İnternetdən götürülmüş və daxilində virus olan proqramlar və digər informasiya ilə. Bunun qarşısını almaq üçün İnternetdən yüklənən hər bir informasiyanı əvvəlcədən antivirus proqramları ilə yoxlamaq lazımdır.
Proqramın və ya informasiyanın disketdən və ya fləş-yaddaşdan kompüterə köçürülməsi zamanı.
Mürəkkəb sənədlərin daxilində makrosların icrasına icazə verilərkən. Tanımadığımız makrosların icrasına icazə vermək olmaz.
Bir neçə təhlükəsizlik qaydalarıRedaktə
Brauzerinizi düzgün quraşdırmamış şübhəli tərkibli saytlara daxil olmayın.
Daxil olduğunuz halda oradan heç bir şey qəbul etməyin.
Qəbul etdikdə, onu dərhal açmadan antivirusun yoxlanmasına verin. İstənilən antivirus standart hücum kodunu dərhal tapır. Ağıllı düşünülmüş qeyri standart kodu isə heç bir antivirus tapa bilməz.
Heç kəs sizə heç nədən hücum etməyəcək, amma əgər bilirsinizsə ki, hücuma məruz qala bilərsiniz, firewalla ehtiyatlansanız pis olmaz. Bu açıq portlardan gələn hücum kodlarının və ya sizin kompüterə artıq düşmüş troyanın qarşısını alar.
Spam kimi gələn məktubları açmadan dərhal silin.
Asan yazılıb pozula bilən xarici daşıyıcılardan məlumatı yükləməmişdən öncə onu antivirusla yoxlayın.
Profilakatika üçün isə bütün kompüteri ayda bir dəfə yoxlamaq məsləhətdir.