Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə30/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   26   27   28   29   30   31   32   33   ...   101
Fikirlərin nurları
Fikir fəzada parlayar, planetlərin yollarına və ulduzların məcra­la­rına işıq saçar. Fikir bu kiçik Yer kürəsini görünən və görünməyən, bö­yük və saysız-hesabsız aləmlər arasında uca bir mərkəzə qaldırır. Bu kürə milyonlarla ulduzun, planetin və peykin dövr etdiyi sonu ol­ma­yan bu fəzada kiçik bir nöqtədir. Bu yaxın-uzaq fəzada kiçik bir nöq­tə. Bu bizim aləmimizdir, Yerimizdir. Buna baxmayaraq, insanı özü­nü yüksək tutan, təkəbbürlük göstərən və başını Əkizlər tanrısının ba­şından da yuxarı tutan görürsən. Əgər belə etmək lazım olsaydı, on­da zənnimcə fikir sahiblərinin buna daha çox haqqı çatardı. Bu kiçik kü­rədə meydana gələn hər bir fikir, kiçik bir aləmdə böyük bir dün­ya­dır. Fikirləşmək (təfəkkür) bəşəriyyətin həyatı olduğu kimi başqa aləm­lə­rin də həyatıdır. Fikirləşmək filosofun duasıdır. Fikirləşmək faydalı hə­rəkət doğurur, ağlı aydınlaşdırır və nəfsi təmizləyir. Fikirləşmək asan iş deyil. Fikir qurmaq daş-qaş düzəltməkdən qat-qat ağırdır. Bu­nu xüsusilə mütəfəkkirlər yaxşı bilirlər və onun əziyyətini çəkirlər.

Neçə-neçə insan var ki, əgər onlardan nə haqda fikirləşdiklərini so­ruşsanız, cavab verməkdə çətinlik çəkərlər. Onlardan elələri də var ki, gündəlik həyatlarında belə qətiyyən düşünmürlər. Ola bilsin ki, yu­xu­larında özlərindən asılı olmayaraq və düşüncə olmadan fikirləşirlər.

Doğrudan da, fikrin gücü təbiətin gücündən daha böyükdür. Ey alim­lər və materialistlər! Bir az səbr edin. Əgər mənə desəniz ki, “sən mü­­qavimət göstərərək, təbiətin sənin üzərinə hücum edən qüvvələri ara­­sında yaşaya bilməzsən”, onda mən sizə deyərəm ki, “mənim fikir dün­­yam genişdir, arzularım isə daha genişdir”. Mən orada həkimlərin bak­teriyalarından və alimlərin sığındığı soyuq dağlardan uzaq olan ar­­xayın bir həyat yaşayıram. Məni və hər bir həqiqi şairi sevindirən həm də odur ki, bütövlükdə mənim dünyamda cərrahiyyə əməliyyatı apar­­maq üçün bir alət də yoxdur. Gəlin istədiyimiz kimi düşünək və dü­­şündüyümüz kimi yaşayaq. Gəlin gözəl sevgini arzu etdiyimiz kimi, gö­­zəl arzular da edək və sevək. Alimlərin insanların həyatını qaranlıq ma­ğara ilə soyuq məzar arasında mühasirədə saxlayan təhlil üsulla­rın­dan artıq bezmişəm. Müasir mədəni üsulla mağaradan məzara doğ­ru! Nə gözəl səyahətdir! Ancaq xoşbəxtlikdən bu səyahət qısadır. Səy­ya­hın sevgi adalarında, başqa gözəl yerlərdə və “bu Allaha möhtac qu­­lun” təsvir etməkdə aciz olduğu məkanlarda etdiyi fikri və mənəvi (ru­hi) səyahətə gəlincə, o, elə bir uzun səyahətdir ki, onun əvvəli – əzəl alə­mi, sonu isə əbədi aləmdir. Buna görə dilə gətirirəm ki, insan fikrin gü­cü ilə təbiət qüvvələrinə qalib gələ bilər və fikrin gücündən də üstün bir güc – sevginin gücünü tapa bilər. Sevgi ... Amma bu (sevgi), gö­zəl­lik bağçalarında alma gözlərin danışdığı və mehin bu hekayəni arzular və ümidlər asimanı altında yarın qulaqlarına pıçıldadığı ayrı bir he­ka­yət­dir. İnsanların vəziyyəti barəsində diqqətlə fikirləşsən, bu fikir sənə ki­fayət edər. Sən ağıl tüfəngini doldur, çaxmaq özü işə düşəcək. Sən tə­ki fikirləş. Fikrinin nəticələri ilə gec-tez qarşılaşacaqsan. O nəticələr üz­ləşdiyi bütün çətinliklərə baxmayaraq meydana çıxacaq. Ola bilər ki, sənin gördüyün kiçik bir işdə və ya nəfsin gizli qalmaq istəmədiyi bir saatda dərhal tələffüz etdiyin bir sözdə üzə çıxsın. Ya da bəzi in­san­lara göstərmək istədiyin köməkdə və ya Qərbə tərəf atdığın bir ad­dım­da. Yaxud Şərqə tərəf dönüb nəzər saldığın bir baxışda və ya za­lım­la, ya da əxlaqsız bir qadınla əl tutub görüşməyində. Sizə deyirəm: “Fikirləşin!” Materialistlərin iddiasına görə, kainatda görünən bütün hə­rə­kətlər – istər ən uzaq planetlərdə olsun, istərsə də kiçik məx­luq­la­rın ən aşağısında olsun, beyin kürələrində görünən hərəkət kimidir. Nəf­sin alışdırdığı qığılcım, daxildən çıxan od səndən başqasına tərəf ya­yılır və bəlkə də yaxından daha çox, uzağı işıqlandırır. Ola bilər ki, bu, sənə yuxarıdan aşağı baxanlar üçün ağır gəlsin. Aşağıdan yuxarı vü­qarla baxanlar üçünsə yox.

Bir gecə dağda yol ilə gedirdim. Birdən kiçik kilsənin yanındakı tut yarpağından tüstü qalxdığını gördüm. O tərəfə yönəldim və birdən gözüm sac üstə çörək bişirən bir qadına və sacın altını əncir və qoz ağa­cı budaqları ilə qalayan bir qıza sataşdı. Bu zaman öz-özümə sual ver­dim: “Bu qızın alışdırdığı odun qüvvəsi məhduddurmu?” Bu dəmir löv­hənin altında yanan köz, maddənin hər bir hissəsində şaxələnən ümu­mi qüvvədən ayrıdırmı? Sən nə səfeh adamsan! Ağıllı adam da heç belə suallar verər? Kainatda başqa qüvvədən tamamilə ayrı olan bir qüv­və məgər varmı? Bəli. Maddə həqiqətən də parçalanır. Ancaq sən ora­da olan gizli qüvvəni hərəkətə gətir! O tərpənər, titrəyişli hərə­kət­lər edər, alışar və sonra ayrıldığı və ya başlanğıcdan birlikdə olduğu əsas hissəsinə geri dönər.

O qızın sacın altında qaladığı od bilirsənmi haradan gəlib və ha­ra­ya gedir? Ağaclar və bitkilər ancaq və ancaq Günəşin havada möv­cud olan oksigendən ayırdığı karbondur. Odun gücü günəşin gü­cün­dən gəlir. Günəşin gücü isə daim onun üstünə düşən meteorların gü­cün­dən. Bəs meteorlar? Yoxdan var edən Allah necə də xeyirxahdır! Ola bilər ki, o meteor öz yolunda Urandan, Saturndan və ya Siriusdan keç­sin. O da ola bilər ki, Siriusdan da uzaq olan bir planetdən keçsin. Hə­min planet Siriusun Günəşdən uzaq olduğu qədər Siriusdan özün­dən uzaq ola bilər. Bəli. Bizim indi gördüyümüz şölə çox qədimdir, ey ca­hil! Ola bilsin ki, o, milyon ildir ki, Günəşimizdən milyonlarla mil uzaq­da olan bir ulduzda alovlanıb. Bu alovlu qüvvə alışdırılıb ki, baş­qa qüvvələr törətsin. Uca bir məqsəd üçün alovlanıb. Ona görə alov­lan­mayıb ki, nurunu fəzada yaysın, ya da tüstüsü evlərin kənarında top­laşsın. Alovlanıb ki, öz cövhəri və fərd-toplu cövhəri arasında ta­mam­lansın və bundan çörəkdə olan yeni, gizli qüvvə meydana çıxsın. O çörək də şairin mədəsində odlu qüvvədən ayrılan başqa bir qüvvə do­ğursun. Bu qüvvə də qan vasitəsilə beyinə getsin və orada özü ilə in­di qəribə oxşarlıq gördüyümüz alov arasında fikirlərin hərəkətini do­ğur­sun. Siriusdan günəş yolu ilə yerə tərəf – bu, od yollarından biri­dir. Yerdən günəş yolu ilə Siriusa – bu da fikrin yollarından biridir. Bu, bə­şəri nəfsin (ruhun) etdiyi səfərlərdən biridir. Dayanmadan, ara ver­mədən və sonsuz olan bir səfər. Özündə “HARADAN?”ilə “HA­RA­YA?”nı birləşdirən böyük, qəribə və sirli bir dövran.

Bəli. Mən qəti əminəm ki, fikir yoxa çıxmır və nəfs də fani deyil. Əkinçinin əlindən qaya parçasının üzərinə düşən toxum mənə imkan ve­rir ki, sizə tam əminliklə, zəif də olsa bir sübut göstərim. Bu düşən to­xum ölmür. Onu gələn ilə kimi gözlə! Gör küləklər ona necə xidmət edə­cək, qış onu necə canlandıracaq, qopan tufan ona necə qayğı gös­tə­rəcək – onun üçün dağların zirvələrindən torpaq sovurub gətirəcək, bu­ludların suyunu çəkib gətirəcək. Sən bir onun səxavətinə görə gü­nə­şə, xidmətinə görə də buluda təşəkkür etmək üçün başını necə qal­dır­ma­sına nəzər sal!


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin