Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə31/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   27   28   29   30   31   32   33   34   ...   101
Hədəfim və yolum
Bu həyatdakı hədəfim insanı cəhalət, kasıbçılıq və qorxu bu­xov­larından azad etmək, bəşəri ağrı-acıları yüngülləşdirmək, kabusları və əqidədə, siyasi, ictimai və dini təlimlərdə olan azğınlıqları yox etmək üçün var gücümü sərf edib yazı yazmaq, çıxış etmək və əməl etməkdir.

Ona gedən yolum: Partiyaçılıqdan, təəssübkeşlikdən və şəxsi ar­zu və həvəslərdən xali azad fikir, azad araşdırma və azad sözdür.

Sübh kitabı
Cənablar! Bu gecənin mövzusu “Şərq ruhu və Qərb maddi mə­də­niyyətidir”. Ancaq Şərq ruhu haqqında danışmazdan və Qərb mə­də­niy­yətinin əsasına daxil olmazdan öncə, gəlin öyrənək görək o nədir. Biz gərək bugünkü dünyada hökm sürən ruzi dalınca qaçmaq və özünü mü­dafiə etmək kimi ilk heyvani instinktlərə yaxın olan arzular və mü­naqişələrə nəzər salaq.

Bu istəklərin hamısı və ya böyük bir hissəsi, belə demək müm­kün­sə, “müharibədən sonrakı” düşüncə tərzi ilə məhdudlaşır. Bu, pes­simizm və ondan törəyən ümidsizlik, məsuliyyətsizlik düşüncəsidir. Bu günün insanı pessimistlərin nəzərində ya hiyləgər meymun, ya da xa­in canavardır.

Pessimistlər hesab edirlər ki, Qərb mədəniyyəti artıq qocalıb və əcə­li yaxınlaşıb. İnsan da mədəniyyət kimidir – inkişafın kulminasiya nöq­təsinə çatır və ondan o yana keçə bilməyib yuvarlanaraq dərəyə – əs­linə geri dönür. Əgər kütlə hakimiyyətə gələrsə, intiqam yolunu tu­ta­caq. İqtisadi quruluşlar da siyasi quruluşlar kimidir – aşıb-daşır və ye­rini mədə və şəhvətlər tutur. Başqa sözlə desək, onlar inanırlar ki, bü­tün mənəvi qüvvələr məhv olmaq üzrədir. Yəni Birinci Dünya Mü­ha­ri­bəsindən sonra insanda olan əxlaqi, əqli və ruhi keyfiyyətlər zəifləyib və get-gedə yox olur. İnsanda ancaq iti dişli heyvanları xatırladan qüv­və qalıb.

Lakin bu dumanlı-çiskinli günlərdə səsi az-az eşidilən bir qrup var: mətbuatda, siyasət meydanında və ya ticari-iqtisadi dairələrdə sə­si az eşidilən qrup. Bu qrup da pessimistlərin gördüyünü görür. Ancaq ey­ni zamanda bunun arxasında olanları da görür. Maddi və mənəvi hə­yatda əzəli bir qanun görür. Daim ucalığa – Əkizlər bürcünə insan uğ­runa uzanan əl görür. Əlamətləri həmin səmavi nurlardan və onun ar­xasında olan Ali Varlığın nurundan gələn bir ümid görür. İnsanın mə­nəvi keyfiyyətlərini yeniləşdirməkdə sakit və təvazökar olan opti­mist­lər bəşəriyyətin düşdüyü bu pis vəziyyəti inkar etmirlər. Ancaq on­lar inanırlar və qəti əmindirlər ki, həyatın ali prinsipi və ya mədə­niy­yə­tin əzəli qanunu zahirən hərəkətsiz görünsə də, hələ də öz daxilində yaşayır. Cənablar! Budaq hələ təzədir, toxum da hələ ki yaşıldır. Bəli, ikinci toxum da çıxacaq, böyüyəcək və əvvəl necə bərəkətli, tər, qollu-budaqlı və kölgəsi dörd bir yanı tutan ağac idisə, elə də qayıdacaq və əvvəlkindən daha çox xeyirli və barlı-bəhərli bir ağac olacaq. Bu, böyümə, inkişaf etmə, yeniləşmə və davamlılıq qanunudur.

Doğrudan da, bu optimistlərin səsi bu gün Şərqə az-az gəlib ça­tır. Bu get-gedə boğulan və sakit görünən səsləri siyasətin və iq­ti­sa­diy­ya­tın çıxardığı səslər üstələyir və ona qarşı çıxır. Lakin onda yeni bir səs var ki, o da mədəniyyətdəki yeni həyatın dəlili və onun salamat ol­ma­sının zaminidir. Bu, mədəniyyətin ən doğru qüvvələrinin yeni­ləş­mə­sin­də birinci amildir və onda olan davamlılığın ən münasib zəma­nə­ti­dir. Bu yeni səs qadının səsidir. Həqiqətən də, bu gün qadın, op­ti­mist­lə­rin ön sıralarındadır. Daha doğrusu o, optimistlərin anasıdır.

Bu, Qərbin bugünkü durumudur. Şərqdə isə pessimistlər də, op­ti­mis­tlər də öz nəzəriyyələrində və sərf etdikləri siyasi sərhədləri keçə bil­mirlər. Şərqdə yeni və köhnə millətçilik meylləri var. Amma üzləri ye­ni olsa da, ruhları köhnədir. Siyasət Şərqin və şərqlilərin kabusudur. Si­yasətin nə qədər səbəbləri çoxalsa da, təzahürlərinin sayı artsa da, o, Yaponiyanı və Çini bağrına basan, Hindistan və İslam ilə oynayan, Ankarada və Misirdə əylənən, Məkkə və Mədinədə isə əsnəyən qara və çılğın Şərqin ruhudur.

Bu siyasətin arxasında nə durur? Onun əsas məqsədi nədir? Mən bu əsas məqsəddə ancaq bir fikir görürəm – Qərbi öz evimizdən uzaq­laşdırmaq və öz işlərimizi lazımi qaydada müasir demokratiyaya uy­ğun görə bilməsək belə, özümüzə həvalə etmək. Sanki biz bununla de­mək istəyirik ki, bizdən və bizdə olan fəsad xaricdən gələn fəsaddan yax­şıdır. Öz hakimlərimizin, quldurlarımızın bizə etdiyi zülm nə qədər ağır olsa da, əcnəbilərin zülmündən daha yüngüldür. Bizdə olan xarab və köhnə məşəl, Cenevrədə hazırlanmış, Londonda və ya Parisdə içi dol­durulmuş təzə məşəldən yaxşıdır. Bu millətçi görüşdə müəyyən qə­dər haqq var. Ancaq insan təkcə siyasətlə və millətçiliklə yaşaya bil­məz axı. İnsan elə bir canlıdır ki, onun daxilində şeir və uzaqgörənlik to­xumu var. Əgər o (insan) təkcə özünün və evinin ağası olsa, fikrində, əmə­lində və varlığının səmərəsində irəli gedə bilməsə və əməli özü ilə məh­dudlaşsa, hətta özünə belə ən doğru olan fayda və xeyri verə bil­mə­yəcək. Duruxub qalacaq və özündə olan inkişaf prinsipini kor­la­ya­caq. Onda olan şeir və uzaqgörənlik toxumu öləcək. Fərdə xeyri dəy­mə­yənin millətlərə və xalqlara heç bir xeyri dəyməz.

Afrikada çoxlu qaradərili qəbilələr var ki, Allahın neməti sayə­sin­də azaddırlar, müstəqildirlər. Ərəb ölkələrində də Əsirin zir­və­lə­rin­də, Qahtanın Nəcran bölgəsində və Adnanda elə insanlar var ki, bu gü­nün ərəb əmirlərinin qurduqları hakimiyyətləri tanımırlar. Onlar azad­dırlar, müstəqildirlər. Yol kəsməkdə, karvanları soymaqda, bir-bi­ri­lərinə müharibə elan etməkdə azaddırlar və heç bir quruluşa tabe de­yillər. Nə əcnəbi ağalıq, nə də milli ağalıq tanıyırlar. Onlara “zəkat ve­rin” deyən yoxdur. Heç Millətlər Təşkilatı və mandat sənədləri ilə də qorxudan yoxdur.

Əgər fərz etsək ki, bu qəbilələrin özlərinin ehtiram bəslədiyi qu­ru­luşları var və onlar öz azadlıqlarında və müstəqilliklərində başqa in­sanlara qarşı pis davranmırlar, məsələn afrikalılar, bu o deməkdirmi ki, onlar həyat nərdivanındadırlar? Onların belə azadlığında və mü­s­tə­qilliyində həyatın əsas qayəsi və ən gözəl nümunəsi görünürmü? On­la­rın ürəklərində həmin gözəl ilahi toxum – şeir və uzaqgörənlik to­xu­mu yaşayırmı?

Arzu etdiyim əməli şeirdir ki, o da gözəlliyin – bizim sübutumuz, sev­ginin – yoldaşımız və tolerantlığın – həyatın hər bir sahəsində əsas qa­yəmiz olmasıdır. İstədiyim əməli uzaqgörənlikdir ki, o da varlığın sir­lərinin idealımız olmasıdır . Gərək onu aramaqda bizi nə həqiqi, nə də xəyali maneələr dayandırsın. Biz heç bir dini və ya elmi kitabı müt­ləq şəkildə qəbul etməyə razı deyilik. Alimlər zamanın pey­ğəm­bər­lə­ri­dir. Daim ciddi-cəhdlə çalışırlar. Əlləri bir örtüyü qaldırmamış, fi­kir­lə­ri ondan sonra gələn örtüyə tərəf yönəlir. Ağıl uzaqgörənliyin bə­ləd­çi­sidir, qəlb isə şeirin bələdçisidir. İnkişaf etməkdə davamiyyətli olan mil­lət, bu ikisinin arasında püxtələşən və daim, hər an hər ikisinin nu­ru ilə nurlanmaq istəyən millətdir. O, var-dövləti və sayı ən az olsa be­lə, ən böyük millətdir

Şərqdə bu gün nə var? Görücülüyün və şeirin beşiyi var. Bəs şeir­dən və görücülükdən başqa nə var? Bu gün Şərqdə avropalılara nif­rət edən qəlb, saxtalaşan və sahib olduqlarından daha da üstününü ar­zu edən düşüncə var. Bu gün Şərqdə, Rabindranat Taqorun Hin­dis­tan­da qurduğu tərbiyəvi-mədəni intibah istisna olmaqla, demək olar ki, yeni ideoloji, ədəbi və ya elmi hərəkat yoxdur. Şərqdə fikir, ədə­biy­yat və qədim elmin bütün səmərələrindən və keçmişdən gələn mənəvi key­fiyyətləri ancaq öz məqsədləri üçün istifadə edən milli və siyasi intibahlar var.

Dedim ki, ruzisi qılıncının ucunda və ya iş alətlərində olan, sə­xa­və­ti əlində və ya silahında olan azad, müstəqil ibtidai insan yalnız və yal­nız özünə xeyir verəcək və onun həqiqi mənada faydası olmayacaq. Bu adamda mədə, əsəb, ailəsinə qarşı bir qədər heyvani sevgi instinkti və ailəsini qorumaqdan başqa bir şey olmaz. Onun ailəsi bir övladı və ya bir həyat yoldaşı da ola bilər. Bəlkə də qəbilə və ya mədəni bir xalq, ya da azad və böyük bir millət ola bilər. İnsanların bir millət ola­raq ancaq öz işləri ilə məşğul olmaları və müharibədə və ya ticarətdə an­caq öz mənfəətləri üçün çalışmaları bu (heyvani) instinktin ən bariz tə­zahürüdür.

İnsanın bu işi, onun ibtidai varlığının səmərəsidir. Marağı, hə­və­si ətraf mühitindən, ailəsindən və ya həmvətənlərindən kənara çıxmır. Onun bu həvəsində özü üçün fayda var – mənliyin ilk mayasıdır bu. Ora­da psixoloji heç bir şey yoxdur. Bayaq adını çəkdiyim toxuma – şeir və görücülük toxumuna da yaxınlıq yoxdur. Bu adamda hələ ki ruh, tək və qəyyum olan tanriya və ya daşdan və ulduzdan olan yüzlərlə tanrıya ibadət etsə də, doğulmayıb. Bu kimi insanlar, hətta Loyd Corc, Puan­ka­re və ya Mustafa Kamal kimi adlandırılsalar da, mənəvi həyat deyilən şey­dən məhrumdurlar. Ancaq o, öz ailəsindən, qəbiləsindən və ya mil­lə­tindən olmayan bir qonşusunun xeyrinə bir iş görsə, onda ruh üzə çıx­mağa başlayır və mühiti üzərində onu inkişaf etdirərək zirvəyə qal­dı­rır. Bu, mənim nəzərimdə insana və insanın öz qardaşına dünya hə­ya­tında fayda verdiyi mənəvi həqiqətdir. Şərq ruhu buna baxanda han­sı yerdə durur?

Şərqdəki dinlər müxtəlif olsa da, cövhərləri eynidir. Xristianlığın əsa­sı Allahı mədh etməkdir. İslamın əsası Allaha təslim olmaqdır. Hin­du­izmin əsası isə vücudu xəstə etməklə yoxluqda əriyib getməkdir. Gö­rü­rük ki, xristianlıqda və hinduizmdə nəfsi öldürmək xoşbəxtliyin əsa­sı­dır. Bu psixologiya nəfsi razı salmaqda ibtidai instinktdən heç nə ilə fərq­lənmir. Ancaq bir fərq var ki, burada arzu olunan ruzinin (qi­da­nın) bolluğu daha davamlı və daha yaxşıdır. Bu psixologiya Allahı tə­rif edir ki, O-na bu tərifdə şərik olsun və O-na bu fani həyatı həsr etsin ki, sonsuz həyatı O-ndan alsın. Bu, asketizmə, zahidliyə, hissiyyat­sız­lı­ğa və daşürəkliliyə aparır.

İslamda isə asketizm yoxdur. Ancaq müsəlmanlarda zərəri bun­dan az olmayan Allaha təslimiyyət, təvəkkül və qəza-qədərə bağlılıq var. Sanki Allah insanı azad yaratmayıb və ona səy göstərməyi əmr et­mə­yib. “Biz Allaha aidik və O-na da geri dönəcəyik”, “Allaha bağlı ol­­mayan heç bir güc, qüdrət yoxdur”. Bunlar gözəldir. Amma bundan da gözəli özümüzə etibar etməyimiz və Allahın nəzərində ucal­ma­ğı­mız­dır.

Halbuki, təslimiyyət prinsipini asketizmlə müqayisə etsək, görə­rik ki, o, bəşəri qəlbə daha yaxındır və bəşəriyyət haqqında müsbət fi­kir oyadır. Müsəlman həyatdan qaçmır və ona xor baxmır. Əksinə, o hə­yatdan daha çox şey istəyir. Hətta o, həyatı yerdə yox, Cənnətdəki par­laq bir nümunə kimi qəbul edib.

Lakin o, “işi Allaha həvalə etmə”yin sayəsində tənbəl bir təqa­üd­çü­yə çevrilib. Ayağa dur, qardaşım! İşləri özünə həvalə et ! Onunla he­sab­laş, onu səylə çalışdır, onu çətin və xoş anlar üçün hazırla.

Əgər siz O-nu düzgün olmayan şəkildə tərif etməkdən əl çəksəniz və Allahdan qorxmaqda sevgi və mülayimlik yolunu tutanların tərəfinə üz tutsanız, mən sizə Allah Təalanın razılığını qazanacağınıza zəmanət ve­rirəm. Allah üçün ən sevimli insanlar öz ailələrinə ən çox faydası to­xu­nanlardır. Həmçinin sizə zəmanət verirəm ki, onu tərifləsəniz, mədh et­səniz və bəşəriyyət uğrunda faydalı işlər görənləri tərif etsəniz, O-nun özünün razılığını qazanacaqsınız. Çünki O-nun təriflənməyə eh­ti­ya­cı yoxdur. O kəsləri tərifləyin ki, onlar insanın elmini və gücünü ar­tı­ran kəşflər, ixtiralar zamanı həlak olmuşlar. Daim gözəllik, sevgi və to­lerantlıq uğrunda çalışan şeir və uzaqgörənlik rəhbərlərini tə­rif­lə­yin.

Məndə bir kitab var. Onu oxuyan hər bir kəs, elə ilk səhifəsini oxu­yub başa düşə biləcək ki, o, Sübh (fəcr) kitabıdır. Kitabın Fatihəsi (açı­lışı), bütün dünyaya doğan və orada olan dağları, düzənlikləri, ma­ğaraları, çəmənlikləri, səhraları işıqlandıran günəşdir. Arının üzə­ri­nə doğan bu günəş, çöl boranısının da üzərinə doğur. Əməlisaleh in­sa­na tərəf öz şüalarını saçdığı kimi, günahkara da saçır. Bu günəşin şüalarının istisi cahilin və kasıbın qəlbini isitdiyi kimi, istedadlının və varlının da qəlbini isidir.

Kitabıma – Sübh kitabıma tərəf gözümü qaldırıb baxıram və onun ilk səhifəsində qızıl hərflərlə yazımış cümlələri oxuyuram : Din A­llahın dinidir. O, bütün insanlar üçün olan həmin bu günəş kimidir – is­təyən qəbul edir, istəyən də imtina edir. Görən üçün də, kor üçün də bərabərdir. Din, bütün məxluqata fayda verən günəş kimidir. Onun öz Ya­radanı üçün heç bir faydası toxuna bilməz. Çünki O, hər bir fay­da­nın, xeyrin mənbəyidir. Din Allahın dinidir. O (din), Qərbin böyük gü­nah­larında, Şərqin məbədlərində, ekvatorun yandırıcı istisində və qütb­lərin şaxtalı ərazilərində olan hər bir insanın qəlbinə öz şüalarını sa­çan günəşdir.

Mən hər gün səhər-səhər bu kitabın Fatihəsini (açılışını) oxu­yu­ram və o məni sübhün və günəşin doğması məqamına qaldırır. Par­ti­ya­ların, məzhəblərin fövqünə, insana aid bütün dinlərdən, mil­lət­çi­lik­lər­dən uzağa – sevgi və hər yanı əhatə edən, təbəssümlü və kölgəli gö­zəl­lik dininə tərəf qaldırır.


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin