anası» kimi verilir. Başqa bir misal 
adlarla bağlıdır: Azərbaycan dilində 2000-ə yaxın qadın və kişi cinsinə mənsub 
müştərək adlar var, məs: Arzu, Tərlan, İsmət və s. Rus və ingilis dilində isə 
qarşılıqlı adlara rast gəlinmir: Yevgeniy–Yevgeniya, Aleksandr – Aleksandra, 
Valentin – Valentina və s. Hətta Çin dilinin təsirinə məruz qalan Koreya dilində 
adlar məhz Çin heroqliflərinə uyğun təyin olunduğu üçün struktur olaraq eyni 
yazılan bir ad həm qadın, həm də kişi adı ola bilər. Çin heroqliflərinə bələd olan 


tərcüməçi bu kimi adların hancalarla mənasını açaraq cinsini asan müəyyən edə 
bilər. Eləcə də italyanların düşüncəsində formalaşan insan adları və ölkələrin 
cinslərlə fərqləndirilməsi gender məsələsində maraqlı məqamlardan biri ola bilər. 
Belə ki, sonluğu “o” ilə bitən isimlər kişi, “a” ilə bitən isimlər qadın cinsinə aid 
edilməsi prinsipini əsas götürərək adam adlarında olan bəzi nüanslara diqqət 
yetirək : “Paolo” – kişi, “Paola” – qadın; “Carlo” – kişi, “Carla” qadın adıdır.
Qadın və kişi dilinə görə fərqli olan yapon dili maraqlıdır. Ümumiyyətlə, bu dildə 
qadın danışıq imkanına və ictimai sayqısına görə zərif, nəcib danışıq forması 
yaranmışdır. Hətta qadın kişinin dediyi bir qisim əvəzlik və felləri işlətmək 
hüququndan məhrumdur; Mən əvəzliyi yaponcada qadınlar watashi-vatakushi 
kişilər isə boku, ore işlədir.
Bəzi iltisaqi və flektiv dillərdə cins kateqoriyası fərqli səciyyə daşıyır. Məsələn, 
Azərbaycan və ingilis dilində leksik səciyyəni görürük: yəni sözün formasından 
onun cinsini müəyyənləşdirmək olmur: erkək-dişi, toyuq-xoruz və s. Lakin rus və 
italyan dilinə baxsaq, müəyyən sonluqlarla sözün hansı cinsə aid olmasını təyin 
etmək olar. Məsələn, rus dilində й, ь ilə bitən sözlər kişi cinsinə (студент, стол), 

Yüklə 266,98 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin