SəRBƏst iŞ TƏLƏBƏ: tehran hüseynov


Enerji resursları və onlardan istifadə



Yüklə 70,6 Kb.
səhifə2/6
tarix16.05.2022
ölçüsü70,6 Kb.
#58184
1   2   3   4   5   6
Hüseynov Tehran umumi eko.sb

2.Enerji resursları və onlardan istifadə

Müasir dövrdə enerji ehtiyatlarının azalması, qiymətlərin dəyişkən olması, dünya ölkələrinin siyasi, iqtisadi və enerji mənbələri uğrunda maraqlarının toqquşması hər bir ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün güclü bir strategiya müəyyənləşdirməsini zəruri edir.

Ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə etibarlı təminatı, yancağın və enerji növlərinin şaxələndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadə ilə yanaşı enerji resurslarından səmərəli və effektiv istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır. Enerji resurslarından səmərəli istifadə edilməsi dayanıqlı enerji siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Enerji səmərəliliyi güclü və dayanıqlı bir iqtisadiyyata malik olmaq istəyən ölkələr üçün mühüm əhəmiyyətə malikdir. Enerji səmərəliliyi istehlak edilən enerji miqdarının istehsaldakı kəmiyyət və keyfiyyət aşağı salınmadan, iqtisadi inkişafın və rifah səviyyəsinin yüksəldilməsinə maneə yaratmadan azaldılmasıdır. Geniş mənada enerji səmərəliliyi və enerjiyə qənaət enerji resurslarının (elektrik və istilik enerjisi, təbii qaz, benzin, dizel və s.) itkilərini azaltmaq, tullantıların və enerjinin geri qazanılmasını və dəyərləndirilməsini təmin etmək, müasir texnologiyaların və elmi texniki nailiyyətlərin tətbiqi ilə istehsala toxunulmadan enerji tələbini azaltmaq, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni artırmaq kimi tədbirləri əhatə edir. Enerji səmərəliliyi yalnız resurslara qənaət edilməsinə hədəflənməyib, dayanıqlı iqtisadi inkişafa, yaşıl iqtisadiyyata keçidə və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinə, rəqabətə davamlı və ucuz sənaye və kənd təsərrüfatı məhsullarının istehsalına, istehlakçıların enerji daşıyıcıları ilə təminatının yüksəldilməsinə, kommunal xidmətlərdə israfçılığın və artıq xərclərin azaldılmasına şərait yaratmaqdadır. Enerji səmərəliliyi təmin edilmədiyi təqdirdə ölkənin enerji resurslarına sərf etdiyi izafi vəsait iqtisadi inkişaf və sosial rifah qarşısında başlıca problem kimi qalacaqdır.

Enerji səmərəliliyinin təmin edilməsi ölkəmizin enerji təhlükəsizliyi siyasətinin əsas tərkib hissələrindən biridir. Ölkəmizin enerji təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi, ümumi daxili məhsulun enerji tutumunun azaldılması, ölkə iqtisadiyyatının rəqabətədavamlılığının gücləndirilməsi, ətraf mühitin qorunması, kommunal xidmətlərdə israfçılığın və artıq xərclərin azaldılması üçün enerji resurslarından səmərəli və effektiv istifadə edilməlidir.Enerji resurslarından səmərəli istifadə edilməsi və son tələbatçıların enerji effektivliyinin təmin edilməsi eyni zamanda ölkə iqtisadiyyatının dayanıqlı inkişafına nail olunmasına, ixrac potensialının artmasına, istehlakçıların enerji resursları ilə təminatının yüksəldilməsinə, ətraf mühitin və enerji ehtiyatlarının qorunmasına şərait yaradır. Enerji səmərəliliyi enerjinin istehsalından istehlakına qədər bütün mərhələ və proseslərdə təmin edilməlidir. Qanunvericilik bazasının, proqram və hədəflərin, standart və normaların mövcudluğu, maarifləndirmə və məlumatlandırma, enerji səmərəliliyi alətlərinin tətbiqi, texnoloji yeniliklərə əlçatanlıq, müasir idarəetmə prinsiplərinin tətbiqi, təşviqedici mexanizmlər enerji səmərəliliyinin təmin edilməsi əsas amillərdən hesab edilir.

Ölkəmizin enerji səmərəliliyi siyasəti 1996-cı ildə “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edilməsi ilə həyata keçirilməyə başlanılıb. Qanunda “enerji resurslarından səmərəli istifadə — texnika və texnologiyanın inkişafının müasir mərhələsində ətraf mühitə texnogen təsirin azalması şərtilə enerji resurslarından iqtisadi cəhətdən daha çox fayda ilə istifadə edilməsi” şəklində müəyyənləşdirilib.

Yer üzərində enerji mənbələrini iki böyük qrupa bölürlər: bərpa olunan və bərpa olunmayan. Bərpa olunanlara Yerin biosferində fasiləsiz fəaliyyət göstərən bütün enerji növləri, günəş, külək enerjisi, okeanın enerjisi və çayların hidroenerjisi, daxildir. Bərpa olunmayan enerji mənbələrinə qazıntı yanacaq növləri, nüvə və nüvə istilik enerjisi aid edilir. Bərpa olunmayan mənbələrəəsaslanan energetika olduğu mühitin əlavə istiləşməsinə səbəb olur.Bəzən bu istilik növləri əlavə olunmuş istilik adlandırılır, belə ki, onların enerjisi planetin Günəşlə qızmasını təmin edən enerjiyəəlavə olunur. Bərpa olunan mənbələrin enerjisindən istifadə etdikdə isə planetin əlavə qızmasına səbəb olmur. Biosferin orta temperatunun 1 C qızması Yerin iqlimində, həmçinin heyvanat və bitki aləmində qlobal fəlakətlərlə nəticələnə bilər. Bu haqda müvafiq fəsildə ətraflı məlumat verilir. Enerji istehsalının artmasının başlıca faktoru əhalinin sayının çoxalması və həyat keyfiyyətinin tərəqqisi olub adambaşına istifadə olunan enerjinin miqdarı ilə sıx bağlıdır. Hazırda Yer əhalisinin hər bir sakininə gündə 2 kVt-a yaxın enerji düşür. Halbuki, insanın həyat keyfiyyət norması 10 kVt saat gücü ilə səciyyələnir. Buna isə bəzi inkişaf etmiş ölkələr nail olmuşlar. Müasir dünyada energetika sənayenin baza sahələrinin inkişafının əsasını təşkil edərək, ictimai istehsalın tərəqqisini müəyyən edir. Sənaye cəhətdən inkişaf etmiş bütün ölkələrdə energetikanın inkişaf tempi digər fəaliyyət sahələrinin tempini ötüb keçir. Lakin bununla yanaşı, energetika biosferin bir hissəsi olan ətraf mühitə və insana mənfi təsir göstərən mənbələrdən biri sayılır.


Yüklə 70,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin