SəRBƏst iŞ TƏLƏBƏ: İsmayılov Orxan faküLTƏ: Filologiya və tərcümə kafedra: Hüquq


Enerji-su və qaz təchizatının layihələndirilməsi və tikilməsinə olan tələbat-



Yüklə 72,66 Kb.
səhifə7/12
tarix28.12.2021
ölçüsü72,66 Kb.
#48100
1   2   3   4   5   6   7   8   9   ...   12
MM üzrə Sİ nümunəsi (2)

Enerji-su və qaz təchizatının layihələndirilməsi və tikilməsinə olan tələbat- Məlumdur ki, bu göstərilən kommunal enerji sistemindən biri kəsilərsə bu müəssisənin öz işini dayandırmağa məcbur edir və nəticədə planlaşdınlmış məhsuldarlıq pozulur. Bununla yanaşı şəhərlər və yaşayış məntəqələrində insanların normal həyat fəaliyyəti pozulur. Buna görə də göstərilən sistemlərin təchizatının yüksək səviyyədə olması üçün onlara olan tələbat da artıq olmalıdır. Bu tələbatlardan aşağıdakıları göstərmək olar:
1. İri şəhərlərdə və mühüm əhəmiyyətli təsərrüfat obyektlərinin enerji-su və qaz təchizatı hökmən azı iki mənbədən götürülməlidir. Bu mənbələr bir-birindən elə məsafə də olmalıdır ki, onlar eyni vaxtda dağılmasınlar (Burada su mənbələrindən biri yaxşı olar ki, yeraltı torpaq sularından istifadə etməklə yaradılsın, bu həm də radioaktiv kimyəvi və bioloji zəhərlənməyə davamlı olur). 2. Göstərilən təchizat sisteminin hər birinin ayrı-ayrılıqda xətləri öz aralarında elə birləşdirilməlidir ki, lazım olan vaxt ehtiyat mənbədən enerji-su və qaz sistemə rahat qoşula bilsin.
3. Təchizat sisteminin mühüm əhəmiyyətli elementləri mümkün dağıntı zonasından kənarda yerləşdirilməlidir.

Bu cür elementlərə aşağıdakılar aiddir:


• enerji təchizat sistemində - elektrik stansiyaları, idarəetmə mntqələri, yüksək gərginlikli elektrik ötürücü xətləri;
• su təchizatı sistemində - nasos stansiyaları və təmizləyici qurğular;
• qaz təchizatı sistemində - qaz paylayıcı və kompressor stansiyaları, həmçinin magistral qaz kəmərləri.
4. Təchizat xətlrində avtomat və yarım avtomat ayırıcı və bağlayıcı qurğular qoyulmalıdır. Bu qurğular vasitəsi ilə zədələnmiş sahə tez sistemdən ayrılır və ikinci zədələnmə amilinin qarşısı alınır.
5. Mümkün güclü dağıntı zonalarında və obyektlərin ərazisində enerji, su və qaz xətləri yeraltı qoruyucu tranşeyalarda yerləşdirilir ki, bu da öz növbəsində onların dağılmasının zədələnməsinin qarşısını alır və dayanıqlığını artırır.
6 . Нәr bir mühüm əhəmiyyətli obyektin özünün ehtiyat enerji, su və qaz təchizat mənbəyi olmalıdır. Bunlar stasionar və ya səyyar elektrik stansiyasi bağlı hovuz və ya ehtiyat su çənləri, artezan quyuları və buruqları, həmçinin ehtiyat qaz həcmləri və qazqalderbr ola bilər.
7. Yeni təchizat sistemi layihələşdirilərkən və tikilərkən köhnə təchizat sistemini ehtiyat mənbəyi kimi saxlamaq məsləhətdir.
8. Obyektlərin başqa yanacaq növünə keçirilməsinə baxılmalıdır. Bu zaman su təchizatından texnoloji prosesbrdə maksimum istifadə etmək üçün о dövr etdirilməlidir. Suyun zəhərlənməsinin qarşısı maksimum alınmalıdır, obyektlərdə yanğmı söndürmək üçün ehtiyat su mənbələri yaradılmalıdır. Həmçinin qəza ehtiyat boruları olmalıdır ki, bundan lazımi gəldikdə magistral boru kəmərlərində və obyektin özündə istifadə etmək olsun. Bundan başqa ММ mühəndis-texniki layihələşdirmə və normalarında hər bir sistem üçün aynlıqda, çoxlu tələbatlar müəyyənləşdirilmişdir. Məlum olduğu kimi tikilən sənaye binaları və qurğularının ümumi dayanıqlılığı hissələrin ağırlığına və külək nəticəsində yaranacaq əlavə yüklərə hesablanır. Bu zaman tutaq ki, zərbə dalğasının, yaxud zəlzələnin törədə biləcəyi hər cür təsiri dəqiq nəzərə almaq heç də həmişə mümkün olmur. Bununla belə, sonradan konstruksiyalarda əsaslı dəyişiklik aparmaqla binaların möhkəmliyini artırmaq adətən lazımı nəticə vermir, həm də böyük xərclər tələb edir. Buna görə də bina və qurğuların dayanıqlılığını artıran əlavə tədbirlər yalnız elə hallarda məqsədəuyğun sayılır ki, onların bütün istehsal prosesini təmin edən ayrı-ayrı vacib elementləri digər elementlərə nisbətən az davamlıdır. Onda belə hissələrin, həmçinin əlahiddə fəaliyyət göstərməklə dərhal işlədilə bilən məhsul buraxmaq qabiliyyətinə malik sahələrin dayanıqlılığını artırmaq lazımdır. Beləliklə, sülh və müharibə dövürlərindəki ekstremal şəraitdə sənaye obyektlərində işin dayanıqlılığının yüksəldilməsi üzrə tədbirlər – işçilərin etibarlı mühafizəsinə, xilasetmə işlərinin qısa müddətdə icrası, istehsalın bərpa olunmasına yönəldilməklə bərabər, həmçinin sülh dövründə də istehsalat qəzaları ehtimalının azaldılması və qəza nəticələrinin məhdudlaşdırılması üçün böyük əhəmiyyətə malikdir.


Yüklə 72,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin