Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə48/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   44   45   46   47   48   49   50   51   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Buxarla işləyən lebyodka (şək.66) eyni zamanda iki sürətlidir. Onun ötürücüsü, üstündə sərbəst dişli çarxlar 2 və 6 oturmuş əsas valın 4 fırlanmasını təmin edən iki silindirli buxarla işləyən maşındır 1; onlar vala muftaların 3 və 5 köməyi ilə bağlanılır. Ortadakı valda 9 möhkəm turaçkalar 7, dişli çarx 8 və mufta 10 ilə vala bağlanmış dişli çarx 11 keçiril­mişdir. Yük valında 13 yük barabanı 14, turaçkalar 12, dişli çarx 16 və lentli tormozun 15 çənbəri möhkəm bərkidilmişdir.
Yüngül yükləri qaldırarkən (2t-a qədər) əsas valdan yük barabanına təkkeçirmədən istifadə edirlər. Bunun üçün muftanı 5 işə salır və 3,10 muftalarını açırlar; dişli çarxların 6,11,16 vasitəsilə barabana hərəkət verilir.
Ağır yükləri qaldırmaq üçün (5t-a qədər) ikiqat veril­mədən istifadə edilir; yəni 3 və 10 muftalarını işə salırlar və 5 muftasını açırlar, dişli çarxların 2,8,11,16 vasitəsilə barabana hərəkət verilir. Əgər ancaq 7 turaçkasını hərəkətə gətirmək tələb olunursa, o zaman 3 muftasını işə salmaq, 5 və 10 muf­talarını isə açmaq lazımdır.

Şəkil 66. Buxarla işləyən lebyodka: 1-ötürücünün buxar silindrləri; 2,6,11-sərbəst oturan dişli çarxlar; 3,5,10-muftalar;
4-əsas val; 7,12-turaçkalar; 8,16-möhkəm qoyulmuş dişli çarxlar;
9-orta val; 13-yük valı; 14-yük barabanı; 15-lentli tormoz;
17-tormozun pedalı

Lebyodkanı, silindirlərə verilən buxarı nizama salan klapanların və silindirə verilən buxarın istiqamətini dəyişdirən reversiv ling ilə idarə edirlər. Lebyodkanı tormozlamaq üçün pedal ötürücüsü 17 olan lentli tormozdan istifadə edirlər.


Buxarla işləyən lebyodkaların mənfi cəhəti, onların aşağı faydasızlığı və həddindən artıq qulluq tələb etməsidir. Xüsusən qış aylarında kondensatın, buxar kəmərlərində və silindirlərdə donması müşahidə olunur. Bunlar əsasən köhnə konstruksiyalı gəmilərdə və həmçinin yanğına qarşı quruluşları tələb edən tankerlərdə olur.
Hidravlik lebyodkalar hidravlik mühərrik ilə hərəkətə gətirilir. Yağ mühərrikə xüsusi elektronasosla verilir. Bu leb­yodkalar rəvan və səssiz işləyirlər. Onların ölçüləri və kütləsi kiçikdir, ona görə də geniş istifadə olunur.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin