Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə26/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   22   23   24   25   26   27   28   29   ...   101
Həqiqətən, respublikanın qərs meydançası yaman sürüşkəndir.

Misirdə rəqs meydançaları müsəlman qızlar üçün hələ bağlıdır və yaxın zamanlarda açılması da gözlənilmir. Sürüşkən döşəmənin əvə­zinə o hələ tikanlı cığırlarda yeriyir. Tikanlar və çətinliklər isə Av­ro­padan gəlmir. Qahirədəki əl-Əzhər Universiteti cürbəcür əcaib bit­ki­lər yetişdirən istixanadır və milləti istənilən növ tikanlı hasarlarla təc­hiz etmək iqtidarındadır.

Əl-Əzhərin professorları dünyadakı başqa həmkarlarından da­ha sərt və daha mühafizəkardırlar və Avropadan gələn hər hansı bir ye­niliyə qarşı Quranı qoymaqdan başqa yol bilmirlər. Məsələn, bu ya­xın­larda gənc islahatçılarla bu professorların şlyapa ilə bağlı qızğın mü­bahisəsi çıxmışdı. Bu professorlardan biri bir kitab yazaraq orada sü­but etdi ki, şlyapa mömin müsəlman üçün uyğun bir şey deyil və Qu­ran­da buna icazə yoxdur. Yeri gəlmişkən, deyə bilərəm ki, cənubi Ərə­bistanın o yerlərində daha çox günəşdən qorunmaq lazım gəlir. Və or­dakı ərəblər, əl-Əzhərin oxumuş şeyxlərindən az dindar deyillər. Çöl­də işləyən bu kişi və qadınlar şlyapanı faydalı sayırlar; samandan özləri düzəltdikləri enli şlyapalar geyirlər.

Mübahisəyə gəldikdə isə, bu ağır əmmaməli müsəlman profes­sor­­larını özlərindən çıxarmaq o qədər də çətin deyil. Müasir misirlilər içə­­risində Qasım Amin adlı çox görkəmli yazarlardan birisi, özü də bil­­mədən bir zaman onların hamısını özündən çıxartmağa nail oldu. Onun “Qadın azadlığı” adlı bir kitabına qarşı onlarla kitab yazıldı. Hər iki tərəf də Qurana istinad edirdi. “Qadının yerini peyğəmbər gös­­­tərmişdir”, – deyirdilər professorlar. Qasım Amin isə yazırdı: “Pey­­­­ğəmbər qadının əsarətdə və acınacaqlı qulluqda olduğunu gördü və onu zamanın imkan verdiyi mövqeyə qaldıraraq məhz Quran va­si­tə­si ilə onun üzünə inkişaf və azadlıq yolunu açdı. Biz peyğəmbərin işini davam etdiririk.” Özü qazi olan bu islahatçını Quranı səhv anlamaq və yanlış şərh etməkdə heç kim günahlandıra bilməzdi.

Bu, qırx il əvvəl olmuşdu. O zaman ki, Türkiyədə qadın azadlığı ba­rədə fikirlər nadir hallarda səsləndirilərdi. Və deməli Qasım Amin tək­cə Misirdə deyil, bütün islam aləmində tək idi və bu gün onun ölü­mün­dən əlli il sonra da o, milli hərəkatın yolunu işıqlandırmaqdadır və onun çoxlu davamçıları arasında hətta əl-Əzhər Universitetinin t­ə­lə­bələri də vardır.

Lakin onun prinsiplərinin bu gün ən görkəmli ifadəçisi hörmətli və qüdrətli bir qadındır; mərhum milli lider Saad Zaqlolun xanımı. Bri­taniya hökuməti onun ərini 1922-ci ilə sürgün edərkən ondan so­ruşdular ki, ərini müşayiət etmək istəmirmi? O “Yox,” demişdi, “bur­da qalıb onun işini davam etdirəcəm.” Qasım Aminin digər nüfuzlu ar­dı­cılı, eynən Zaqlolun dul xanımı kimi çadrasını atmış qadın, siyasətlə fə­al məşğul olan ictimai lider və gözəl təşkilatçı Huda Şiravidir. Huda xa­nım da Avropada tanınan Şərq qadınlarındandır. O tez-tez Av­ro­pa­da olur, bir konqresdən digərinə keçərək öz ölkəsinin və cinsinin hü­quq­larının müdafiəsinə çalışır.

Qasım Amin də bu və ya digər şəkildə ictimaiyyət tərəfindən ta­nın­mağa, qəbul olunmağa başlamışdır. Misir Universitetində, bu ya­xın­larda, böyük islahatçının ideyalarından ilhamlanaraq əsər yazmış bir qadın yazıçı mükafatlandırılmışdır; Misir heykəltəraşı Muxtara hö­ku­mət tərəfindən Misirin abidəsini yaratmaq sifarişi verildikdə isə o bu əsəri qadın azadlığı ideyaları əsasında hazırlamağı qət etdi. Əs­lin­də onun əsəri Qasım Aminə həsr olunmuşdu; mərmərdən düzəldilmiş, ayaq üstə dayanan çadrasız qadın Millət Anasını təcəssüm etdirir.

Bütün bunlar yazılı söz vasitəsi ilə digər ərəbdilli ölkələrə də tə­sir edir. Bu gün Qahirədə xristian və müsəlman qadınlarının re­dak­tor­lu­ğu ilə qadın hərəkatına həsr olunmuş bir sıra jurnallar çıxır. Lakin ya­zarlar arasında ən çox fərqlənəni livanlı xristian Mari Ziadidir ki, onun evi hər iki cinsdən və ən müxtəlif dinlərdən olan intellektuallar üçün maqnit rolunu oynayır. Bu baxımdan mənim Yaxın Şərqdə ta­nı­dı­ğım yeganə evdir onun evi. Ziadi xanım Maiy ləqəbi altında əsərlər ya­zır və sürətlə qadın hərəkatının liderlərindən birinə çevrilməkdədir, tək­cə Misirdə yox, ərəbcə mütaliə olunan hər yerdə.

Suriya çoxlu qüvvələrin təsiri altındadır. Ordakı müsəlman qa­dın­lar köhnə ənənələrə qarşı çıxsalar da, hələlik görünür ki, daha ra­di­kal addımlara hazır deyillər. Çadrasını cıraraq onu azadlıq bayrağı ki­mi yelləyən türk qadınının qəhrəmanlığı onda yoxdur; və son qırx il­də bir çox Misir ailələrinə əcnəbi mürəbbiyələr və müəllimələr tutaraq öz qızlarına evdə təhsil verməyə imkan verən iqtisadi şərait də burda yox­dur.

Bundan başqa Suriyada geniş yayılmış fransız modası, daha doğ­rusu Paris bulvarlarının ənlik kirşanlı modası burdakı ictimai qı­cı­ğı elə səviyyəyə çatdırmışdır ki, hətta gənclər belə narazılıqlarını və qə­zəblərini bildirirlər. Axı, gəzməyə, ya bazarlığa çıxarkən baş örtü­yü­nü əminlik üçün taxmış, lakin eyni zamanda onların çılpaq qollarını və ayaq­larını aşkarlayan fransız geyimli qadınlar onların b­a­cı­ları və gənc xanımlarıdır. Təbii ki, bu, eybəcərlikdir və dö­zül­mə­z­dir. Lakin ki­şi­lərin qıcığı və narazılıqları daha kobud və kriminal for­ma­larda aş­kar­lanır. Paris geyimlərində görünən müsəlman qadınları kü­çə­lərdə nit­rat turşusu ilə hücumlara məruz qalırlar. Və yanan təkcə on­ların ipək və sətin paltarları olmur. Onlardan bəzilərinin üzləri yan­dı­rılmışdır. Daha bir hadisə Dəməşqdə baş vermişdir. Beyrutdan daha mü­hafizəkar olan bu şəhərdə məşhur ailələrdən birinin qızı müasir ge­yimdə və çadrasız şəkildə bazardan keçərkən fanat bir şeyx tərəfindən üzünə şapalaq ilişdirilmişdir. Bu iki nümunə primitiv kişi üstünlüyü id­di­asına əsaslanır və üzdən baxdıqda təsirli görünür. Bu yolla onlar eks­travaqant üslubu əngəlləmiş olurlar. Lakin üzdəkinin o tərəfində, qa­dının nəfsinin dərinliklərində onlar yuxulayan qüvvəni oyatmış olur­lar. Və həqiqətən Suriya qadını üzdə nümayiş etdirdiyindən daha bö­yük müqavimət sərgiləməyə qadirdir və mən inanıram ki, yaxın gə­lə­cək­də hamı bunun şahidi olacaqdır. İctimai protest əvəzinə onlar bu gün təşkilatlanma ilə məşğuldurlar. Və Qadın Konqresinin tarixdə bi­rin­ci dəfə olaraq Şərqin bu qədim şəhərində baş tutması da fanat şeyx­lərə layiqli cavabdır.

Suriya, Fələstin və İraqdakı hərəkatın mahiyyətli özəlliklərindən bi­ri də odur ki, ən müxtəlif əqidəli qadınlar, müsəlmanlar, xristianlar, druz­lar əl-ələ çalışırlar; və onlar razıdırlar ki, təbliğat ən müdrik siya­sət deyil və təşkilatlanma ilə də kifayətlənmək olmaz. Onlar təhsilin Paris modasından daha populyar olması əminliyindədirlər. İyirmi il əvvəl Şərqin ən böyük dörd şəhərinin müxtəlif məktəblərində otuz-qırx qız şagird güclə tapmaq olardı; lakin bu gün təkcə Beyrutda, təhsil nazirinin məni məlumatlandırdığı kimi, minə yaxın qız təhsil alır.

Yaxın Şərqin aparıcı təhsil mərkəzi olan Beyrutda bu gün bu öl­çü­də olan şəhərlərlə müqayisədə daha çox əcnəbi və milli məktəb və kol­lec vardır. Lakin Dünya müharibəsinə qədər burdakı qız məktəbləri əsas etibarı ilə əcnəbi və missioner xarakterli məktəblər idilər. Buna gö­rədir ki, müsəlmanlar öz qızlarını bu məktəblərə göndərməkdən im­ti­na edirdilər.

Lakin müharibə zamanı bütün əcnəbi məktəblər bağlananda, su­ri­yalı qadın Mari Qəssab əvvəllər özünün təhsil aldığı ingilis mis­siya­sı­nın binasında milli məktəb açmağa müvəffəq oldu. Bu məktəb elə uğur­lu oldu ki, bir neçə il ərzində onun şagirdlərinin sayı iyirmidən üç yü­zə qədər yüksəldi, qonşu ölkələrdə belə, təhsilə marağı qızışdırdı. Ma­ri Qəssabın Əhliyah Məktəbinə İraqdan, Fələstindən, ərəb dünya­sı­nın hər yerindən ən müxtəlif inanclı qızlar: müsəlmanlar, xristianlar, druz­lar axışmağa başladılar. Məktəbin populyarlığının sirri prinsipial ola­raq, onun milli olmasından savayı, həm də sektantlığa meyl etmə­mə­sindədir. Texniki və idarəçilik baxımından da məktəbin reputasiyası yüksəkdir.

Türkiyədə qadın azadlığı, gördüyümüz kimi, prinsipial olaraq qa­nunvericilik yolu ilə inkişaf etmişdir; Misirdə, Suriyada, bütün ərəb dün­yasında və, o cümlədən, İranda isə bu yol təhsildən keçmişdir. Mək­təblərin rolunu qeyd edərkən hərəkat liderləri hökumətin iradəsini də inkar etmirlər. İkisi bir yerdə olanda isə onlar Qərbin sivil qa­nun­la­rına söykənən diktator sərəncamlarından daha effektivdirlər. Mə­qa­lə­nin əvvəlində qeyd olunan kardinal məqsədlərdən savayı Dəməşq Kon­qresi qərarlarına 1) oğlan və qızlar üçün icbarı təhsilin təmini; 2) qa­nunvericilik yolu ilə on dörd yaşdan kiçik uşaqların əməyə cəlb olun­masının qadağan edilməsini; 3) və hökumətlərin hər iki cins üçün tex­niki məktəblər yaratması məsələlərini nəzərdə tutan müddəalar əla­və etdi.

Mistiklərin nəğməsi




Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin