1.1 Qaçaraq uzunluğa tullanma
Uzunluğa tullanma maksimum qüvvə ilə yerinə yetirilən bir sıra təkrar olunmayan hərəkətlərdən ibarətdir. Tullanmanın bütün hissələri bir-biri ilə üzvü sürətdə əlaqədardır. Qaçaraq uzunluğa tullanmaq - qaçışdan, təkandan, uçuş fazasından və yerə enmədən ibarətdir. Qaçış- bu fazada şagird yüksək üfüqi sürət götürməli və təkan üçün şərait yaratmalıdır. Qaçış başlandığı xətdən çıxış vəziyyətində olan şagirdin pəncəsi 10-15 sm aralı olur. Qıçlar diz oynağından bükülmüş, bədən azacıq irəli əyilmiş vəziyyətdə qaçışa başlayır. İtələnmə yerinə yaxınlaşdıqca bədənin əyilməsi azalır.
Təkan - fazasında şagird ayağını taxta parçası üzərinə fəal hərəkətlə qoymalıdır. Ayaq yerə qoyulan anda bədən şaquli vəziyyətdə olmalıdır. Bu andan təkan qaçışın düzəldilməsi başlayır. Uçuş fazası- itələnmədən sonra idmançı dayaqsız fazaya kecir. Qollar bir qədər aşağı enir və müvazinəti saxlayır. Bu vəziyyət “Uçuş addımı” adlanır. Bu addımın uzunluğu 114 sm -dən çox davam etmir. Sonra şagird uçuşda qıçları “bükməklə”, “açılma” yaxud “qayçıvari” üsulla yerinə yetirir. Yerəenmə - yerəenmə zamanı uzununa tullanma bütün üsullara eyni qayda ilə həyata keçirilir. Yerəenməzdən əvvəl dizlər çox hündür qaldırılır. Yerəenməni şagird irəli, yaxud kənara yıxılmaqla keçirir.
Qaçaraq uzununa tullanan şagird bir ayağını yerə basdırılmış kiçik ağac tirə basaraq güclü təkanla sıçrayır; bu zaman o, ayağını tirin ön xəttindən irəli basmamalıdır, yoxsa bu sıçrayış hesaba alınmaz.
Təkandan sonra idmançı irəli uçur və sıçrayış zamanı üç üsulun birindən istifadə edir: “qıvrılma”, “əyilmə”, ya da “qayçılama”. Durduğu yerdən uzununa tullanma zamanı da bu cür tirdən istifadə edilir, lakin bu zaman tir çökəkdən 1 m aralı basdırılmış olur. Yerindən sıçrayış zamanı da ayaqqabının ucu tirin ön xəttindən irəli çıxmamalıdır. Sıçrayış belə yerinə yetirilir: tullanan idmançı pəncəsinin ucunda qalxaraq əllərini yuxarı qaldırır və belini əyir; sonra sürətlə aşağı çömələrək əllərini arxaya aparır, güclü təkan verərək irəli sıçrayır. Təkan verərkən yellənməyə və pəncənin birini irəli, birini də geri qoymağa icazə verilmir. Lakin bu zaman tir çökəkdən 9 m aralı basdırılır. Üçqat tullanma zamanı daha güclü ayağı ilə təkan vurduqdan sonra yenə də həmin ayağı üstündə yerə düşür və bir daha təkan vurub üçüncü dəfə o biri ayağı üzərinə düşərək yenə təkan vurur və çökəyə düşərək tullanmanı başa çatdırır. Üçqat tullanma ilə yalnız kişilər və 17-18 yaşlı oğlanlar məşğul olurlar. Bütün tullanmalar üçün nəzərdə tutulan çökəklər qaçış cığırı ilə bərabər səviyyədə qumla doldurulur. Sıçrayışın uzunluğu tirin ön xəttindən bədənin hər hansı bir üzvünün qum üzərində buraxdığı ən yaxın izə qədər ölçülür. Elə olur ki, şagird çox uzağa, hətta rekord həddini göstərən bayraqcıqdan da o tərəfə tullanır, lakin yerə enərkən müvazinətini saxlaya bilmir və arxaya yıxılaraq ya əlinə söykənir, ya da oturur. Sıçrayışın uzunluğu da bu izə qədər ölçülür. Bu qaydanın ədalətliliyini belə bir misalla izah etmək çətin deyildir. Təsəvvür edin ki, həmin şagird dərin yarğanın üstündən tullanmışdır, lakin yarğanın o biri tərəfi ndə özünü saxlaya bilməyib yarğana yıxılmışdır. Axı onda heç kim deməz ki, o, yarğanın üstündən tullanıb keçib. Uzununa tullanmanın bütün növlərində yarış iştirakçılarının üç cəhd etmək hüququ vardır, bu cəhdlərdən ən yaxşı nəticəsi olan hesaba alınır. Altı ən güclü idmançı fi nala çıxır və onlar daha üç cəhd etmək hüququ qazanır. Yarışın qalibi bütün altı cəhddə göstərilən ən yaxşı nəticəyə əsasən müəyyən edilir.
Kim çökəklərin, arxların, ensiz yarğanların üstündən tullanmayıb? Lakin çətin ki, ən cəsarətli oğlanlar belə (yüngül atletika bölməsində tullanma ilə məşğul olmayanlar) 2 m-lik yarğanın üstündən tullanmağa cəsarət etsinlər. Amma onlar lazımi məşqlərdən sonra bundan 2-3 dəfə uzağa tullana bilirlər. Əlbəttə, bu cür sıçrayışları xüsusi ayaqqabılarda və məxsusi olaraq hazırlanmış yerlərdə yerinə yetirmək olar. Qaçaraq uzununa tullanan idmançı bir ayağını yerə basdırılmış kiçik ağac tirə basaraq güclü təkanla sıçrayır; bu zaman o, ayağını tirin ön xəttindən irəli basmamalıdır, yoxsa bu sıçrayış hesaba almaz. Təkandan sonra idmançı irəli uçur və sıçrayış zamanı üç üsulun birindən istifadə edir: “qıvrılma”, “əyilmə”, ya da “qayçılama”. Durduğu yerdən uzununa tullanma zamanı da bu cür tirdən istifadə edilir, lakin bu zaman tir çökəkdən 1 m aralı basdırılmış olur. Yerindən sıçrayış zamanı da ayaqqabının ucu tirin ön xəttindən irəli çıxmamalıdır. Sıçrayış belə yerinə yetirilir: tullanan idmançı pəncəsinin ucunda qalxaraq əllərini yuxarı qaldırır və belini əyir; sonra sürətlə aşağı çömələrək əllərini arxaya aparır, güclü təkan verərək irəli sıçrayır. Təkan verərkən yellənməyə və pəncənin birini irəli, birini də geri qoymağa icazə verilmir. Qaçaraq üçqat tullanma da qaçaraq uzununa tullanma keçirilən yerdə keçirilir, lakin bu zaman tir çökəkdən 9 m aralı basdırılır. Üçqat tullanma zamanı daha güclü ayağı ilə təkan vurduqdan sonra idmançı yenə də həmin ayağı üstündə yerə düşür və bir daha təkan vurub üçüncü dəfə o biri ayağı üzərinə düşərək yenə təkan vurur və çökəyə düşərək tullanmanı başa çatdırır. Üçqat tullanma ilə yalnız kişilər və 17 - 18 yaşlı oğlanlar məşğul olurlar. Bütün tullanmalar üçün nəzərdə tutulan çökəklər qaçış cığırı ilə bərabər səviyyədə qumla doldurulur. Sıçrayışın uzunluğu tirin ön xəttindən bədənin hər hansı bir üzvünün qum üzərində buraxdığı ən yaxın izə qədər ölçülür. Elə olur ki, idmançı çox uzağa, hətta rekord həddini göstərən bayraqcıqdan da o tərəfə tullanır, lakin yerə enərkən müvazinətini saxlaya bilmir və arxaya yıxılaraq ya əlinə söykənir, ya da oturur. Sıçrayışın uzunluğu da bu izə qədər ölçülür. Bu qaydanın ədalətliliyini belə bir məsəllə izah etmək çətin deyildir. Təsəvvür edin ki, həmin idmançı dərin yarğanın üstündən tullanmışdır, lakin yarğanın o biri tərəfində özünü saxlaya bilməyib yarğana yıxılmışdır. Axı onda heç kim deməz ki, o, yarğanın üstündən tullanıb-keçib. Uzununa tullanmanın bütün növlərində yarış iştirakçılarının üç cəhd etmək hüquqları vardır, bu cəhdlərdən ən yaxşı nəticəsi olan hesaba alınır. Altı ən güclü idmançı finala çıxır və onlar daha üç cəhd etmək hüququ qazanırlar. Yarışın qalibi bütün altı cəhddən ən yaxşı nəticəyə əsasən müəyyən edilir.
Dostları ilə paylaş: |