Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə40/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   36   37   38   39   40   41   42   43   ...   101
Qanunlar
Sonra bir hüquqşünas soruşdu: “Ustad, bizim qanunlar barədə nə deyərdin?”

O, cavab verdi:

Qanun qoymaqdan xoşunuz gəlir. Lakin onları pozanda daha çox həzz alırsınız.

Okean sahilində oynayan uşaqlar kimisiniz, inadla qum qalaları ucal­dırsınız ki, sonra gülərək onları uçurasınız.

Amma başınız bu qum qalalarını tikməyə qarışıq ikən, okean sa­hi­lə bir xeyli qum yenə gətirir.

Siz onları dağıdıb uçuranda, okean da sizə qoşularaq gülür.

Həqiqətən, okean həmişə məsumlarla birgə gülür.

Bəs o kəslərə nə deyəsən ki, onlar üçün həyat okeanı, insanın yaratdığı qanunlar isə qum qalalarını xatırlatmır.

O kəslərə ki, onlar üçün həyat qaya, qanunlar isə külüngdür, istədikləri kimi çapırlar həyatı.

Onlara nə deyəsən?

Neyləyəsən rəqqaslara nifrət edən topala?

Neyləyəsən öz boyunduruğuna vurğun öküzə ki, meşədə­ki sığın və maralı avara və sərgərdan sayır?

Bəs toya hamıdan tez gələn, yeyib, içib yorulan, evinə gedəndə isə bütün şənlikləri zorakılıq, bütün şənlənənləri isə qanun pozucuları adlandırana nə deyəsən?

Nə deyə bilərəm ki, mən belələri haqqında?

Onlar da gün işığının altında durublar, amma arxaları günəşə doğrudur.

Onlar yalnız öz kölgələrini görə bilirlər və onların kölgələri onlar üçün qanundur.

Günəş bir kölgə istehsalçısından savayı nədir onlar üçün?

Məgər qanunları tanımaq, əyilib yerdəki kölgələri izləmək­dən baş­­qa bir şeydirmi? Amma sizi, üzü günəşə doğru yeriyənləri, yerə çə­kil­miş hansısa şə­killər saxlaya bilərmi?

Siz, küləklə birgə səyahət edənlər, hansı yelqovan sizə yol gös­tə­rə bilər ki? Əgər siz boyunduruğunuzu qırarkən başqasının dustaq­xa­na­sının qa­pısına toxunmamısınızsa insanın yaratdığı hansı qa­nun­lar sizin əl-qo­lunuzu bağlaya bilər?

Əgər rəqs edərkən, başqasının dəmir zəncirlərinə iliş­mir­si­nizsə han­sı qanundan qorxacaqsınız?

Əgər siz libasınızı cırarkən onu bir kimsənin cığırına tulla­ma­mı­sı­nızsa kim sizi məhkəməyə çəkə bilər?

Orfalesin camaatı, siz dəfin səsini ala, udun simlərini boşalda bi­lərsiniz, bəs torağayı kim susdura bilər”?

Azadlıq
Natiq dilləndi: “Bizə azadlıqdan danış”.

O, dedi:

Şəhər qapılarında və ocaqlarınızın başında, sizin öz azadlığınız qar­şısında necə əyilib, səcdə etdiyinizi görmüşəm; eyni ilə qullar öz zülm­­karı qarşısında beləcə alçalır və onu öyürlər; baxmayaraq ki, o onları öldürməkdə davam edir.



Hə, məbədin meşəliyində və qalanın kölgəsində aranızda ən azad sa­yılanları azadlığı boyunduruq və qandal kimi geyinərək da­şı­dıq­la­rı­nı görmüşəm.

Ürəyim qan ağlayır içimdə. Zira, siz o zaman azad ola bi­lər­siniz ki, hətta azadlığı axtarmaq arzusunun özü belə sizin üçün artıq bir yü­kə çevriləcək və siz azadlıq haqqında bir məq­səd və həyatın mənası haq­qında danışırmış kimi danış­ma­ya­caq­sınız.

Siz o zaman həqiqətən azad olacaqsınız ki, günləriniz qayğısız, ge­cələriniz isə ehtiyac və qüssədən uzaq olacaq.

O zaman ki, bütün bunlar həyatınızı saranda belə, siz çıl­paq və bağ­lanmamış halda onların üzərinə yüksələ biləcəksiniz.

İdrakınızın səhərində öz günorta saatınızın ətrafına dola­dı­ğınız zən­cirləri qırmasanız öz gecə və gündüzləriniz üzərinə necə yüksələ bilərsiniz?

Əslində sizin azadlıq adlandırdığınız – zəncirlərin ən möh­kə­mi­dir, hərçənd ki, onun halqaları günəşdə parıldayır və gözlərinizi qa­ma­ş­dırır.

Azad olmaq üçün qırıb atmaq istədikləriniz məgər sizin mə­n­li­yi­ni­zin parçaları deyilmi?

Əgər ləğv etmək istədiyiniz ədalətsiz qanundursa, bu qanunu özü­nüz öz əllərinizlə yazmısınız öz alnınıza.

Hüquq kitablarınızı yandırmaqla silə bilməzsiniz onu; hakim­lə­ri­ni­zin alnından da yuya bilməyəcəksiniz onu, lap bütöv bir dənizi on­la­rın üstünə töksəniz belə.

Əgər taxtdan salmaq istədiyiniz despotdursa, əvvəlcə ba­xın, gö­rün içinizdə onun üçün ucaltdığınız taxt hələ dururmu?

Zira, azad və vüqarlıları tiran necə idarə edə bilər, əgər on­ların azad­lığında bir tiranlıq və vüqarlarında bir ayıb olma­sa?

Əgər canınızı qurtarmaq istədiyiniz qayğıdırsa, bilin ki, onu sizə sırı­mayıblar – özünüz seçmisiniz.

Əgər qovmaq istədiyiniz qorxudursa, o sizin ürəyinizdə oturub, qo­rxudanın əlində deyil.

Həqiqətən, varlığınızda hər şey yarı qucaqlaşmış halda da­im hə­rə­kətdədir; arzuladığınız və qorxduğunuz, ikrah et­di­yi­niz və sevdiyiniz, tə­qib etdiyiniz və uzaq qaçdığınız.

Bütün bunlar içinizdə işıq və kölgə kimi cüt gəzişirlər.

Kölgə ağararaq yox olanda, sönməkdə olan işıq başqa bir işığın köl­gəsinə çevrilir.

Beləcə sizin azadlığınız da qandallarını itirəndə, daha böyük azad­lığın qandallarına çevrilir”.


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin