Sərraf Şiruyə
164
BAĞIŞLA
Bəlkə şər olmuşam, xata olmuşam,
Bağışla, ey Ali-Əba, bağışla!
Günahım dəryadı, səvabım zərrə,
Yüz günahı bir səvaba bağışla.
Hüsnünü, ey Ağa, yuxumda gördüm,
Əl sinədə hüzuruna yetirdim.
Sual vedin, cavabını bitirdim,
O suala, o cavaba bağışla.
Sərraf Şiruyəyəm, ey şahı çıraq,
Xidmətindən məni eyləmə uzaq.
İncil, Zəbur, Torət, Quran haqdı, haqq,
Kərəm əhli dörd kitaba bağışla.
|