Öyrəndiyimiz kimi Rele kontakt sxem (RKS) və LD diaqramı arasında oxşarlıq və fərqliliklər vardır. Fərqliliklərdən biri odur ki, RKS sxemlərində paralel dövrələr qidanı eyni zamnda alırlar, LD sxemində isə “oxuma” , çoxpilləli sxemin skanı soldan sağa və yuxarıdan aşağı olmaqla ardıcıl gedir. Buna görə də dövrədə hər hansı rele öz vəziyyətini dəyişdikdə , həmin dövrədə aşağıda yerləşmiş dəyişən dərhal qiymətlərini yeniləyirlər, ancaq yuxarıda yerləşmiş dövrədə ancaq proqramın gedişinin sonrakı tsiklində dəyişənlər qiymətini yeniləyir.