SəRBƏst iŞ TƏLƏBƏ: İsmayılov Orxan faküLTƏ: Filologiya və tərcümə kafedra: Hüquq


Fövqəladə vəziyyət şəraitində obyektlərin iş dayanıqlığının əsasları, mahiyyəti və onlara təsir edən amillər



Yüklə 72,66 Kb.
səhifə2/12
tarix28.12.2021
ölçüsü72,66 Kb.
#48100
1   2   3   4   5   6   7   8   9   ...   12
MM üzrə Sİ nümunəsi (2)

Fövqəladə vəziyyət şəraitində obyektlərin iş dayanıqlığının əsasları, mahiyyəti və onlara təsir edən amillər.

Sülh dövründəki fəvqəladə hallarda - güdü təbii fəlakətlər və istehsalat qəzalar baş verərkən, eləcə də müharibə vaxtı ən vacib müəssisələrdə, təsərrüfatlarda işin dayanaqlığının (sabitliyinin) təmin edilməsi ölkənin iqtisadiyyatı ilə əlaqədar vacib məsələdir: Bu həmçinin FHN-nin qarşısında duran əsas vəzifələrdən biri sayılır. Sülh vaxtı, təbii fəlakətdən, iri sənaye qəzasından, fəlakət və başqa səbəblərdən əmələ gələn fövqəladə vəziyyət (FV) məhdud xarakterli (lokal) olub müəyyən obyekti, şəhəri və regionu əhatə edir. Müharibə vaxtı, kütləvi qırğın silahının və müasir qırğın vasitələrinin təsirindən yaranan fövqəladə vəziyyət isə böyük bir ərazini - bütün respublikanı əhatə edə bilər. Respublikamızın ərazisindəki hər bir obyekt, müxtəlif kortəbii hadisələrin, о cümlədən də bunlardan әn fəlakətlisi olan zəlzələnin təsir dairəsinə düşə bilər. Ölkəmizin ümumən hər yeri 8 baladək, ərazinin dörddə biri qədəri də 9 baladək zəlzələ ehtimallı sahələr sayılır. Yalnız 9 ballıq zonada əhalinin 20%-i, sel təhlükəli rayonlarda isə 5%-dən çoxu yaşayır. Şəhər və rayonlarımızdakı bir çox kimyəvi, yanğın, partlayış qorxulu istehsalatlarda qəza ehtimalı da mövcuddur. Burada biz yaranmış FV-dən asılı olaraq ölkənin müxtəlif sahələrinin və iqtisadiyyat obyektlərinin dayananıqlığı işini təmin etməyə çalışmalıyıq. İşin dayanaqlığının yüksəldilməsi isə, obyektlərin məhz bu qabiliyyətinin və imkanlarının artırılıb müvafıq normativ sənədlərin tələbləri səviyyəsinə çatdırılmasından ibarətdir. İşin dayanaqlığının artırılması üçün obyektlərdə hələ əvvəlcədən mühəndis-texniki, texnoloji və təşkilatı tədbirlər kompleksi işlənib hazırlanır və vaxtında həyata keçirilir. Belə tədbirbrin görülməsində əsas məqsədlər aşağıdakılardır:

  • istehsalat qəzalarının qarşısını almaq;

  • qəzalar, təbii fəlakətlər vaxtı, habelə müasir silahların təsiri nəticəsində baş verə biləcək itki və zərəri azaltmaq

  • fəlakətlərin, qəzaların, eləcə də düşmən hücumu nəticələrinin tez aradan qaldırılmasına şərait уaratmaq;

  • pozulmuş istehsal prosesinin qısa müddətdə bərра olunmasını təmin etmək;

  • ekstremal şəraitdə işçilərin, onların ailə üzvlərinin normal həyat şəraitini təmin etmək

Fövqəladə hallarda sənaye obyektlərində və sahələrində işin dayanaqlığının artırılması çox vacib olduğu qədər, həm də geniş sahəli və mürəkkəb bir problemdir. Buraya istehsalatların ərazidə düzgün yerləşdirilməsi əvəzedici istehsalat və müəssisələrin yaradılması, etibarlı maddi-texniki təchizatın, nəqliyyat əlaqələrinin təmin olunması, əlavə yanacaq növünə, digər xammal və texnologiyalara keçmək üçün hazırlıq tədbirlərindən başlamış, obyektlərdə fəhlə və qulluqçuların mühafızə edilməsinə, fəlakət nəticələrinin aradan qaldırılmasınadək müxtəlif işlər aiddir. Bunların bir qisminin hә1ә obyektlərin layihələşdirilməsi və tikilməsi vaxtı, digərlərinin isə şonradan yerinə yetirilməsi nəzərdə tutulur. Bütün bu tədbirlər səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmiş normativ sənədlərə uyğun olaraq icra edilir. Bütün bunların nəticəsində yarana biləcək sülh və müharibə dövrlərindəki fəvqəladə hallarda xalq təsərrüfatı obyektlərinin zədələnmə dərəcəsi nəinki onların hansı gücdə kortəbii hadisə rayonunda yerləşdiyindən, həm də bu müəssisələrin mühafizəyə hazırlanması dərəcəsindən asılı olacaq. Bu hazırlığın məğzini isə onun binaları və qurğularının fıziki (statik) davamlığı da daxil olmaqla, burada işin dayabıqlığını artırmaq üçün görülən tədbirlər təşkil edir. Belə tədbirlər görülmüş obyektlərdə nisbətən az zədə alacaq, şəxsi heyətin mühafizəsi etibarlı olacaq, deməli, obyekti daha qısa müddətdə bərра olunacaq Amerika mütəxəssisləri hesab edirlər ki, ABŞ ərazisində birinci nüvə zərbəsindən ölkənin 70 % enerjisi və 60 %-ә qədər bütün sənaye sahələri öz iş qabiliyyətini itirir. Təkrar zərbədən isə bu dağıntılar və itkilər 95 %-ə çatır. Bunun təsdiqi olaraq уaxın şərqdə İraqa qarşı adi qırğın vasitələrindən hava basqınını misal göstərmək olar. Bu zaman İrak öz sənaye potensialının çox hissəsini itirdi. Buna görə də sülh vaxtı, hərbi iqtisadi potensialın inkişafı və müharibə vaxtı bunun qorunub saxlanması bizim ölkənin qarşısında duran əsas məsələlərdən biri olmaqla, onun iqtisadiyyat obyektlərinin fəvqəladə vəziyyət zamanı həm sülh vaxtı və həm də müharibə vaxtı dayanıqlı işinin təmini FHN-nin qarşısında qoyulan əsas və mürəkkəb səbəblərdən biridir. Bu məsələnin həlli üçün əvvəlcədən ölkə daxilində müxtəlif kompleks mühafizə tədbirləri hazırlanması, şəhər və yaşayış məntəqələrində, iqtisadiyyat obyektlərinin bütün sahələrində, о cümlədən quruculuq sənayesində fövqəladə vəziyyət zamam onların dayanaqlı fəaliyyət göstərmələri istiqamətində məqsədyönlü işlər görülməlidir. Burada məqsəd sülh və müharibə vaxtı FV zamanı yarana biləcək nəticələrin maksimum azaltmaqdan ibarətdir.

İqtisadiyyatın dayanaqlığı məsələsi bütün sənaye sahələri üzrə ümumdövlət miqyasında həll olunur. Bununla əlaqədar olaraq bir sıra anlayışlar fərqlənir ki, bunlardan:


• obyektlərin dayanaqlığı
• sahələrin işinin dayanaqlığı
• respublika təsərrüfatının fəaliyyətinin dayanaqlığı. Obyektdə işin dayanaqlığı - müəssisənin qəzalara, kortəbii hadisələrə və müasir silahların zədələyici təsirinə davam gətirməsi, bunların təsiri şəraitində belə, planda nəzərdə tutulmuş həcmdə məhsul buraxması, mühəndis-texniki avadanlığm zəif, yaxud orta dərəcədə zədələndikdə istehsalın mümkün qədər tez bərpa olunması qabiliyyətinə deyilir. Maddi nemətlər istehsal etməyən obyektlərin (nəqliyyat, rabitə, səhiyyə, tədris müəssisələri və b.) işinin dayanaqlığı deyildikdə isə onların fövqəladə hallarda öz funksiyasnı yerinə yetirməsi bacarığı nəzərdə tutulur. Təsərrüfat sahələrinin işinin dayanaqlığı dedikdə - mümkün dağıntı şəraitində obyektlərin bəzi hissələrinin sıradan çıxması və bu zaman sənaye əlaqələrinin pozulması hallarında, ölkə əhəmiyyətli məhsulun istehsalını saxlamaq və təmin etmək qabiliyyəti nəzərdə tutulur. Respublika təsərrüfat fəaliyyətinin dayanaqlığı dedikdə isə ümumiyyətlə onun müdafiə və təsərüfat üçün tələb olunan səviyyəni saxlamaq qabiliyyəti nəzərdə tutulur. Təsərrüfat sahələrinin və obyektlərin dayanıqlığı anlayışı birinci növbədə onların FH zamanı, planlaşdırılmış məhsuldarlığı saxlamaq qabiliyyətini təmin etməkdir. Lakin nəzərə almaq lazımdır ki, bu cür dayanaqlığın əsas tərkib hissəsi, təbii fəlakət, sənaye qəzaları və müasir silahların zədələyici amillərinin təsirinə qarşı hər bir obyekt və sənaye kompleksinin fıziki dayanaqlığıdır. Məlumdur ki, obyektlərin dayanaqlı işinə müxtəlıf amillər təsir edə bilər. Bunlardan ən əsasları aşağıdakılardan ibarətdir.
• fəhlə və qıılluqçuların mümkün zədələnmələrdən ehtibarlı mühafizəsi;
• sənaye kompleksinin dayanaqlığı (binalar, qurğular, avadanlıqlar, energetika qurğuları, kommunikasiya xətləri və s.)
• obyektin planlaşdırılmış məhsul üzrə lazımi təchizatı (xammal, yanacaq komplektləşdirici hissələr, elektrik enerjisi, su, qaz, istilik) və başqa sənaye müəssisələri ilə (xammalla təchiz edən və hazır məhsulu tələb edən) əlaqəsinin davamlılığı.
• sənayenin və MM qüvvəsınin önəmlili idarə olunması - onu qeyd etmək lazımdır ki, bu məsələ təkcə obyekt miqyasında deyil təşərrüfat sahəsi və ölkə miqyasında həll olunur. » obyektlərin ikinci zədələnmə amillərindən (yanğından, partlayışdan, su basmasından QTKM təsirindən və s.) mühafızəsi;
• obyektin zəif və orta dağıntı aldığı zamanı, xilasetmə və digər təxirə salınmaz işlərin aparılmasına hazırlığı;
• obyektin vaxtında hərbi rejiminə keçməsi. Bundan başqa FH zamanı obyektin dayanaqlı işinə, onun yerləşdiyi rayon, ərazi obyekt daxili planı, obyekt ərazisində tikintilər və s. təsir edə bilər. Fəvqəladə vəziyyət zamanı müəssisələrin fəaliyyətinin dayanaqlığnın yüksəldilməsi məsələsi aktual və vacib məsələlərdən biri olaraq о, bütün obyektlər və təsərrüfatın hər sahəsi üçün əhəmiyyətlidir. Belə ki, təsərrüfat obyektləri bir-biri ilə sıx əlaqəli olub biri digərini tamamlayır, onların normal fəaliyyəiti ölkənin qüdrətini möhkəmləndirir. Burada əsas diqqət əhalinin tələbatı üçün lazım olan və hərbi məhsul istehsal edən sənaye sahələrinə yönəldilməlidir. Obyektlərin və təsərrüfat sahələrinin dayanaqlığının yüksəldilməsi məsələsini həll edərkən, uyğun normativ sənədlərlə təsdiq olunmuş və MM-nin tələbinə əsasən ciddi mühəndis-texniki hesabat apanlmalıdır. Məsələn, “Seysmik rayonlarda layihələşdirmə normaları” (İnşaat normaları və qaydaları - İN və Q -II-7-81, mülki müdafiə mühəndis-texniki tədbirlərinin layihələşdirmə normalarını müəyyən edən İN və Q -II-11-77) və digər sənədlər məhz bu sahə üzrə görülməli işlərə zəmin yaradan sənədlərdir. Həmçinin onu da qeyd edək ki, həmin tədbirlərdən bir çoxunun icrası üçün xeyli vəsait, vaxt, işçi qüvvəsi və mütəxəssislər tələb olunur. Sahələrin iqtisadi inkişafı planlarında öz əksini tapan belə tədbirlər müvafıq nazirliklər, şirkətlər və idarələr tərəfindən təşkil edilib həyata keçirilməlidir. FHN-nin orqanlanın vəzifəsi isə istehsalatın tərkib hissələrinin - işçi qüvvəsinin, avadanlıqların, xammalın, hazır məhsulların mühafızəsinə yönəldilmiş mühəndis-texniki və digər tədbirlərin işlənib hazırlanması və yerinə yetirilməsində iştirak etməkdir. Mühəndis-texniki təbbatının yerinə yetirilməsi - əhalinin mühafızəsi, iqtisadi dayanaqlığın yüksəldilməsi və qəza xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması istiqamətində bütün əsas məsələlərin həllini təmin edir.


Yüklə 72,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin