Sərraf Şiruyə
48
Əsir düşüb, alınsa da qalalar,
Milyon olub bəylər tikən villalar.
Gəlin, ey dilənçi, yazıq balalar,
Haqqa ərzə yazaq, ol agah deyək.
Kütbeyin müdirlər öz nəfindədi,
Haqq da haqsızlığın tərəfindədi.
Bizim əlacımız haqq öyündədi,
Sən yetiş köməyə – Ya Allah deyək!
1993-cü il.
BALA
Bu dünya əzəldən qəm dünyasıdı,
Doldur qəlyanını tüstülə, bala.
Haqsızlıq odundan var cəsədinə.
İstilik gəlirsə istilə, bala.
Həqiqət, ədalət, kişilik, qürur,
Elə hesab etmə yerində durur.
Gördün ki, bir qapaz başına vurur.
Əl at fitnə-felə, qəsd elə, bala.
Harda olsan acı dili uzaq tut,
Yaltaqlıqdan, fırıldaqdan soraq tut,
Şiruyəyəm, arxa axtar, dayaq tut,
Tala bu dünyanı dost ilə, bala.
Dostları ilə paylaş: |