Sərnişin gəmiləri


Yük lebyodkaları və kranları



Yüklə 163,7 Kb.
səhifə47/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   43   44   45   46   47   48   49   50   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

24. Yük lebyodkaları və kranları


Yük lebyodkaları yük oxlarının işlərini təmin edir və həmçinin yanalma əməliyyatlarında lyukların qabaqlarının açılıb-bağlanmasında və başqa gəmi işlərində istifadə olunur. Lebyodkaların adi yükqaldırması 5-6t, bəzən 10t-a qə­dər olur, böyük dartılma qüvvəsi lazım olarsa talilərdən istifadə olunur. Lebyodkalar elektrik, buxarla işləyən və hidravlik olurlar.
Elektrik lebyodkası (şək.65) yük və köməkçi bara­ban­lardan, dişli reduktordan və ötürücü elektromotordan ibarətdir.
Şəkil 65. Elektrik yük lebedkası: a-ümumi görünüş; b-sxema:
1-köməkçi baraban (turaçka); 2-əl tormozu; 3-yük barabanı; 4-yük barabanının muftası; 5-reduktor; 6,8-valda sərbəst oturan dişli çarxlar; 7-ötürücülərin dəyişməsinin muftası; 9-elektromaqnit tormozu; 10-kontrolçu; 11-elektrik mühərriki

Yük barabanında şkentel bərkidilir. Baraban valın üs­tün­də sərbəst oturur və mufta 4 ilə ona bərkidilir. Barabanı valdan açarkən onu saxlamaq üçün əl ötürücülü lentli tormozdan 2 istifadə olunur. Köməkçi baraban (турачка) 1 valın üstündə möhkəm oturur.


O yanalma prosesiyalarında, oxların qaldırılıb və en­dirilməsində, yük qabaqlarının açılıb və bağlanmasında və s. istifadə olunur.
Dişli reduktor 5 verilən dövrələrin sayının azalmasının əvəzinə barabanlarda qüvvəni artırmaq üçün istifadə olunur. Bu reduktor lebyodkanın iki sürət rejimində işləməyinə imkan yaradır. Bunun üçün reduktorun dişli çarxları 6 və 8 valın üstündə sərbəst qoyulur və mufta 7 ilə ona bağlana bilərlər. Əgər qaldırılan yükün kütləsi 2t-dan artıq olmazsa, o zaman dişli çarxı 8 ilə işə salırlar və yük barabanı 3 böyük sürətlə fırlanır. Lakin daha da ağır yükləri qaldırmaq tələb olunursa o zaman dişli çarxı 6 ilə işə salırlar, baraban ağır-ağır fırlanır və qüvvəni 6t-a qədər artırır.
Lebyodkanın elektromotoru sabit və yaxud dəyişən cə­rəyanla işləyir; motorun idarəsi onun yanında qoyulmuş kon­trolçunun 10 köməyi ilə həyata keçirilir.
Motorun valına cərəyan kəsiləndə lebyodkanı avtomatik olaraq tormozlayan elektromaqnit tormozun 9 qoyulması nəzərdə tutulur. Elektrik lebyodkaları əlverişlidir, idarə olun­ması sadədir və böyük qulluq tələb etmirlər, ona görə də gəmilərdə geniş istifadə olunurlar.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin