SəRBƏst iŞİ MÜƏLLİM: T. F. D., Dos. V. MƏMMƏdov baki-2021 qarabağ xanliğI. MƏLİKLİKLƏRİn seperatçiliğina qarşi mübariZƏ



Yüklə 29,22 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü29,22 Kb.
#42005
1   2   3   4   5
tarix

4. Qarabağ xanlığının mədəniyyəti.

VIII əsrin II yarısında memarlıq və şəhərsalma, dekarativ- tətbiqi sənət sahələri in­kişaf etməyə başlamış, epiqrafik abidələr də çoxalmışdır.

Qarabağ xanlığı dövründə bir çox qalalar tikilmiş, şəhər və qəsəbə tipli yaşayış mən­təqələri yaranmışdır. Bayat, Şahbulaq (Təməküt), Şuşa-Pənahabad qalalarında ba­zar, karvansaray, məscid, hamam və s. inşa edilmişdir. Ağdamda imarətlər, Pənah xana və nəslinə aid türbələr tikilmişdir.

Qarabağ xanlığının mərkəzi Şuşa-Pənahabadda yaşayış evlərinin, ictimai ti­ki­li­lə­rin interyerində divar naxışlarının gözəl və tipik nümunələri yaradılmışdır. Bu dövrdə xan­lıqların mərkəz şəhərləri həm də sənətkarlıq mərkəzləri idi. Burada sənətkar ema­lat­xanaları və tacir dükanları vardı. Evdə istehsal olunan məhsullar əsasən kəndlilərin tə­ləbatının ödənilməsinə yönəlmişdi. Kəndlilərin əksəriyyəti çörək bişirir, ipək sarıyır, yun boyayır, paltar tikir, dəri aşılayır, müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş bi­na­lar inşa edir, bəsit əmək alətləri hazırlayırdılar. Süleymanlı, Qorunzur, Gedişə, Tatev, Qa­zannı, Şinger, Dığ kəndlərində kəndlilər yun iplər, mahud, kilim, ipək parçalar, ipək şal­varlar, xalçalar, kisələr, pambıq parçalar istehsal edirdilər.



Qarabağ xanlığında istər еv və istərsə də kustar sənətkarlığın ən mühüm bölməsi xal­çaçılıq idi. Qarabağ xalçaları təkcə xanlığın ərazisində dеyil, Azərbaycanın digər böl­gələri və xaricdə də məşhur idi.

Qаrаbаğ хаnlığı dönəmində ədəbi mühit dаhа çох İbrаhimхəlil хаnın hаkimiyyəti döv­ründə inkişаf еtmişdi. Aşıq Valeh Azərbaycanda tanınmış aşıqlardan idi. Onun haq­qın­da «Valeh və Zərnigar» dastanı qoşulmuşdur. Xanlıq dövrünün Qarabağ şairləri şi­fa­hi xalq ədəbiyyatından bəhrələnmişlər. Xalq ədəbiyyatı və aşıq poeziyası nəinki Mol­la Pənah Vaqif yaradıcılığına, eləcə də İbrahimxəlil xanın qızı Ağabəyim ağa, oğlu Əbül­fət xan və nəvəsi Cəfərqulu ağanın yaradıcılığına da böyük təsir etmişdi.

Əli ağa Alim, Rəfеi Kəlеybəri, Аşıq Əli Kəlеybərli, Sаrı Çоbаn оğlu, Аğqızоğlu Pir­i, Аğаhüsеyn Аrif, Musа Kəlimullаh, Bаbа bəy Şаkir, Mirzə Əli bəy, Qəhrəmаn bəy Аrif, Mеhdi bəy, Mirzə Bəybаbа Fənа, Mirzə İbrаhim Səbа və digər tanınmış şairləri ol­muşdur.

Məktəb adlanan ibtidai təhsil müəssisələri məscidlərin bir guşəsində, xüsusi dü­kan­larda, yaxud şəxsi evlərdə yerləşir və adətən, onların yaradıcılarının, müəllimlərin adı ilə adlandırılırdı. Şuşada Molla Pənah Vaqif məktəbi məşhur idi. Məktəbdə adətən, an­caq bir müəllim olurdu və o, həm də məktəbin rəisi məktəbdar idi. Məktəbdarlar mək­təbin və özünün xərclərini ödəmək üçün tədris haqqı kimi şagirdlərin va­li­deyn­lə­rin­dən hər həftə «həftəlik» adlanan pul, habelə peşkəş, bayramlıq və s. alırdılar.

Adətən, uşaqlar 6 yaşından məktəbə gedirdilər. Şagirdlər əlifbanı öyrəndikdən son­ra Quranı oxuyub başa çatdırır, Sədinin «Gülüstan» əsərini və başqa kitabları oxu­yur­dular. Məktəbdə təhsil müddəti qeyri-məhdud idi, konkret hər bir şagirdin təhsilini ba­şa vurması haqqında müəllimin nə vaxt vəsiqə verməsindən asılı idi. Məktəblərlə ya­naşı fərdi təhsil növü də mövcud idi. Xanın və əyanların, tacirlərin uşaqları ilə onların evin­də ayrılıqda bir müəllim məşğul olurdu. Bu üsula sərxana deyirdilər. Bir çox yo­x­sul­lar imkanları olmadığından uşaqlarını məktəbə göndərmirdilər.


Yüklə 29,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin