Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə42/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   38   39   40   41   42   43   44   45   ...   101
Özünüdərk
Bir kişi dilləndi: “Özünüdərkdən danış bizə”.

O belə cavab verdi:

«Sizin ürəkləriniz öz sükutunda gündüz və gecələrin sirrini bilir.

Lakin qulaqlarınız ürəklərinizin bildiyini eşitmək həsrətindədir.

Həmişə fikirlərinizdə bildiyinizi sözlərdə də tanımaq istərdiniz.

Arzularınızın çılpaq bədəninə barmaqlarınızla toxunmaq istərdi­niz.

Bu, yaxşıdır.

Ruhunuzun gizli bulağı qaynamalı və şırıltı ilə dənizə doğ­ru ax­malıdır; onda sonsuz dərinliyinizin xəzinəsi gözləriniz önünə açılacaq.

Naməlum xəzinənizi tərəzidə çəkməyə can atmayın; biliyinizin də­rinliyini xətkeşlə ölçməyə çalışmayın.

Zira, Məniniz sərhədsiz və ölçüsüz bir dənizdir.

Deməyin: “Mən Həqiqəti tapmışam”, yaxşı olar deyəsiniz: “Mən bir həqiqət tapmışam”.

Deməyin: “Mən ruhun yolunu tapmışam”.

Yaxşı olar deyəsiniz: “Mən mənim yolumla gedən ruha rast gə­l­mi­şəm”.

Zira, ruh bütün yollardan istifadə edir.

Ruh yalnız bir istiqamətdə hərəkət etmir və qamış kimi bitmir.

Sonsuz ləçəkli şanagüllə kimi açılır ruh».


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin