Susma, ürək…
175
Sinəndədi, əlvan gəzsəm, ağ gəzsəm,
Qoynundadı aran gəzsəm, dağ gəzsəm.
Tər qoxulu bağça gəzsəm, bağ gəzsəm,
Şamamalı qucağındı, tapmışam.
Əhdinə, eşqinə könül bağladım,
Xoş arzu, diləklə coşdum, çağladım,
Sərraf Şiruyəni hey soraqladım,
Öyrəndim ki, qonağındı, tapmışam.
Dostları ilə paylaş: