Fənn: Atletika Fakültə Güllə atıcılığı



Yüklə 49,45 Kb.
tarix27.10.2022
ölçüsü49,45 Kb.
#66593

Qrup: 112A4


Fənn: Atletika
Fakültə Güllə atıcılığı
Müəllim: Xasan Xasanov
Tələbə: Məhərəmov Hüseyn
Mövzu: Qaçaraq hündürlüyə tullanma texnikasının xüsusiyyətləri, fazalarının quruluşu, tullanma üsulları öyrədilməsinin metodikası
Qaçaraq hündürlüyə tullanma texnikasının xüsusiyyətləri, fazalarının quruluşu, tullanma üsulları öyrədilməsinin metodikası

Qaçışın müxtəlif növlərinin texnikasını daha əlverişli təhlil etmək üçün hər hansı məsafəyə keçirilən idman qaçışını aşağıdakı əsas hissələrə bölmək lazımdır:


1.idmançının startda vəziyyəti;


2.start və ya qaçışın əvvəli(startdan birdən-birə çıxmaq);
3.məsafənin əsas hissəsindəki qaçış;
4.finiş və ya qaçışın sonu-lent üzərinə atılmaq.
Start vəziyyətinin vəzifəsi qaçışı başlamaq üçün əlverişli şərait yaratmaqdan ibarətdir.İlk addımı (təkan) atmaq üçün qabaqcadan qıçları bükmək lazımdır.Qısa məsafələrə qaçışda alçaq startdan istifadə edilir.Bu zaman idmançı əlləri ilə də yerə dayaq verir.Qaçış sürətini cəld artırmaq üçün alçaq start daha effektlidir.Ayaqlarla yerə daha yaxşı dayaq vermək üçün start qəliblərindən istifadə edilir.Orta və uzaq məsafələrə qaçışda yüksək start sərfəlidir.Start və ya qaçışın əvvəlinin (startdan birdən –birə çıxmağın) vəzifəsi lazımi sürəti tez inkişaf etdirməkdən ibarətdir.Qısa məsafələrə qaçışda bu sürət maksimal dərəcəyə çatmalıdır.Bunun xüsusiyyətləri aşağıdakılardır:
1.Qaçarkən pəncə-dabanın yerə dəyməməsi (pəncələr üstündə qaçış).
2.bədəni irəliyə çox əyilməsi.
3.addımların uzunluğunun və tezliyinin dəyişdirilməsi.
4.əzələlərin çox gərginişləməsi;
5.tənəffüsün edilməsi.

Tullanmalarda tam hərəkət şərti olaraq dörd fazaya bölünür:


1)hərəkətin qaçış hissəsi;
2)təkan;
3)Uçuş;
4)Yerəenmə.

Hərəkətin qaçış hissəsi-hərəkətin bu hissəsində idmançının qarışısında duran


başlıca vəzifə təkanın icrasına qədər optimal hərəkət sürətinə nail olmaq və təkanın
icrası üçün effektli şərait yaratmaqdan ibarətdir.Ayrı-ayrı tullanmalarda hərəkətin
qaçış hissəsində sürətin böyüklüyü müxtəlifdir.Qaçaraq uzunluğa,üç təkanla və
şüvüllə tullanmalarda idmançı hərəkətin qaçış hissəsində maksimal qaçış sürətinə
nail olmağa çalışır.Buna görə də bu tullanma növlərində qaçış məsafəsi 18,20,22.bəzən daha çox qaçış addımından ibarət olur.Qaçaraq hündürlüyə tullanmalarda isə hərəkətin icra usullundan aslı olaraq qaçış hündürlük plankasına
nəzarət müxtəlif bucaqlar altında,düz xətli ilə qövsuvari xətt üzrə yerinə yetirilə
bilər.Burada qaçış sürəti maksimal olmasada,xüsusi ritmdə yüksək sürətlə icra
olunur.Buna görə də qaçaraq hündürlüyə tullanma hərəkətində qaçış məsafəsi 7-11
addımında yerinə yetirməklə hərəkət sürəti 5-7,5m\san təkan zamanı isə şaquli hərəkət sürəti 3,5-4,9 m\san.çatır.Hərəkətin qaçış hissəsində idmançının hərəkət
sürətinə nail olması tullanmanın növündən,idmançının fərdi texnikasından aslı
olaraq müxtəlif yollarla baş verir.
Lakin bütün hallarda təkana qədər əldə edilmiş qaçış sürəti azaldılmalıdır.Qaçış məsafəsinin sonuna yaxın təkana hazırlıqla əlaqədar olaraq axırıncı 3-5 qaçış addımı ritmi və tempi dəyişir.Qaçış sürəti və təkanın icrası bir-biri ilə əlaqədardır.Hərəkətin texniki cəhətdən düzgün icrası zamanı qaçış sürəti nə qədər böyük olarsa,təkanda bir o qədər tez icra olunur. Bütün tullanmalarda idmançının təkan yerinə düzgün düşməsinin əhəmiyyəti böyükdür.Ona görə də hərəkətin qaçış hissəsində məsafənin düzgün seçilməsinin,axırıncı qaçış hissəsində məsafəni addımlarının düzgün ritm və tempdə icrasının əhəmiyyəti böyükdür.
Təkan – tullanmalarda təkanın icrasında əsas məqsəd idmançının ümümiyyətlə ara məsafəsi hərəkət istiqamətini yuxarıya –irəliyə yönəltməkdir.Təkan dövrü icra mexanizmi və dayaq dövrü yaranan qüvvələrin istiqaməti nöqteyi nəzərdən iki hissəyə amortizasiya və təkan fazalarına bölünür.Ayağın təkan yerinə qoyulduğu andan başlayaraq dayaq ayağına təzyiq getdikcə artır və qıç diz oynağından azacıq bükülür.Qıçın diz oynağından nə qədər bükülməsi tullanmanın növündən və üsulundan asılıdır.Diz oynağının azacıq bükülməsi artan təzyiq nəticəsində qıçı açan əzələlərin əvvəlcədən dartılmasına və onlarda bu zaman elastiklik enerjisinin yaranmasına səbəb olur.Amortizasiya fazasında təkan qıçı dizdən azacıq bükülüş olmalıdır.Bu nöqtədə bədənin düz qalması çox vacibdir,idmançı isə düz irəliyə baxmalıdır.Uçuş fazası təkanın icrası qutardıqdan sonra idmançının dayaqla əlaqəsi kəsilir və onun ümümiyyətlə ara məsafəsini müəyyən trayektoriya üzrə hərəkət etməyə başlayır.Ona görə də tullanmalarda uçuş bucağı 60-650 arasında olur.Uçuş bucağını müəyyən etmək üçün üfqi və şaquli hərəkət sürətinin kəmiyyət göstəricilərini bilmək lazımdır.Yerəenmə ayrı-ayrı tullanmalarda yerəenmənin icrası və xüsusiyyəti müxtəlifdir.
Uzununa tullanma qabiliyyətinində,cəldlik,elastiklik,həmçinin təkan qüvvəsinə malik olmaqdır. Tullanma (hoppanma) yüngül atletika növlərinə aiddir.2 yerə bölünür: Uzununa tullanma və Hündürlüyə tullanma.Bu növlərin hər biri də ayrı ayrılıqda bir neçə yerə bölünür.Qaçaraq uzununa tullanma kimi yerindən uzununa tullanmada da tirdən istifadə edilir.Lakin bu zaman tir çökəkdən 1m aralı basdırılmış olur. Orta məktəblərdə tullаnmаlаr üçün yеr-çаlаlаr düzəldilir ki, bunun dа uzunluğu 6 m, еni 3 m, dərinliyi isə isə 40-50 sm оlur.Bəzi hallarda uzunluğu 6 m, еni 4,25 m olur.Tullаnmа çаlаlаrı nаrın qumlа və yоnqаrlа yеr səthinə qədər dоldurulmаlı, tullаnmаdаn əvvəl mütləq qаzılıb yumşаdılmаlıdır. Əgər uzununа və hündürlüyə tullаnmаq üçün еyni çаlа düzəldilirsə, mеydаnçаnın qısа tərəfi uzununа, uzun tərəfi isə hündürlüyə tullаnmаq üçün yаrаrlı hаlа sаlınmаlıdır. Qаçış cığırlаrı həm düz və həm də bərkidilmiş tоrpаq sаhələrindən ibаrət оlmаlıdır. Təkаn sаhələri dаhа möhkəm və bərk оlmаlıdır. Bu təkаn vеrmək üçün əlvеrişli şərаit yаrаdır. Tахtаdаn ibаrət təkаn lövhəsinin uzunluğu 1 m, еni 30 sm, qаlınlığı isə 2-3 sm оlmаlıdır. Uzununа tullаnmа çаlаsı еlə düzəldilməlidir ki, qаçаrkən gözə günəş şüаsı düşməsin. Uzununа tullаnmаdа qаçış cığırının uzunluğu 20-25 m, еni isə 1,5 m оlmаlıdır.
Uzununa tullanmanın yerəenmə fazasında üç təkanla tullanmanın tamamlayıcı fazasında idmançının əsas vəzifəsi enmə səthinə ilk toxunmadan sonra məsafəyə itkisini minimuma endirməkdir.Bütün yerəenmələrdə idmançı orqanizmi böyük gərginliyə məruz qalır.Yerəenmə ani hərəkət sürəti bud-çanaq,diz,pəncəbaldır oynaqlarında bükülmələr hesabına amortizasiya olunaraq aşağı endirilir.Bu zaman amortizasiya yolu xüsusi əhəmiyyət kəsb edir.
3.Tullanmalarda müxtəlif növlərdəki texniki xüsusiyyətlər bunlardır. Uzunluğa tullanmanın texniki xüsusiyyətləri. Qaçış fazasında məqsəd optimal qaçış sürətinin əldə olunması;-Qaçış məsafəsi 10 addımdan (yəni başlayan idmançılar) 20 addımdan artıq(yuxarı dərəcəli idmançılar) məsafəyə qədər ola bilər. –qaçış texnikası sprində olduğu kimidir.-təkana qədər qaçış sürəti daim artırılır.
Təkan fazasında məqsəd,şaquli sürəti mümkün olan maksimuma çatdırmaq və üfiqi sürətin itirilməsini minimuma endirmək.-pəncənin ayağa qoyulması fəal və cəlddir,aşağıya geriyə hərəkət ilə icra olunur.(1).-Təkan vaxtı minimuma
endirilir,təkan qıçı minimal bükülür.-sərbəst qıçın budun üfüqi vəziyyətdə hərəkət
etdirilir(2)-pəncə-baldır,diz və çanaq-bud oynaqları tam düzəldilib.-Uçuş fazası “Bükülərək texnikası” Məqsəd:səmərəli yerəenməyə hazırlıq.-Sərbət
qıç təkan vəziyyətində ləngiyir.bədən şaquli vəziyyətdə qalxmaqda davam edir.Təkan qıçı uçuşun çox böyük hissəsində geridə qalır.Təkan qıçı uçuşun sonuna yaxın bükülək irəliyə və yuxarıya hərəkət etdiririlir.Hər iki qıç yerəenmə üçün irəliyə düzəldilib. Uçuş fazası “Açılaraq üsulunun kombinasiyası” Məqsəd səmərəli yerəenmə hazırliq Uçuşda qaçış hərəkətləri qollarla terinə yetirilən holaylandırma hərəkətlərinin köməyi ilə davam etdirilir.Qaçış vaxtındakı addım ritmi dəyişdirilməlidir.Qaçışın hərəkəti yerəenmə zamanı dayandırılır və iki qıç irəliyə düzəldilir.Alternativ uçuşda 1,5 və ya 2,5 və ya 3,5 addım.Uçuş fazası
“Açılaraq üsulu” Məqsəd səmərəli yerəenmə hazırlıq.-sərbəst qıç çanaq-bud
oynağındakı fırlanma hərəkəti hesabına aşağı endirilir.-bud irəliyə çıxarılır.-təkan
və sərbəst qıçlar paraleldir.-qollar yuxarıya və arxaya hərəkət etdirilir.
Yerəenmə fazası.
Məqsəd: uçuş trayektoriyasının itkisini minuma endirmək
-Qıçlar demək olar ki,tam düzəldilib.
-Bədən irəli əyilib
-Qollar aşağıya arxaya uzadılıb.
-Pəncə quma toxunduqdan sonra budlar irəli hərəkət etdirir.
Yüngül atletika tullanmalarının müxtəlif növlərinin öyrədilməsində ardıcıllıq
bunlardır.
Tullanmalar.
1.Qaçaraq uzunluğa tullanmaq.
2.Qaçaraq hündürlüyə tullanmaq.
3. Qaçaraq üç təkanla tullanmaq.
4.Şüvüllə tullanmaq.
Yüngül atletika tullanmalarının ayrı-ayrı növlərinin texnikası başlıcadan ikinci dərəcəliyə və sadədən mürəkkəbə döğru ardıcıllıqla öyrənilməlidir.
Hərəkətlərin yerinə yetirilməsi texnikasında buraxılmış səhvlərin və onların
aradan qaldırılması.
Təlim prosesində baş verən səhvlər müxtəlif səbəblər üzündən meydana çıxa
bilər.Məşqçi aşağıdakıları nəzərə almalıdır.
-adətən idmançıların əksəriyyətində müəyyən növlərdə baş verən tipik səhvlərin və
öyrəniləcək hərəkətlərin xüsusiyyətlərinin izahatı.
-öyrənənlərin xüsusiyyətləri ilə başlıca hissələrinin icrasına aid əsaslı səhvlər.
-əsaslı səhvlərin nəticəsində baş verən ikinci dərəcəli səhvlər.
-hərəkətlərin detallarındakı və hissələrindəki səhvlər.
-hərəkətlərin ayrı-ayrı hissələrinin uyğunluğundakı,vəziyyətlərində və hərəkətləri
də olan səhvlər.
-təlimin qeyri-normal maddi təminatı zamanı baş verən səhvlər.
Təlim prosesində baş verən səhvlər arzu edilməz və xoşagəlməz hadisədir.Bu
hər şeydən əvvəl bütün təlim metodikasına düzgün olmadığını göstərir. Təlim vaxtı
baş verən səhvlər nəqədər müxtəlif olarsa,onların düzəlişi üçün də bir o qədər
müxtəlif yollar vardır.Onlar aşağıdakılardır.
-idmançıların hazırlıq dərəcəsini,yaşını,cinsini,fərdi xüsusiyyətlərini.
-bütün təlim metodikasının düzgünlüyinə fikir vermək.
Bunlardan başqa səhvləri düzəltmək üçün bir sıra başqa üsullardan da istifadə
etmək lazımdır.
-düzgün hərəkətləri “şişirtmək” artıq hərəkətlərin göstərmək,hərəkəti icra edərkən
sadə hərəkət tapşırıqları vermək yolu ilə hərəkətin düzgünlüyünü həvəsləndirmək.
İdmançıya lazım olan fiziki keyfiyyətlər və onların inkişaf etdirilməsi
metodları.İdmançının hərtərəfli fiziki inkişafı onun texniki ustalığının artması ilə
möhkəm bağlıdır.İdmançı hərtərəfli inkişaf etsə təkmiləşmiş texnikaya daha tez
yiyələnə bilər.
İdmançının texniki təkmiləşməsi möhkəm bünovrəyə malik olmasıdır. Belə
bünovrə isə hərtərəfli fiziki inkişafdır.Yalnız hərtərəfli fiziki inkişafa malik
idmançı hərəki vərdivləri və bacarıqları,təkmilləşmiş texnikanı tam ölçüdə
mənimsəyə bilər.
2.İl boyu məşq şərti olaraq üç dövrə bölünür;Hazırlıq dövrü.Bu qışı və ilk baharı
əhatə edir.(dekabr,mart).Hazırlıq dövründə məşqin məqsədi-məşqin əsa dövründə
yüksək idman nəticələri göstərməkdən ibarətdir.Hazırlıq dövrünün əsas vəzifələri
aşağıdakılardır;
-idmançının hərtərəfli fiziki hazırlığın yaxşılaşdırmaq;
- məşqdə tələb olunan fiziki və mənəvi-iradi keyfiyyətləri inkişaf etdirmək;
- əlverişli idman texnikasını mənimsəmək və təkmiləşdirmək.
Vasitələr;
-alətlərsiz,alətlərlə və alətlər üzərində ümumi inkişaf və xüsusi hazırlıq hərəkətləri;
-yavaş və orta sürətlə qaçış,estafetlər,adi şəraitdə yeriş və qaçış.
-bir yerdə duraraq uzununa və hündürlüyə tullanmaq.
-yüngül atletika alətlərini atmaq.
Əsas dövr.
-fiziki və mənəvi keyfiyyətlərin daha da inkişafı;
-idman texnikası və taktikasının təkmilləşdirilməsi.
-orqanizmi ən yüksək gərginliyə hazırlamaq;
-seçilmiş idman növündə ən yüksək nəticələrin göstərilməsi.
Vəzifə;
-ümumi inkişafa təsir edən hərəkətlər və xüsusi hazırlıq hərəkətləri.
-tullanmaların əsas hərəkət növləri.
-yarışlarda hərəkət,iştirak.
Keçid dövrü.
-hərtərəfli fiziki hazırlığı daha da yaxşılaşdırmaqdan;
- idman texnikasınınayrı-ayrı incəliklərini təkmiləşdirməkdən.
-fəal istirahətdən ibarətdir.
Vasitələr.
-ƏMH-kompleksi normalarına hazırlıq və onları yerinə yetirmək.
-uzun müddətli gəzintilər;
-başqa idman növləri ilə məşğul olmaq;
-idmançının məşğul olduğu hərəkətləri təkmilləşdirmək.
Məşq yükünün dövr və mərhələlərə əsasən həcm ilə intensivliyi.Məşqin əsas
qanuna uyğunlarından biri silsiləli xüsusiyyətlərə malik olmasıdır. Yəni müəyyən
məşq dövrü bu və ya başqa dərəcədə əvvəlki, dövrdən fərqlənərək təkrarlanır.
Yüklə 49,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin