Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə37/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   33   34   35   36   37   38   39   40   ...   101
Sevinc və kədər
Daha sonra bir qadın dilləndi: “Sevinc və Kədərdən danış bizə”.

O, cavab verdi:

Sizin sevinciniz üzündən maskası düşmüş kədərinizdir.



O quyudan ki, sizin gülüşünüz yüksəlir, onu dəfələrlə doldurmu­su­nuz göz yaşlarınızla.

Və başqa cür də necə ola bilər axı?

Kədər içinizi nə qədər dərin qazıbsa, varlığınız bir o qədər se­vinc tuta bilər.

İçinə şərab süzdüyünüz piyalə, həmin o piyalə deyilmi ki, du­lus­çu sobasında bişirilib əvvəlcə?

Məgər ruhunuzu oxşayan bu ud, həmin o ağac deyilmi ki, əv­vəl­cə bıçaqlarla oyulub?

Sevinəndə ürəyinizin dərinliyinə boylanın və onda görərsiniz ki, si­zə indi sevinc gətirən əvvəl sizi kədərləndirərdi.

Kədərlənəndə yenə ürəyinizin dərinliyinə boylanın və gö­rə­­cək­si­niz ki, əslində indi yasını tutduğunuz əvvəl sizin heyrət mənbəyiniz idi.

Bəziləriniz: “Sevinc kədərdən artıqdır,” digərləriniz isə: “Yox, kə­­dər daha böyükdür,”– deyəcək.

Lakin mən sizə deyirəm: onları ayırmaq olmaz.

Onlar birlikdə gəlirlər. Əgər biri indi səninlə süfrə başın­da­dırsa, əmin ol ki, digəri çarpayında dincəlir.

Həqiqətdə siz tərəzinin oxu kimisiniz – öz kədəriniz və sevinciniz ara­sında. Yalnız boş olanda sakitləşir, tarazlıqda olursunuz.

Hər dəfə Xəzinədar öz qızıl-gümüşünü sizdə çəkmək istəyəndə, si­zin sevinc və kədəriniz qalxır-düşür”.

Evlər
Bir bənna qabağa çıxaraq söylədi: “Evlərdən danış bizə”.

O, belə cavab verdi:

Şəhər divarları arasında ev tikəndə təsəvvür edin ki, vəhşi tə­bi­ə­tin ortasında bir alaçıq tikirsiniz.



Daxilinizdəki qərib yolçu alatoranlıqda evini axtaranda onu ta­pa bilsin.

Eviniz sizin genişlənmiş bədəninizdir.

O, günəş altında böyüyür və gecənin sakitliyində uyuyur. Əlbət­tə, onun da öz yuxuları var.

Elə bilirsiniz, eviniz yuxu görmür? Yuxularında şəhəri tərk edə­rək meşəliyə, yaxud təpənin başına səyahət etmir?

Kaş ki, yığa biləydim evlərinizi ovcuma. Onda mən bir səpinçi ki­mi səpələyərdim onları meşələrə, düzlərə.

Onda vadilər sizin küçələriniz, yaşıl cığırlar isə xiya­ban­la­rınız olar­­dı. Siz bir-birinizi üzümlüklərin arasında axta­rar­dı­nız və gələndə pal­tarlarınızda torpağın qoxusunu gətirərdiniz.

Amma bunun vaxtı hələ gəlib çatmamışdır.

Əcdadlarınız qorxularından bir-birlərinə çox sıx yaxın­laş­mış­lar.

Bu qorxu hələ bir müddət çəkəcək. Bu qala divarları hələ bir müd­­dət də ocaqlarınızı çəmənlərinizdən ayıracaq.

Deyin mənə, ey Orfalesin camaatı, bu evlərdə nəyiniz var? Bağlı qa­pılar arxasında qoruduğunuz nədir axı?

Orda qüdrətinizin nişanəsi olan sülh və sakitlik varmı?

Orda xatirələriniz – insan idrakının zirvələrini bir-birinə bağla­yan sayrışan tağlar – varmı?

Orda elə bir gözəllik varmı ki, taxtadan və daşdan düzəl­dil­miş əş­yalardan ayırıb ürəyi müqəddəs dağa doğru yönlən­dir­sin?

Deyin görüm, bütün bunlar evlərinizdə varmı?

Yoxsa siz ancaq rahatlığa və rahatlıq hərisliyinə ma­lik­si­niz? Bu, giz­lincə evinizə qonaq kimi daxil olur, sonra ona yi­yə­lə­nir və nəhayət, ağa­sına çevrilir.

Hə, o, bir heyvan təlimçisinə çevrilərək, qarmaq və qamçı ilə si­zin ən böyük ehtiraslarınızı özünə ram edir.

Əlləri ipək kimi olsa da, onun ürəyi dəmirdəndir.

O, sizi ona görə yuxuya verir ki, çarpayınızın başında durub cis­mi­nizin ləyaqətini ələ sala bilsin.

O, sizin sağlam hisslərinizə rişxənd edərək onları saxsı qablar ki­mi qanqallığa tullayır, mənasızlaşdırır.

Beləcə, rahatlıq həvəsi qəlbin qüdrətini məhv edərək onun dəf­nin­də irişə-irişə addımlayır.

Lakin sizə – fəzanın övladlarına, yuxularında belə din­cəl­mə­yən­lə­rə – nə tələyə düşmək, nə də əhliləşmək yarayar.

Lövbər yox, dor ağacı olmalıdır sizin eviniz.

O, yaranı gizləyəcək parıltılı lent yox, gözləri qoruyan göz qa­pa­ğı olmalıdır.

Qapıdan keçə bilmək üçün qanadlarınızı yığmayın, tavana dəy­mə­­sin deyə başınızı aşağı əyməyin, divarlar çatlayıb dağılacaq deyə nə­­fəs almaqdan qorxmayın.

Ölülərin dirilər üçün yaratdığı məzarlıqda yaşamaq sizə ya­raş­maz.

Necə gözəl və zəngin olsa belə eviniz, o nə sizin sirrinizi gizləyə bi­ləcək, nə də həsrətinizə sığınacaq olacaq.

Zira, daxilinizdəki sonsuzluq qapıları sə­hər dumanından, pəncə­rə­ləri isə nəğmələrdən və gecənin sakitliyindən ibarət göy sarayına sığa bilər yalnız”.

Geyim
Toxucu: “Bizimlə Geyim barədə danış”,– dedi.

O, cavab verdi:

Geyiminiz sizin gözəlliyinizin çox hissəsini örtür, lakin sizdəki eybəcərliyi gizlədə bilmir.



Hərçənd ki, libaslarınızda sirr saxlamaq azadlığı axtarır­sı­­nız, an­­caq siz onlarda boyunduruq və zəncir də tapa bilərsiniz.

Yaxşı olardı ki, günəşi və küləyi daha çox dərinizlə qar­şı­la­yay­dı­nız, nəinki paltarınızla.

Axı, həyatın nəfəsi gün işığında, həyatın əli isə küləkdədir.

Bəziləriniz deyir: “Məgər geydiyimiz paltarı şimal küləyi özü to­xu­mayıbmı?”

Bəli, mən də deyirəm – bu, şimal küləyi idi.

Amma onun toxucu dəzgahı – həya, ipləri isə ərköyün­lü­yü­nüz idi.

İşini bitirəndən sonra o sizə gülürdü meşədə.

Unutmayın ki, utancaqlıq natəmizlərin gözündən qorun­maq üçün qal­xandır.

Natəmizlər qalmayanda, utancaqlıq ağılın əsarətindən və alda­nı­şın­dan başqa nə olacaq ki?

Unutmayın ki, torpaq sizin yalın ayaqlarınızın təma­sın­dan həzz alır, küləklərsə saçlarınızla oynamaq həsrətindədir”.


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin