Maddə 23. Tələb, məlumat və etirazlar
Baş katib tezliklə bu maddənin 22-ci bəndinə uyğun olaraq irəli sürülmüş
tələb, məlumat və etirazlar haqqında Razılaşmış tərəfləri və bütün dövlətləri
xəbərdar edir.
Maddə 24. Yenidən baxılma haqqında konfrans
Razılaşmış hər bir tərəf bu Konvensiyanın beş illik fəaliyyətindən sonra, bu
Konvensiyaya yenidən baxılması məqsədilə nəzərdən keçirilməli təklifləri
göstərməklə konfrans çağırılması haqqında xahişi Birləşmiş Millətlər
Təşkilatının Baş katibinə nota ilə təqdim edə bilər. Bu halda:
i) Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu xahiş haqqında
Razılaşmış tərəflərin hamısına məlumat verir və bu məlumat
verildikdən sonra üç ay ərzində Razılaşmış tərəflər ilkin təkliflər
haqqında öz qeydlərini irəli sürməlidir;
ii) Birləşmiş Millətlər Təşkilatının Baş katibi Razılaşmış tərəflərin
hamısına irəli sürülən hər bir başqa təklifin mətnini göndərir və bu
məlumat verildikdən sonra altı ay ərzində Razılaşmış tərəflərin ən azı
üçdə biri belə konfransın keçirilməsinə razılığını bildirdikdən sonra,
təkliflərə yenidən baxmaq üçün konfrans çağırır;
iii) lakin Birləşmiş Millətlər Təşkilatının Baş katibi yenidən baxılma
təklifinə 22-ci maddənin 1-ci bəndinə uyğun olaraq düzəliş irəli sürmə
təklifi kimi baxarsa, onda təklifi irəli sürən Razılaşmış tərəflə razılığa
əsasən, o, yenidən baxma proseduru əvəzinə, maddə 22-də nəzərdə
tutulan düzəliş etmə prosedurunu tətbiq edə bilər.
Dostları ilə paylaş: |