MƏHƏMMƏD
Ya Qəhhar, ya Qüddus, Bismillahir rəhmanir-rəhim,
“Allah Əkbər”, la şəriki haqdı dini Məhəmməd.
O, pənci Ali-Əba, hər iki dünya sərvəri,
Millətinə şəfadardı məhşər günü Məhəmməd.
“Kuhi-Bilur”da əl açdı Şiri Həyi Kirdigar,
Cəbrayıla hökm elədi onda ol Pərvərdigar.
Mustafaya söyləginən “İnna-fəta” nə ki var,
Göndərsə açmış olar o düyünü Məhəmməd.
İbrahim Xəlilullah ilkin yapdı Kəbəni,
Peyğəmbərə şəkk edənlər sökdü, çapdı Kəbəni,
Mədinədən qayıdanda gəldi, tapdı Kəbəni,
Bəzədi öz əlləriylə haqq öyünü Məhəmməd.
Gündə beş vaxt səcdəyə get, Şiruyə, eylə vəfa,
Məhşər günü sayə salar, eylər dərdinə dəva,
Yetəndə mehrac evinə Məhəmməd-əl Mustafa
Yeddinci qat göydə qoydu məleykəni Məhəmməd.
|