Bu taymerdən görünür ki, TP ntaymeri siqnalın ön cəbhəsi ilə işə düşür və Tim zaman müddətində çıxış siqnalı IN girişinə daxil olan yeni impulsa reaksiya vermir.
TOF – taymeri həmçinin IN girişinin cəbhəsi ilə işə düşür. Tz zaman gecikməsi ilə giriş siqnalı düşdükdən sonra Q çıxışı yenilənir, hansı ki, PT girişində qurulur. Giriş siqnalları arasında fasilə gecikmə zamanından az olmamalıdır.
TON – IN girişinin ön cəbhəsi ilə işə düşür, ancaq PT girişində qurulan TBK zaman gecikməsi ilə Q çıxışında siqnal yaranır.
Taymer TBK qiymətindən kiçik zaman müddətində davam edən impulslara reaksiya vermir. Bu taymerin dövrəyə qoşulması üçün K26 –da iki dəfə mousun düyməsini vurmaq lazımdır.