SəRBƏst iŞ TƏLƏBƏ: Eyvazova Nərmin Ənvər qızı faküLTƏ


Rayonda və obyektdə rabitənin və xəbərdarlığın təşkil



Yüklə 64,22 Kb.
səhifə3/5
tarix02.12.2022
ölçüsü64,22 Kb.
#71843
1   2   3   4   5
mm nevvv

Rayonda və obyektdə rabitənin və xəbərdarlığın təşkili.
Şəhərin (rayonun) ərazisində vahid MM rabitə sistemi yaradılmalıdır. Buna bütün mövcüd qüvvə və vasitələri, o cümlədən də dolayı rabitə xətlərini bir mərkəzdə (MM rabitə xidmətlərində) cəmləşdirmək onlara rəhbərliyi mərkəzləşdirilmiş halda planlaşdırmaq və rabitənin bütün növlərindən kompleks halında istifadə etməklə nail olmaq mümkündür.
Şəhərin (rayonun) rabitə xidməti imkan verməlidir ki, MM rəhbərləri öz idarəetmə məntəqələrindən tabelikdəki təşkilatların və MM xidmətlərinin başçıları ilə yuxarı və qarşılıqlı fəaliyyət gösrən MM qərargahları ilə, eləcə də ərazi MM dəstələrinin komandirləri kəşfiyyat orqanları, əhalini köçürmə (qəbuletmə), nəqliyyata mindirmə (düşürmə) məntəqələri ilə etibarlı əlaqə saxlaya bilsin, həmçinin, hər cür təhlükəli hallar barədə vəzifəli şəxsləri və bütün əhalini vaxtında xəbərdar etmək mümkün olsun.
Obyektlərdə də rabitənin rolu və əsas vəzifələri mahiyyətcə şəhərdə (rayonda) olduğu kimidir. Burada rabitə sistemi konkret olaraq müəssisənin rabitə qovşağını (rabitə vasitələrini) və MM dəstələrinin rabitə vasitələrini özündə cəmləşdirir.
İri müəssisələrin rabitə qovşaqlarında adətən, istehsalat avtomat-telefon stansiyası (İATS), radioyayım qovşağı, texnoloji rabitə xətləri (sexlərlə, şöbələrlə dispetçer rabitəsi) olur.
Obyektlərin idarəetmə məntəqələrindəki rabitə qovşağında isə kommutator (telefon stansiyası), radiorabitə vasitələri (əsasən ultraqısadalğa radiostansiyaları), siqnal vasitələri, vacib obyektlərdə isə həmçinin son bloku xəbərdarlıq aparaturu olmalıdır.
MM qüvvələrinin rabitə vasitələri-müxtəlif tipli telefon aparatlarından, telefon kabelindən, ultraqısadalğa radiostansiyalarından və tabel üzrə verilən digər avadanlıqdan ibarətdir.Müəllim qeyd edir ki, obyektlərdə də rabitənin adları çəkilən bütün dörd növündən aşağıdakı qaydada istifadə olunur:
Məftilli rabiətə – rayonun (şəhərin) nazirliyin (yuxarı idarənin) rəhbərliyi ilə: obyektin sığınacaqları, müşahidə postu, öz iş yerlərindəki sex və şöbə rəisləri və obyektin MM xidmətləri ilə əlaqə saxlamaq mümkündür.Radiorabitə – obyektdə, adətən MM rəhbərinin radioşəbəkəsi təşkil edilir, buraya dəstə komandirlərinin radiostansiyaları qoşulur. Obyekt MM rəhbərlərinin radiostansiyası isə şəhər (rayon) rəhbərinin radioşəbəkəsinə daxil edilir. Radiorabitədən xüsusən yürüş zamanı və zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə olunur.
Səyyar rabitədən – texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə əlavə vasitələr kimi, belə avadanlıq olmayan hallarda – əsas rabitə növü kimi istifadə edilir.
Siqnalla rabitə vasitələri – sirenalar, siqnal raketləri və bayraqcıqları həm xəbərdarlıq üsün, həm də MM-in sərəncəm və komandalarını çatdırmaqdan ötrü yardımçı vasitələr kimi işlədilir. Rabitə xidmətini icra etmək üçün obyektlərdə, eləcə də MM qüvvələrində rabitə qrupları və manqaları yaradılır. Bunlardan təşkilati strukturu, şəxsi heyətinin sayı və avadanlıqla təchizatnormaları yuxarı MM rəhbərləri tərəfindən müəyyən edilir.
Müəllim rabitə bölmələrinin təşkilati quruluşunu sxemlərdə izah edir, onların təchizatındakı əsas rabitə vasitələrinin nümunələrini göstərib, qısa taktiki-texniki göstəriciləri ilə dənləyiciləri tanış etdikdən sonra deyir ki, obyektin rabitə sistemi MM-in bütün fəaliyyət mərhələlərində – yəni müəssisənin daimi yerləşdiyi yerdə və xilasetmə işləri aparılan sahələrdə obyekt rəhbərini etibarlı rabitə ilə təmin etməlidir.Məsələn, müəssisənin daimi yerində MM-ə hazırlıq səviyyələrinə keçirilərkən rabitə burada əvvəlcədən düzəldilmiş idarəetmə məntəqəsindən təşkiledilir.
Məntəqədə aşağıdakı rəbitə vasitələri olmalıdır:
-obyektin xəbərdarlıq vasitələrini idarə edən aparatlar;-nazirliyin (şirkətin) eləcə də rayonun (şəhərin) MM qərargahı digər təşkilatları ilə telefonrabitəsi;
-müəssisənin sığınacaqları, «Hava həyacanı» siqnalı üzrə işini dayandırmayan sexləri, eləcə də MM qüvvələri, o cümlədən də müşahidə postu ilə bilavasitə, yaxud, obyektdəki ATS vasitəsilə telefon rabitəsi;
-rayonun köçürmə (qəbuletmə), toplanış, nəqliyyata mindirmə (düşürmə) məntəqələri ilə-şəhərin ATS-i vasitəsilə telefon rabitəsi;
- obyektin şəhərdənkənar zonadakı operativ qrupu ilə sifariş sistemi qaydasında telefonrabitəsi;
- yerli MM qərargahı və fəaliyyətdə olan kəşfiyyat bölmələri ilə radio rabitəsi.
Digər hallarda da rabitənin müxtəlif növlərindən kompleks surətdə istifadə edilir. Sonra müəllim xəbərdarlığın təşkili sxemini izah edir.



Yüklə 64,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin