SəRBƏst iŞ TƏLƏBƏ: İsmayılov Orxan faküLTƏ: Filologiya və tərcümə kafedra: Hüquq


Dərini təcridedici mühafizə vasitələri



Yüklə 72,66 Kb.
səhifə12/12
tarix28.12.2021
ölçüsü72,66 Kb.
#48100
1   ...   4   5   6   7   8   9   10   11   12
MM üzrə Sİ nümunəsi (2)

Dərini təcridedici mühafizə vasitələri Bu vasitələr hava keçirməyən materiallardan hazırlanır. Bunlar tam hermetik, qismən hermetik yaxud tamamilə hermetik ola bilər. Qismən və qeyri-hermetik əsasən maye damcıları halındakı ZM-dan mühafizə edir.

Fərdi tibbi mühafizə vasitələri fövqəladə hallar vaxtı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyi ilə zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra zədələyici amillərin təsirinə qarşı orqanizmin dayanıqlığını artırmaq mümkündür. Bunlara radio-protektorlar, antidotlar və bakteriya əleyhinə maddələr, habelə qismən sanitariya təmizlənməsi vasitələri aid edilir. Radioprotektorlar ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflədən maddələrə deyilir. Hazırda bunlardan ən çox istifadə ediləni sistamin adlı maddədir. Sistamin həblərini şüalanmadan 30-40 dəqiqə əvvəl qəbul etmək məslətdir. Orqanizmə keçən radioaktiv maddələrdən mühafizə üçün kompleks yaradan maddələrdən, adsorbentlərdən kalium-yodid maddəsindən istifadə etmək olar. Antidotlar (zəhər əleyhinə dərman) ZM-in təsirinin qarşısını alan və ya zəiflədən maddələrdir. Fosforlu üzvi maddələr (FÜM) əleyhinə afin, taren, ateopin və s. sianidlərə qarşı amilnitrit, propilnitrit adlı lüizitə və arsin tərkibli digər maddələrə qarşı unitol adlı antidotlar mövcuddur. Bakteriya əleyhinə maddələr spesifik və qeyri-spesifik profilaktika vasitələrinə ayrılır. Spesifik profilaktika vasitələrinə zərdablar, vaksinlər, anatoksinlər aiddir.

Nəticə

Fövqəladə hallarda Mülki Müdafiəyə əhalinin təhlükəsizliyinin təmin edilməsi sahəsində vahid dövlət siyasətini həyata keçirməklə nail olunur.Bu məqsədlə fövqəladə hadisələri vaxtında proqnozlaşdırmaq, aşkar etmək və zəiflətmək, iqtisadiyyat obyektlərinin sabit işləməsini təmin etmək, fəlakət rayonlarında xəsarət almış adamları təhlükəsiz yerə köçürmək və.s tədbirlər görülür.



Mülki Müdafiədə bütün hakimiyyət və idarəetmə orqanları, mülki müdafiənin ixtisaslı dəstələri, bütün əhali olaraq, bütün nazirliklərin və sahələrin, sahə mənsubiyyətindən, mülkiyyət formasından asılı olmayaraq hər cür təşkilat və müəssisələrin qəza-xilasetmə qüvvələri, ictimai təşkilatlar iştriak etməlidirlər. Təsərrüfat obyektlərində, tədris müəssisələrində mülki müdafiənin təşkil edilməsi və vəziyyəti üçün obyektin rəhbəri məsuliyyət daşıyır. Mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi barədə onun əmr və sərəncamlarını obyektin bütün vəzifəli şəxsləri hökmən icra etməlidirlər. Obyektlərdə mülki müdafiə fəhlə, qulluqçu, kəndli və tələbələri (şagirdləri) qabaqcadan fövqəladə hadisələrin zədələyici amillərindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hallarda sabit işləməsi üçün şərait yaratmaq, vaxtında QəzaXilasetmə və digər təxirəsalınmaz işlər (Q3L və DTİ) görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır. Obyektin rəhbərinə mülki müdafiə üzrə kömək göstərmək məqsədilə onun müavinləri (köçürmə, mühəndis-texniki tədbirlər, maddi-texniki təchizat, qərargah üzrə və s.) olur. Obyektin rəhbərliyinin nəzdində mülki müdafiə qərargahı yaradılır. Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki müdafiə məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah mülki müdafiə üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir. Mülki müdafiənin xüsusi tədbirlərini yerinə yetirmək, bu məqsədlə qüvvə və vasitələr hazırlamaq, Qəza-Xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən mülki-müdafiə qüvvələrinin fəaliyyətini təmin etmək üçün yerlərdə mülki-müdafiə xidmətləri yaradılır. Obyektlərdə xidmətlərin böyük rolu vardır. Onlar obyektin şöbələri, bölmə və laboratoriyaları əsasında yaradılır. Xidmətlərin rəisləri obyektin baş mütəxəsislərindən, istehsalat bölmələrinin rəhbərlərindən təyin edilir. Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcmi və xüsusiyyətlərini, lazımi maddi bazanın, qüvvə və vasitələrin olmasını nəzərə almaqla müvafiq icra hakimiyyəti başçılarını qərar və obyekt rəhbərlərinin əmrləri ilə yaradılır. Mülki müdafiənin əsas xidmətləri bunlardır: rabitə və xəbərdarlıq, tibbi, yanğından mühafizə, ictimai asayişi mühafizə, 32 sığınacaq və daldalanacaqlar, mühəndis, avtomobil nəqliyyat, maddi-texniki təchizat, ticarət və iaşə, enerji təminatı, kimya və radiasiyadan mühafizə və s. Müvafiq baza və ehtiyac olduqda digər xidmətlər də yaradıla bilər. Kənd təsərrüfatı istehsalı obyektlerində bunlardan başqa kənd təsərrüfatı heyvanlarının və bitkilərinin mühafizə xidməti də yaradılır

İstifadə olunmuş ədəbiyyatların siyahısı

  1. Alıyev Həmid Alıhüseyn oglu. Mulki mudafiə [Mətn]: sülh və muharibə dövrlərində ehtimal olunan fövqəladə hallar: dərs vəsaiti Bakı: 2004.- 113, [1] s.

  2. H.O.Ocaqov. Mülki müdafiə. Çaşıoğlu, Bakı, 2000.

  3. H.O.Ocaqov. Fövqəladə halların nəticələrinin aradan qaldırılması. Bakı, 2009.



Yüklə 72,66 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin