Susma, ürək…
59
Nеcə də qatılaşıb bəy, xanların qanları,
Pul toplamaq üçündür, gündə yüz oyunları.
Bu məzlum kütlə üçün, “azadlıq qanunları”,
Ağızdan, dildən tutan tilova dönüb indi.
Dərd əlindən qovrulur, fəqirlər yata bilmir,
Gücünü, qüvvəsini bazarda sata bilmir,
Cəhd еtsə də min dəfə, çıxarıb ata bilmir,
Aclıq ağzını cıran, cilova dönüb indi.
1992-ci il.
NƏ QALIB
Bu dünyada qovrulmuşam, yanmışam,
O dünyada yanmağıma nə qalıb?
Sağımdan, solumdan kəsir kəsərlər
Bir dəfəlik sınmağıma nə qalıb?
Qoy şapalaq çalsın ulu zamana,
Yapalaq güc gəlir məhbus tərlana,
Mən ki, baş əyirəm yalan, böhdana,
Kimliyimi danmağıma nə qalıb?
Ay Şiruyə, bu dünyanın yolu pul,
Ürəyi pul, bədəni pul, qolu pul,
Davası pul, qovğası pul, qalı pul,
Həqiqəti qanmağıma nə qalıb?
Dostları ilə paylaş: |