SəRBƏst iŞ


Mürəkkəb hərəkətlərin kinematikası



Yüklə 137,53 Kb.
səhifə3/4
tarix20.04.2023
ölçüsü137,53 Kb.
#101205
1   2   3   4
Biomexanika

Mürəkkəb hərəkətlərin kinematikası

  • Mürəkkəb hərəkətlər o hərəkətlərə deyilir ki, eyni zamanda həm irəli, həm də dövri hərəkətlə mümkün olsun. Bu hərəkətlər biokinematik zəncirdə birləşmiş bədən hissələrini bir neçə hərəkətindən əmələ gəlir. *Məsələn*, topu atan əlin hərəkəti, qıçın və gövdənin həmçinin əl oynaqlarında hərəkətlərin nəticəsində əldə edilir. Azadlıq dərəcəsi çox olan biokinematik zəncirdə kinematika çox mürəkkəbdir. Açıq zəncirlərin birləşmələrində hər bir hərəkət daha uzaq hissələrin yoluna, sürətinə və sürətləndirməyə təsir edir. Sürətin istiqamətindən asılı olaraq bədən hissələrinin hərəkəti dövri-qayıdıcı, irəli-qayıdıcı və dairəvi ola bilər.Birləşmələrin quruluşu oynaqlarda ox ətrafında bir tərəfə qeyri-məhdud dönmələr etməyə imkan verir. Ona görə bütün hərəkətlər qayıdıcı xarakter daşıyır. Dövri- qayıdıcı hərəkətlər bükülmə-açılma və ya supinasiya-pronasiya hərəkətlərini xatırladır.Biokinematik zəncirdə müxtəlif oynaqlarda dövrü hərəkətlərin müəyyən sazişliyi bədənin son hissələrinin irəli hərəkətinə imkan verir. Nəhayət şarabənzər oynaqlarda mürəkkəb dairəvi hərəkətlər mümkündür. Bu zaman 2 hərəkət sazişə girir: Həm boylama ox və həm də oxun ətrafında bədən hissəsi.Yalnız bu cür konusabənzər hərəkətlər qayıdıcı hərəkətlər olmadan da yerinə yetirilə bilər.

Xarici və Daxili qüvvələr

  • Hərəkət aparatının kinematik zəncirlərinin hərəkəti insan bədəninə nisbətən daxili ve xarici qüvvələrin əlaqəsi nəticəsində əldə edilir. Xarici qüvvə bədənə xaricdən təsir edən qüvvədir. Xarici qüvvə müxtəlif cisimlər arasındakı qarşılıqlı təsiri təyin edin. Fiziki hərəkətləri icra edən zaman insan bədəninə təsir edən xarici qüvvələr aşağıdakılardı:
  • 1.Ağırlıq qüvvəsi və ya cazibə qüvvəsi-insanın çəkisi ilə təyin olunur.
  • 2.Dayaq reaksiyası-bərk dayaq meydançasının qarşılıqlı təsiri.
  • 3.İnsan onu əhatə edən maddi qarşılıqlı təsirdə meydana çıxan başqa qüvvələr-alətin çəkisi, başqa insanın əzələ qüvvəsi, cisimlərin ətalət qüvvələri.
  • Daxili qüvvə-bədənin daxilində yerləşən qüvvədir və ya bədənin ayrı-ayrı nöqtələri və hissələri arasındakı bir-birinə qarşılıqlı təsir edən qüvvədir.İnsanın daxili qüvvələrinə əzələ qüvvəsi, reaksiya qüvvələri (dayaq reaksiyası və bədən hissələrinin ətalət qüvvələri), əzələ və bağların dartma qüvvəsi və s. aiddir.


Yüklə 137,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin