Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə33/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   29   30   31   32   33   34   35   36   ...   101
Atəşsiz, inan, nur olamaz sabitü qaim,

Atəş, günəş atəş, bəşəriyyət bütün atəş.

Hər bir hərəkət, məbdəi-xilqət bütün atəş...

Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası

Həp atəşə tapdırmaq idi zümreyi-nası1.
Yandırmasa idi, atəşi daha parlaq nur zənn edərdilər.

Cübranın İblisi də özündən razıdır. O da bu fikirdədir ki, İblissiz dünyada İblisin düşmənlərinə də, ədalət carçılarına, çörəyi İblisə qarşı mübarizədən çı­xan­la­ra da ehtiyac yoxdur: “Məgər sənə, müdrik din xa­­­­diminə, məlum deyilmi ki, məhz iblisin varlığı keşişlərin peyda ol­ma­­sına səbəb olmuşdur və bu köhnəlmiş əda­vət səbəbindəndir ki, qızıl və gümüşlər dindarların cibindən siz vaizlərin və ru­hani ustadların ci­binə axmaqda davam edir? Məgər sənin kimi bir üləma bilmirmi ki, sə­bəbin aradan qalxması ilə nəticə də yoxa çıxacaq?”2 Cübranın İblisi özü­nü Allah kimi əzəli-əbədi göstərmək üçün onunla bağlı olduğunu id­­dia edir. İblisin insan təsəvvüründə necə dərin kök saldığını izah et­mək üçün belə bir hekayət danışır: «İnsan ilk dəfə günəşi görəndə əl­lə­rini uzadaraq söylədi: “Bu göy qüb­bə­si­nin arxasında böyük Allah var­dır, xey­rin yaradıcısı!” Sonra isə kürəyini işı­ğa çevirdi və yerdəki köl­gə­sini gö­rüb dedi: “Torpağın dərinliyində qor­xulu iblis yaşayır, şər tö­rədicisi”». 3 İşıq varsa, deməli, kölgə də ol­ma­lıdır. Lakin İblisin həm kölgə, həm də atəş ola bilməsi onun ikili tə­bi­ətini, riyakarlığını da ifadə edir.

Bunu da qeyd etmək yerinə düşər ki, Cübran daha çox İblisin “kölgə” xislətinə, Cavid isə “atəş” xislətinə istinad edir.

Caviddə də, Cüb­randa da İblis çe­vik, dinamik hərəkət­verici qüv­və ki­mi təq­dim olu­nur. O insanı da­im fə­a­liyyətə səsləyir. “Mənim ürə­yimin da­yanması ilə bə­şər­də hər han­sı hə­rə­kət də dayanacaq”. Lakin Cüb­­ra­nın İblisi daha səmimidir. O öz məq­­­­sə­­­dini gizlətmir: “Mən ölüm­süz və əbə­di İblisəm. Mən ya­la­nın, ri­ya­nın, mək­­rin və al­çaq­lığın il­ham­­ve­ri­cisi­yəm və əgər bu xü­su­siy­yət­lər dün­yanı tərk edəsi ol­sa, bə­şə­­riy­­yət ba­xım­sız bağa bənzəyəcək ki, orda yal­nız xeyir kollarının ti­kan­ları bi­təcək”. 1

Cavidin İblisi daha iblisanədir. O öz fəna işlərini fəzilət kimi, yı­xı­cılığı quruculuq kimi təqdim edir. Daha doğrusu, sanki bunların vəh­də­tini ifadə edirmiş:


Əvət, İblis, o böyük sənətkar

Həm yapar, həm də yıkar, qüdrəti var.2
Azərbaycan ədəbi tənqidində İblisin çox vaxt müsbət obraz sə­viy­yəsinə qaldırılması da bu riyakarlığın necə ustalıqla həyata ke­çi­ril­di­yindən xəbər verir.

Cübranın İblisi Allahla qarşılaşdırılır, O-na alternativ kimi ve­ri­lir. Ona görə də İblis daha çox Allaha qulluq edən insanların, yəni ke­şiş­lərin, rahiblərin çevrəsindədir – onlarla sıx surətdə bağlıdır. Cavidin İb­lisi ümumiyyətlə insanla bağlıdır. Sanki insan qəlbində əbədi lövbər sal­mışdır. Ona görə də bütün şər hadisələr insanın öz ayağına ya­zılmalı imiş!


Siz nə qədər məndən uzaqlaşsanız,

Yer deyil, əflakə uçub qaçsanız,

Qarşılaşıb birləşəriz daima,

Ayrı deyil, çünki biriz daima3.
Təəssüf ki, Azərbaycan ədəbi tənqidində bir çox müəlliflər İb­li­sin ver­si­ya­sına uyaraq Şərin mənbəyini insanın təbiətində görmək möv­qeyini tuturlar. Əs­lində isə insan iblisləşdikcə, öz təbiətindən uzaq­laşır. Özünü dərk etdikdəcə, öz təbiətinə, missiyasına uyğun yaşa­dıq­da isə İblis üçün əlçatmaz olur.

İnsanı daim müşaiyət edən, ondan heç cür ayrılmaq istəməyən tək­cə ib­lis deyil, həm də Müqəddəs ruhdur. Bu ruhun daşıyıcıları isə coğ­­­rafi məkan və za­man fərqlərinə bax­ma­yaraq, həmişə bərabərdirlər. Bu yerdə H.Cavidin «Xəy­yam» əsə­rin­də söylənən bir fikiri yada sal­maq istərdik: «Ayrı olsaq da, hə­qi­qət­də bi­rik». Cavidlər və Cübranlar sağ­lığında bir-birini tanımasalar da, yüz illər keçəndən və xırda fərqlər itən­dən sonra ideya zirvəsində bir­ləşirlər.

Cübran heç də yalnız öz poetik yaradıcılığında fəlsəfi ideyalar, müd­rik kəlamlar, qa­nad­lı fi­kirlər söyləməklə kifayətlənmir. O öz mil­lə­tinə olan sevgisini ancaq hisslər səviy­yə­sində ifadə et­mir. Yüksək fəl­səfi savad və təfəkkür mədəniyyəti ona imkan verir ki, o, ərəb xal­qı­nın taleyi və gələcəyi haqqında konseptual səviyyədə fikirlər yü­rüt­sün və öz milləti barədə danışarkən ümu­mən millətin mahiyyəti haq­qın­da, mi­lli tərəqqinin hərəkətverici qüvvələri haqqında orijinal ide­ya­lar irəli sürsün.

Cübran millətin mahiyyətini və keçdiyi tarixi inkişaf yolunu ay­rı­ca insanın həyat mərhələləri ilə mü­qa­yi­sə edir və milli inkişafın düs­tu­runu tap­maq üçün bəşər ta­rixində mə­lum olan sivilizasiyaların mü­qa­yi­səli təhlilini apararaq hər bir sivi­li­za­siy­anın doğulma mərhələsini, gə­lə­cək, yetkinlik və nəhayət, qocalıb-çü­rü­mə dövr­lərini bir qanuna­uy­ğun­luq ki­mi irə­li sürür. Bu baxım­dan ərəb si­vi­­li­za­si­yasının yara­nı­şın­da is­la­mın mü­­tə­­rəqqi rolunu xü­su­si­lə qeyd edir: «Ərəb mahiyyəti is­lam­­dan 3 əsr əv­­­vəl formalaşmış və öz fərdi var­­lı­ğı­nı artıq dərk etmiş olsa da, ancaq Mə­həm­­məd peyğəmbər­lə do­ğul­muş və qar­şı­sındakı mane­ə­ləri qasırğa kimi dəf edən möh­tə­şəm bir əzə­­mət­lə yük­səlmişdir».1

Ərəblər hələ müasir mənada bir millət kimi formalaşmadıqları hal­­da, ərəb perspektivinin məhz bir millət ha­­lında araşdırılması və mü­a­sir dövr­­də sivilizasiyanın struk­tu­run­da ərəblərin iş­ti­rakı üçün tələb olu­nan şərtlər barədə yürütdüyü mühakimələr bütöv­lük­­də milli və ümu­­m­bə­şə­ri tə­rəq­qi konsepsiyası baxımından da ma­­raq doğurur. Düz­dür, Cüb­ran mil­lətlər və si­vi­li­za­si­ya­lar haqqında öz modelini Her­der­dən və He­gel­dən bir qədər sonra irə­li sürür, lakin bu, orijinal modeldir və özünəməxsus xüsusiyyətlərə malik olmaqla yeni ekstra­pol­­­yasiya imkanları açır. Və Cübran Yaspersin və Toynbinin bəşəri inkişaf tə­lim­­lərinin bəzi mə­qam­larını onlardan əvvəl söyləməklə, bir ərəb mü­tə­­fək­ki­ri­­nin çağdaş za­manda da Qərb filosoflarını qabaqlamaq iq­ti­da­rında olduğunu əyani surətdə sübut edir.





Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin