Sərbəst iş
Qrup E19
Fənn- Fizika
Mövzu – Mexaniki dalğalar
Tələbə - Abdullayeva Gülnarə
Müəllim – Təranə Yusibova
Mexaniki dalğa
Mexaniki rəqslərin elastik mühitdə yayılmasına mexaniki dalğa deyilir.
Mexaniki dalğaların xüsusiyyəti – onlar istənilən elastiki mühitdə – bərk mühitdə, mayedə və qazlarda yayıla bilir.
Dalğanın yayılması zamanı:
Rəqslər daşınır
Enerji daşınır
Yəni ki, dalğa – enerjinin ötürülmə üsuludur.
Mexaniki dalğa iki növdə olur:
Uzununa dalğalar.
Eninə dalğalar.
Uzununa dalğa – elə bir dalğaya deyilir ki, mühitin hissəciklərinin rəqsləri dalğanın yayılma istiqaməti boyunca baş verir. Uzununa qalğalarda mühitin sıxılma və seyrəklənmə oblastları müşahidə olunur.
Eninə dalğa – elə bir dalğaya deyilir ki, mühitin hissəciklərinin rəqsləri dalğanın yayılma istiqamətinə perpendikulyar olaraq baş verir. Eninə dalğa – mühitin bir təbəqənin digərinə nəzərən sürüşmə deformasiyası həyata keçir.Bərk mühitdə və maye üzərində yaranır. Mayenin səthi üzərində yaranmış eninə dalğalar – səthi dalğalar adlanır.Onlar ağırlıq qüvvəsinin və səthi gərilmə qüvvəsinin təsiri nəticəsində yaranır.
Dalğanın sürəti
Fazalar fərqi φ = 2π olan nüqtələr arasındakı məsafəyə bərabərdir.
Bir rəqs perioduna bərabər olan zaman müddətində dalğanın yayıldığı məsafəyə bərabərdir.
Rəqs perioduna bərabər olan müddətdə dalğanın yayıldığı məsafəyə dalğa uzunluğu deyilir:t = T ⇒ s = λ.
Mühitdə yayılan dalğanın uzunluğu
Uzununa dalğanın uzunluğu mühitin iki ardıcıl sıxılmaları və ya iki ardıcıl seyrəklənmələri arasındakı məsafəyə bərabərdir.
Eninə dalğanın uzunluğu dalğanın iki ardıcıl köçəkliyi və ya iki ardıcıl qabarığı arasındakı məsafəyə bərabərdir
Dalğanın sürəti – dalğa uzunluğunun rəqs perioduna nisbətinə bərabərdir:
, olduğunu bilərək, dalğanın sürəti üçün daha bir düstur alırıq:
υ = λ ∙ ν.
Mexaniki dalğanın sürəti yalnız mühitin xassələrindən asılıdır. Eyni bircins mühitdə bütün mexaniki dalğaların sürəti eynidir. Bir mühitdən digər mühitə keçdikdə dalğanın sürəti və dalğa uzunluğu dəyişir.
Bir mühitdən digər mühitə keçdikdə dalğanın tezliyi və periodu dəyişməz qalır.
http://fizika.xyz/pdf-materiallar/mexanika/117-mexaniki-dala-dalann-surti.html
Ədəbiyyat
Dostları ilə paylaş: |