SəRBƏst iŞ TƏLƏBƏ: Eyvazova Nərmin Ənvər qızı faküLTƏ


Mülki Müdafiə sistemində rabitənin və xəbərdarlığın təşkili



Yüklə 64,22 Kb.
səhifə2/5
tarix02.12.2022
ölçüsü64,22 Kb.
#71843
1   2   3   4   5
mm nevvv

Mülki Müdafiə sistemində rabitənin və xəbərdarlığın təşkili.
Mühafizə tədbirləri həyata keçirilərkən Mülki Müdafiə qüvvələrinə rəhbərlik üçün MM idarəetmə sistemi yaradılır. Bu sistemin məqsədi hər cür şəraitdə tabelikdəki qüvvə və vasitələrin fəaliyyətə hazırlanmasına və əməli işlərinə daimi rəhbərliyi və nəzarəti təmin etməkdir.
Rabitə-idarəetmə – sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir.Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Xüsusən fövqəladə hadisələr yaranan dövrdə, çox böyük əhəmiyyət kəsb edir. Buna görə də MM-in bütün vasilələrində, obyektlərdə, rayon və şəhərlərdə, respublikada onların rəhbərlərinin qərarları ilə müvafiq rabitə və xəbərdarlıq sistemləri təşkil edilir.
MM-in rabitə sistemi mövcüd olan bütün rabitə qüvvələri və vasitələrinin, o cümlədən də obyekt daxili rabitə şəbəkəsinin vahid təşkilati-texniki birliyinə deyilir. Belə sistem ümumdövlət və sahə rabitə xətlərindən, radio, radio-rele və məftilli rabitə qovşaqlarından və stansiyalarından eləcə də MM qərargahlarının tabelli texniki rabitə avadanlığından, səyyar və siqnal vasitələrindən istifadə edilməklə yaradılır.
Bütün səviyyələrdən olan rabitə sisteminin əsas vəzifələri tabelikdəkilərin fasiləsiz idarə edilməsini, qarşılıqlı fəaliyyətin təşkil olunması və saxlanmasını həmçinin sərəncəmların, siqnalların və mə’lumatların vaxtında verilməsi və qəbul olunmasını təmin etməkdən ibarətdir. Rabitə-yuxarı təşkilatın rəhbəri, tabelikdəki qüvvələr və qoşunlar, həmçinin qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvələr arasında təşil edilir.
Rabitə sistemi işə daim hazır vəziyyətdə saxlanmalı, informasiyanın e’tibarlı surətdə fasiləsiz, dəqiq və tez çatdırılmasına imkan verməlidir.
Buna nail olmaq üçün idarəetmə məntəqələrində rabitə qovşaqlarını əvvəlcədən yaratmaq, bütün rabitə vasitələrindən kompleks halında istifadə etmək, eləcə də rabitə vasitələrinin ehtiyatlarını yaratmaq lazımdır. Fövqəladə hallarda rabitə sisteminin sabitliyini artıran tədbirlərin həyata keçirilməsi, qərargah və xidmət işçilərinə texniki rabitə vasitələrini dəqiq işlətmək, onlara vaxtında və düzgün xidmət göstərmək qaydalarının öyrədilməsi, şəxsi heyətin və avadanlığın e’tibarlı müdafiəsinin təmin olunması da bu sahədəki əsas tədbirlərdəndir.
Rabitənin təşkili üçün radio-telefon (məftilli rabitə), səyyar və siqnalla rabitə vasitələrindən istifadə olunur. Bunlara rabitənin növləri deyirlər. Radio və telefon növü ən mürəkkəb şəraitdə belə istənilən məsafədəki çoxlu orqanlarla eyni zamanda və dərhal rabitə yaradıb əlaqə saxlamağa imkan verir.
Məftilli rabitə vasilərindən isə fövqəladə hadisələr dövründə Mülki Müdafiənin bütün strukturlarında geniş istifadə olunur.
Səyyar rabitə vasitələri xüsusən xilasetmə işləri aparılan vaxt cürbəcür operativ sənədləri, şifahi sərəncamları, məlumat və xəbərləri icraçılara, eləcə də yuxarı qərargahlara çatdırmaq üçündür.
Səyyar rabitə vasitəsi kimi təyyarələrdən, vertolyotlardan, avtomobillərdən və digər nəqliyyat vasitələrindən, bir sıra hallarda isə hətta piyadalardan da istifadə edilə bilər.
Siqnalla rabitə vasitələrindən – əhalini xəbərdar etmək, habelə göstəriş və siqnalları təkrar vermək məqsədilə istifadə olunur. Siqnal vasitələri elektrik və əl sirenalarından, siqnal raketlərindən, ye’ni işıq və səs siqnalı verən vasitələrdən ibarətdir.MM-in xəbərdarlıq sistemi də rabitə vasitələri əsasında təşkil olunmuşdur.Xəbərdarlıq sistemi dedikdə, MM orqanlarına əhaliyə siqnal və göstərişləri çatdıran üsul və vasitələrin vahid sistemi nəzərdə tutulur. Bu sistemə mərkəzləşdirilmiş xəbərdarlıq aparatları, radio-yayım (translyasiya) şəbəkəsi və sirenalar daxildir.
Sistemin əsas vəzifəsi MM-in rəhbər heyətinə, qərargahlar və xidmətlərə idarəetmə orqanlarını, MM qüvvələrini, obyektləri müxtəlif hazırlıq səviyyələrinə keçirmək haqqında sərəncamları vermək, eləcə də bütün əhaliyə düşmən hücumu təhlükəsi, yaxud havadan basqın, zəhərlənmə, təbii fəlakət və qəzalar barədə siqnalları, xəbər və məlumatları qısa müddətdə çatdırmaqdır.
Xəbərdarlıq müvafiq MM rəhbərinin, yaxud yuxarı qərargahın göstərişlərinə əsasən təşkil edilir. Xəbərdarlıq siqnalları bütün rabitə və yayım vasitələri ilə növbədənkənar verilir və yerli MM qərargahları tərəfindən təkrar etdirilir.
 Sonra o, qeyd edir ki, təhlükə potensiallı obyektlər yerləşən sahələrdə isə, həmçinin lokal (məhəlli) xəbərdarlıq sistemi də yaradılmalıdır. Bu sistem obyektlərin və ərazinin vahid bir struktura birləşdirilmiş xəbərdarlıq vasitələrindən ibarətdir. Məqsədi – fövqəladə hallar yarandığı barədə həmin obyektin işçilərini, habelə ehtimal olunan zəhərlənmə, yaxud fəlakətli subasma zonalarında yerləşən müəssisələrin, idarə və təşkilatların rəhbərlərini, eləcə də əhalini vaxtında xəbərdar etməkdir. Vəzifəli şəxslərə isə operativ məlumatları obyektin və şəhərin avtomat-telefon stansiyalarında quraşdırılmış məcburi çağırış telefon dayağı vasitəsilə çatdırmaq daha məqsədə uyğundur.Müəllim izah edir ki, lokal xəbərdarlıq sistemindən istifadə qaydası belədir: «kimyəvi təhlükəli obyektdə güclü, təsirli, zəhərli maddələrin ətrafa yayılması ilə baş verən qəza hallarında növbətçi dispetçerin fəaliyyət qaydası haqqında birtipli təlimat» mövcuddur.
Rabitənin və xəbərdarlığın təşkilində MM qərarğahlarının rolu.
Qərarğah bütün mühafizə işlərinin təşkilatçısı, mülki müdafiənin əsas idarəetmə orqanıdır. Etibarlı rabitə sisteminin yaradılmasına və xəbərdarlığın vaxtında təşkil edilməsinə məhz qərarğah cavabdehdir. Bu, onun ən vacib vəzifələri sırasına daxildir. Qərarğah rabitəni və xəbərdarlığı MM rəhbərinin qərarı və yuxarı qərarğahın rabitə haqqında sərəncamı əsasında təşkil edir. Rabitənin təşkilinə ümumi rəhbərlik şəxsən MM qərarğahının rəisinə həvalə olunmuşdur.
O özünün tabeliyindəki rabitə qüvvələri və vasitələrinin vəziyyətini və imkanlarını bilməyə, rabitənin təşkili üzrə vəzifələri vaxtında müəyyənləşdirməyə və tabelikdə qərarğahlara, qüvvələrə rabitənin yaradılması barədə sərəncam verməyə borcludur.
Rabitəni və xəbərdarlığı bilavasitə təşkil etmək və həyata keçirməkdən ötrü şəhərlərdə (rayonlarda, obyektlərdə) sülh dövründə mövcud olan müvafiq qüvvə və vasitələrdən istifadə etməklə rabitə xidməti və hərbiləşməmiş rabitə dəstələri yaradılır.
Xidmətin rəisi vəzifəsinə-bazası əsasında xidmət yaradılan müəssisənin, bölmənin (rabitə qovşağı, telefon stansiyası və s.) rəhbəri təyin olunur. Belə xidmət yaratmaq üçün baza (rabitə qovşağı, telefon stansiyası və s.) olmayan obyektlərdə rabitə və xəbərdarlığın təşkil vəzifəsi MM qərargahı rəisinin köməkçilərindən birinə həvalə edilə bilər. Xidmətin rəisi rabitə və xəbərdarlıq üzrə tədbirlərin planlaşdırılması, vaxtında həyata keçirilməsi, qüvvə və vasitələrin daim hazır saxlanması, avadanlığın təmir olunması üçün cavabdehdir.



Yüklə 64,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin