Mistiklərin nəğməsi
Biz sehrlərin dumanından qalxmışıq,
Sirlərin kainatından keçmişik,
Aşiqlərin məkanına girmişik.
O kəslər ki, cəhətləri dan ulduzu tək hilallanıb
O kəslər ki, bədənləri yeni ay tək incədir.
Sanki qab içində bədəndir,
Könül bu qabda
Bulağın aydın səsidir,
Dağların gül ətirli nəfəsidir.
Sənin üçün gəldik
Dənizdən bir qab halında;
Sənin üçün gəldik, alçalmıştək,
Ancaq rəhminlə dolmuşuq.
Sözün xətrinə rəqs edirik
Alovların üstündə, ülgücün tiyəsində
Düşüncəmiz ölüm deyil, bizim üçün
Dənizin köpüyünün işığıdır.
Biz həqiqətə, biz günəşə doğmayıq,
Bütün zənginliyin sonsuz mənbəyi,
Biz birik
Dünyanın tapmacaları və möcüzələrilə.
Ancaq nə dünyanın, nə günəşin nəfəsi var
Çox çəkmir Ölümlü məkanda
Bizim ayaqqabının tozu bizi aldadır, biz bilirik –
Biz uzaqlardan vəfamızı göstərməyə gəlmişik.
Ona, bizi Vəhdət bağçasının
Qapısında gözləyənə bizim doymaq üçün güclü istəyimizi
Biz Həqiqəti çatdıracağıq
Biz sirrin pərdəsini açacağıq;
Soyunmaq üçün gəlmişik, şeh kimi
Meh kimi, tufan kimi biz gəldik,
Soyunduq, tikanlıqdan, çəmənlikdən keçdik
Biz danışdıq, biz yazdıq.
Bizim paltarlar Ağlın odunda yandı,
Karla korun mübahisə etdiyi dünyada.
Biz – Həqiqətik.
Səmalardayıq,
Sirlər kainatından göndərilmişik.
Biz – Həqiqətik.
Səmalardayıq,
Biz sehrlərin dumanından qalxmışıq.
II
Gündüzün işığında, gecənin uzduzlarında biz
görürük,
Rəbbimizin üzünü, qoca səyyahın ayaqlarını;
Küləyin nəfəsini, şimşəyin səsini
eşidirik,
Xanəndənin naləsini, peyğəmbərin lirik
tərənnümünü
Onlarsız, biz heyf ki, lalıq.
Neyi, dəfi eşitsək də.
Ancaq görüntü həqiqətdir,
Allah, Allah!
Onlar maviyə bürünüb,
Allah, Allah!
Şehdə-şəbnəmdə islanıb,
Allah, Allah!
Sənaiyə salam olsun, könüllərin mehtabı,
Məqsədə aparan bələdçi, yol.
Əttara salam olsun, müşk ətirli sözlərilə
Nəğmə deyən quşların vəziri.
Ərəbiyə salam olsun, Həqiqətin dilinə,
Peyğəmbərin həqiqətdə gözünə.
Rabiəyə salam olsun, Kainatın könlünə,
Nəğməkarların, peyğəmbərlərin sevgilisinə;
Allahın ayaqları altındakı parıltını
Qarşılamaq üçün qalxan gül qönçəsinə.
Qəzaliyə salam olsun, nur toxucusuna
Nur üçün qanad düzəldənə.
Həllaca salam olsun, ilahi dalğıca,
Onun inciləri hər balıqqulağını bəzəyir,
Onun qanı «Ənə‘l-Həqq» sözlərinin
Daim parlaması üçün bir güvəndir.
Bütün salamlar Cəlaləddin Rumiyə olsun.
Hər pərdəni cırıb atan Mevlana,
Onu küləyə verən, heç vaxt ayıq olmayan,
Heç vaxt meyxanədə olmasa da;
Daim – tez-tez – yalqız qalıb –
Allahın taxtı önündə rəqs edən.
Təbriziyə salam olsun, Nəğməkara
Yasəmənlə, süsənlə, qaymaqçiçəyi ilə qida verən
Onunla vaxt keçirən, könlünü dəvət eyləyən
Öz Dəftərinə bir kəlmə də yazmayan.
Fəridə salam olsun, yaralı aşiq,
Romantik Günəşin qəlbi,
Üzümlüyün könülü – sıxmaqdır,
Bunu hər diqqətli üzümçü bilir.
İlahi meyxanənin sakinləri
Saqi, badə və şərabdır.
Ancaq görüntü həqiqətdir,
Allah, Allah!
Onlar maviyə bürünüb,
Allah, Allah!
Şehdə-şəbnəmdə islanıb,
Allah, Allah!
III
…
Nə aypara, nə də xaçdı səcdəgahımız,
Nə Budda, nə Xristədir dualarımız,
Nə İslama, nə Yəhudiyə yox inkarımız,
Biz azadıq.
Nə İran, nə Hinddənik,
Nə ərəb, nə sinddənik,
Biz azadıq.
Nə şərqli, nə qərbli,
Sərhəd tanımayan sinəli,
Biz azadıq.
Biz tozdan, şehdən yaranmamışıq,
Biz yerdən, göydən olmamışıq,
Biz azadıq.
Biz odla, köpüklə yoğrulmamışıq,
Nə günəşi, nə dəryanı ev sanmamışıq,
Nə mələklə, nə cırtdanla doğmalaşmamışıq,
Biz azadıq.
“Reyhaniyyat”
kitabından
Dostları ilə paylaş: |