Sərraf Şiruyə
172
DODAQLAR
Ax necə dəyişdi zaman əlində,
İlk öpüş görəndə əsən dodaqlar.
Ax necə unutdu, məni görəsən?
Görməyəndə asıb, kəsən dodaqlar.
Unutdu əhdini biilqar oldu,
Sevəni alçaltdı, özü xar oldu,
Kimləri sevirdi, kimə yar oldu,
O nərgiz dodaqlar, süsən dodaqlar.
Şiruyə, yamanı zaman axtarmaz,
Əhli-hal soruşmaz, qanan axtarmaz,
Bir də görüşməyə güman axtarmaz,
Nifrətlə inciyən, küsən dodaqlar.
Dostları ilə paylaş: