Sərraf şİruyə



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə29/174
tarix30.12.2021
ölçüsü2,79 Mb.
#18631
1   ...   25   26   27   28   29   30   31   32   ...   174
             
                           
                          Ayrılıq belə düşdü
 
 
37 
 
Min fitnə var, min fəsad var bu qanda,  
Əməlləri tor qurubdu hər yanda. 
Hacı Rəhiməm, qoyun yaxşı sapanda,  
İngilis tərəfə atın bu qanı! 
 
Millət satqınlarımız,  
Hacını tanıtdılar. 
Selikovun qanını,  
Ermənilər aldılar. 
Elin gözü önündə,  
Şəhid oldu Hacı Rəhim. 
Ancaq ki, igidliyə, 
Bir yol saldı Hacı Rəhim. 
Oğlu Əsədullah da,  
Şəhid oldu bu yolda. 
Dillər əzbəri oldu,  
Hər ikisi mahalda. 
Bu sözləri deməyə,  
Var sübutum, əsasım. 
Kəndə pənahdarıydı, 
İgid Məşədi Qasım. 
Onun silahdaşları,  
Neçə-neçə igidlər. 
Ziyad, Qara İdristək, 
Cəsarətli, hünərvər. 
“Rzallı” tirəsindən, 
Abbasəli pəhləvan. 
Güləş meydanlarında,  


Sərraf Şiruyə             
                           
                          
 
 
38 
Qalib idi hər zaman. 
Hacı Balı kəndinin,  
Təsivini çəkərdi. 
El üçün, oba üçün, 
Əlbir olun deyərdi. 
Sözü qılıncdan iti, 
Ağsaqqallar var idi. 
Kəndin xeyir-şərinə, 
Onlar ixtiyar idi. 
Ələsgərin sevimli,  
Şəyirdi Aşıq Nəcəf. 
Öz sazı, öz sözüylə,  
Olmuşdu əziz xələf. 
Bütün Qafqaz elində, 
Sevilirdi bu ozan. 
Yaman bəd yazmış idi, 
Bəxt, iqbal yazı yazan. 
Beş oğulu, həm özü, 
Arvadı, gəlinləri. 
Şişqayada oldular, 
Erməni əsirləri. 
Beş oğlunu diriykən, 
Torpağa basdırdılar. 
Özgə əsirləri də,  
Bu zülmlə qırdılar. 
Nəcəfin sazın qırıb, 
Samovar qaladılar. 
Samovarı Nəcəfin,  
Belinə bağladılar. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
39 
Tarixi dastanlarda,  
Təsvir olub bu sitəm. 
Nəcəfin son sözləri, 
Dildə oxunur müdəm: 
 
Könül quşu, uç get vətən elinə, 
Mənə o ellərdən bir xəbər gətir. 
Yetir əhvalımı nər igidlərə, 
Qasımı, Ziyadı birtəhər gətir. 
 
Görsən nalə çəkir oğulsuz ana, 
Deginən – ömürü getdi bədfana. 
Qoy düşmən gülləsi dəyməsin mana, 
İçməyə vətəndən bir zəhər gətir.  
 
Nəcəf bilmir harda qaldı Gülüstan, 
Şəmiddin, Şəmistan, Mikayıl, Astan. 
İsmayıl körpəydi, çıxammaz yasdan, 
Xudam, sən üzünə xoş səhər gətir. 
 
Sonra da bir bayatı, 
Demişdi son nəfəsdə. 
Nə qədər ah-fəqan var, 
Bu deyimdə, bu səsdə. 
 
El gəlsin an üstəyəm, 
Gedirəm kam üstəyəm. 
Nə çəkilməz dərddi bu: 
Yaram yox, can üstəyəm. 


Sərraf Şiruyə             
                           
                          
 
 
40 
 
Bax bu Aşıq Nəcəfdə, 
Daşkənd elindən idi. 
Bu dediyim sözlərsə, 
Onun dilindən idi. 
Adı, ünvanı, yeri, 
Tarixlərə həkk olmuş. 
Şair Məmmədhüseyn, 
Həmən bu kənddən olmuş. 
Zərbi məsələ dönmüş, 
Bir şeirini deməsək. 
Bizləri bağışlamaz, 
Bu yer, bu göy, bu fələk. 
 
Yönü bəri duran dağlar, 
Yatıb oyanmaz, oyanmaz. 
Üstündəki ağır ellər, 
Yatıb oyanmaz, oyanmaz. 
 
Gəldim yarın xanasına, 
Laçın qonmaz binəsinə. 
Əlim qoydum sinəsinə, 
Yatıb oyanmaz, oyanmaz. 
 
Qurbanam qələm-qaşına, 
Gör nələr gəldi başıma. 
Səs verrəm dostum guşuna, 
Yatıb oyanmaz, oyanmaz. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
41 
Yarım yaman yatmış idi, 
Müşk-ənbərə batmış idi. 
Ürbəndini atmış idi, 
Yatıb oyanmaz, oyanmaz. 
 
İgidin dönməsin əhdi, 
Yana çevrilməsin təxti. 
Məmmədhüseynin qara bəxti, 
Yatıb oyanmaz, oyanmaz. 
 
Oxucum, əvvəl sənlə, 
Bir ixtilaf etmişdim. 
Mən sadə bir ocaqdan, 
Söz açacam demişdim. 
İndiyədək saydığım, 
Elnən tanışlıq idi. 
Uzun-uzadı söhbət, 
Bəlkə yalnışlıq idi. 
Çox kişilər var idi, 
Adları yazılmalı. 
Hünərləri tarixdə, 
Yaddaşlarda qalmalı. 
Məndən sonra gələnlər, 
Yazacaqdı bunları. 
Söyləyəcək zamanın,  
Açdığı oyunları. 
Mən mətləbə qayıdıb, 
Mən məqsədə gəlirəm. 
Mənzil uzaq, vaxtım dar,  
Bunu yaxşı bilirəm. 


Sərraf Şiruyə             
                           
                          
 
 
42 
 
III 
DAŞKƏNDLİ QARA ƏZİZ 
 
İndi söhbət açaq Qara Əzizdən, 
Qara görünərdi sifətdən, üzdən. 
 
Ona görə “qara” ləqəbi vardı, 
Mən görəndə yetmiş yaşı olardı. 
 
Nazik, uzun, qara sifət kişiydi, 
Mal-qoyuna ələf vermək işiydi. 
 
Ağacdan hörülmə səbəti vardı, 
Səbəti bir çuval saman tutardı. 
 
O səbətlə daşıyardı samanı, 
Mal-heyvanın qışa oydu gümanı. 
 
Arpa, buğda küləşini vəl ilə, 
Əzib, sonra sovuraraq əl ilə. 
 
Taxılı, samanı ayırardılar, 
“Kəndi”ni taxılnan doldurardılar.
1
 
 
Taxtadan düzəlmiş çən idi kəndi, 
İçindəki ya un, dən idi kəndi. 
 
                                                 
1
 Kəndi – taxıl, un qabı. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
43 
Hər evin özünün kəndisi vardı, 
Kəndi hər ev üçün ölçü olardı. 
 
İllik çörək idi bir dolu kəndi, 
İli başa vuracağam deyəndi. 
 
Saman samanlıqda olardı ancaq, 
Samanlıq da tamam dolardı ancaq. 
 
Ot tayası yığılardı bir ayrı, 
Bu idi Göyçənin qışa tutarı. 
 
Yappa, kərmə qalaqları olardı, 
Köhnə ildən təzə ilə qalardı. 
 
Belə təsvir verib Aşıq Ələsgər, 
O gözəl deyimi unudaq məgər? 
 
“Arvadlar ki, əlin vurar qalağa, 
Yuyarlar, gün vurar, çıxardar sağa.” 
 
Yağ, şor, qurud soyuqluqda olardı, 
Bir tərəfi əvəliklə dolardı.
1
 
 
Divarlardan asılardı ələyəz, 
Hər çiçək, otuna yox idi əvəz. 
 
                                                 
1
 Qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. 


Sərraf Şiruyə             
                           
                          
 
 
44 
Hər evə bir illik ehtiyat buydu, 
Bir də kartof dolu neçə quyuydu. 
 
Toplamışdı Əziz kişi bunları, 
Var idi tövlədə mal-qoyunları. 
 
Heç bir şeyə ehtiyacı yox idi, 
Ancaq fikri, dərdi yaman çox idi. 
 
Yerişi, duruşu tamam qəm idi, 
Gözləri də xəlvət-xəlvət nəm idi. 
 
Bəzən səbətini yerə qoyardı, 
Bir daşın üstündə o oturardı. 
 
Əli çənəsində fikrə gedərdi, 
Gah Niftalı, gah da Əli deyərdi. 
 
Niftalı döyüşdən geri dönməmiş, 
Öldüdən, qaldıdan xəbər gəlməmiş. 
 
Geri qayıtmışdı salamat qalan, 
Niftalıdan zərrə xəbərdar olan. 
 
Bir nəfər yox idi, verə təsəlli, 
Əsgəri xidmətə getmişdi Əli. 
 
Kişini üzürdü bir də bu həsrət, 
Zar-zar ağlayırdı kişi nəhayət. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
45 
 
Özünü yetirib hey Reyhan arvad, 
Deyirdi, – A kişi, nədi bu fəryad? 
 
Beş ildən sonra qayıtdı Həsən, 
Alçalı Mirzəni görmədinmi sən? 
 
Bir il bundan qabaq geri qayıtdı, 
Qəmli fikirləri qəmdən ayıltdı. 
 
Bir gün də Niftalı gəlib çıxacaq, 
Bu həsrəti, bu hicranı yıxacaq. 
 
O ki, qaldı Əli, – şükür Allaha, 
Xidməti yarıya yetirib daha. 
 
Ta üç il nədir ki, gəlib keçəcək,  
Bu dərd, kədər ürəyindən gedəcək. 
 
Qaldı Şəkər dərdi, Mahı dərdinə, 
Ay kişi, dünyanı dərk eylə yenə. 
 
Hanı atan Xəlil, hanı Rza Alı? 
O Rza Qocanın cahı-cəlalı? 
 
Hanı Hacı Kərim, bəs hanı Mədət? 
Onların hamsına olsun min rəhmət! 
 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
46 
Kimi cavan gedir, kimi də yaşlı, 
Bu dünya belədir, ay başı daşlı. 
 
Bəs Mədət neyləsin tək oğlu getdi, 
Toy üstə axirət evinə yetdi. 
 
Sən Mahı dərdinə dözə bilmirsən, 
Qızım, qızım – deyib hey inləyirsən. 
 
Mahı da Şəkərtək tez açdı-soldu, 
Ömür yolları da çox uyğun oldu. 
 
Şükür ki, Şəkərdən qalıb Niftalı, 
Mahıdan nə qaldı? Ancaq məlalı! 
 
Ancaq ki, bu tədbir haqq tədbiridi, 
Qızımız da gedənlərin biridi. 
 
Allah səkkiz uşaq veribdi sənə, 
Birini aparıb haqqın evinə. 
 
Bu qədər qəm çəkib, ah-nalə etmə, 
Belə dərin-dərin fikirə getmə: 
 
– Sağ ol, Reyhan arvad, sağ ol, ay ana, 
İnsanlıq gərəkdir səni duyana. 
 
Hər ismət, ləyaqət yaraşır sənə, 
Sən əsil layiqsən Tanrı deyənə! 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
47 
 
Fatimeyi, Xədiceyi Kübraya, 
Tanrıya sığınan xanım Asyaya. 
 
Yeridir söhbətdən çıxım kənara, 
Bir şeir söyləyim mən oxuculara: 
 
Ağılı, kamalı, ləyaqətiylə, 
Kişini şöhrətə mindirər qadın. 
Olar sevincinə, dərdinə şərik, 
Oxşayar qəlbini dindirər qadın. 
 
Ərə sirdaş olar, mehriban olar, 
Dar günə təsəlli, xoş güman olar, 
Can deyər ərinə, can uman olar, 
Bir ümid işığı yandırar qadın. 
 
Qadın var, Tanrıya o pənah eylər, 
Qadın var, bir gündə yüz günah eylər, 
İstəsə ərini şahənşah eylər, 
İstəsə ərini sındırar qadın. 


Sərraf Şiruyə             
                           
                          
 
 
48 
IV 
REYHAN ANA 
 
Xəstə yatağına düşəndən Şəkər, 
İztirab çəkirdi Əziz nə qədər. 
 
Elə həmən gündən Əziz vaydaydı, 
Bir yaşlı Niftalı qapılardaydı. 
 
Onu aparmışdı bibisi Simi,
1
 
Onu oxşasa da balası kimi. 
 
Ancaq dözəmmirdi Əziz həsrətə, 
Toğlucaya üz tuturdu çox vədə. 
 
Siminin evləri Toğlucadaydı, 
Ora isə yarım günlük yoldaydı. 
 
Gözəl bibiləri – Zeynəblə Şirin, 
Köməkdarı oldu həmən günlərin. 
 
Gətirib Daşkənddə onlar baxdılar, 
Gah bu, gah o sinəsinə sıxdılar. 
 
Şəkərin ölmündən üç ay keçmişdi, 
Hüseyn
2
 Orucun yanına getmişdi. 
 
                                                 
1
 Əsl adı Simuzər 
2
 Kərimov Hüseyn Rəsul oğlu 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
49 
Oruc Əziz ilə qardaş idilər, 
Çox istəkli can bir sirdaş idilər. 
 
Orucun da qara ləqəbi vardı, 
Oxşarda Əzizlə eyni olardı. 
 
Hüseyn Şəkərin qardaşı idi, 
Bu yas Hüseynin öz yası idi. 
 
Oruca söylədi Hüseyn kişi: 
Hamıya məlumdu dünyanın işi. 
 
Gedən geri dönməz bunu bilirik, 
Nə var çətinliyi yaxşı görürük. 
 
İndi Niftalıya ana gərəkdi, 
Ana övladına yanan ürəkdi. 
 
Gətirin o evə bir yaxşı qadın, 
Qoy qazana bilsin analıq adın. 
 
Oruc bu işləri ələdi, süzdü, 
Deyilən mətləbi axır ki, düzdü. 
 
Şorcalı qızıydı Reyhan arvad, 
Atası Abdulla, ruhu olsun şad. 
 
Xəlillə Abdulla köhnə dost olmuş, 
Dostluq ilqarında hər biri durmuş. 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
50 
Gətirdi bu evə onun qızını, 
Reyhan çəkdi Niftalının nazını. 
 
Bir yol “of” demədi Reyhan arvad, 
Hər zaman Əzizə o oldu imdad. 
 
Aralıqdan gəlib keçdi çox illər, 
Soluxub dən oldu tər qönçə güllər. 
 
Reyhanda düşkünlük yaşına doldu, 
Üç oğlun, üç qızın anası oldu. 
 
Niftalıya ana oldu bax Reyhan, 
Gözündən kənara qoymadı bir an. 
 
Balaları Sübə, Əli, Köçəri, 
Sənəm, Məsim, Maquş
1
 altı nəfəri. 
 
Niftalıdan o aşağı tutmuşdu, 
Ögeylik adını tam unutmuşdu. 
 
Ögeylik, doğmalıq heç bilinməzdi, 
Bu söz ortalığa əsla gəlməzdi. 
 
Niftalı döyüşə getdiyi zaman, 
Reyhan ağlayıb çəkmişdi aman. 
 
Dizini qatlayıb, əlini açmış, 
Duası yeddi qat göyü dolaşmış. 
                                                 
1
 Məhluqə 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
51 
 
Hənnana tapşırıram, 
Mənnana tapşırıram. 
Oğlum döyüşə gedir, 
Sübhana tapşırıram.
1
 
 
Reyhanın bu səsi, onun titrək nəfəsi, 
Ürəkləri dağladı, hamı həzin ağladı. 
 
Əzəldən bir kövrəklik vardı onun səsində, 
Həyəcan duyulurdu hər adi kəlməsində. 
 
Bu həzinlik səsində indi daha çox idi, 
Hər deyişi qəlbləri deşib gedən ox idi. 
 
– Bu da bir yanıqlı səs, bacıların səsidir, 
Sübənin can yandıran yanıqlı nəfəsidir. 
 
Haqdan xoş fərman olsun, 
Dərd varsa, dərman olsun. 
Qardaşlar gələn yola, 
Bacılar qurban olsun. 
 
Beləcə Niftalını yola salmışdı ata, 
Üçkünclü bircə məktub ondan almışdı ata. 
 
O məktubu təsəlli bilirdi öz-özünə, 
Bir gündə neçə dəfə sürtürdü üz-gözünə. 
                                                 
1
 Hənnan, Mənnan və Sübhan Allahın adlarıdır. 


Sərraf Şiruyə             
                           
                          
 
 
52 

ƏLİ ƏSGƏRİ XİDMƏTDƏN QAYIDIR 
 
Əsgəri xidmətdən qayıtdı Əli, 
Ümid gümanının ilki, əzəli – 
 
Çox gözəl nəticə vermişdi onun, 
Üç illik xidmətdə hər hərbi qanun. 
 
Hər hərbi göstəriş, hər hərbi gediş, 
Olmuş Əli üçün müqəddəs bir iş. 
 
Böyük Çavuş rütbəsi almışdı, 
Qələbəyə doğru bir yol salmışdı. 
 
Fəallıq göstərmiş siyasi dərsdə, 
Olmuşdu həmişə böyük həvəsdə. 
 
Hərbi hissə onu namizəd vermiş, 
Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin